Email- elman abbasov İD2003016
Mən, Elman Nəriman oğlu Abbasov 1954-cü ildə Babək rayonunda anadan olmuşam. 1961-ci ildə Şıxmahmud kənd orta məktəbinin I sinfinə daxil olub, həmin məktəbi 1971-ci ildə qurtarmışam. 1971-1972-ci ildə Badamlı Mədən Sular bazasında fəhlə, 1972-ci ildə Bakı-Plan Uçot Texnikumuna daxil olmuşam. Həmin texnikumu 1978-ci ildə “Mühasibat uçotu ixtisası”nı fərqlənmə ilə bitirmişəm. 1973-1976-ci illərdə Ordu sıralarında qulluq etmişəm. 1980-ci ildə Daxili İşlər orqanına işə qəbul olunmuşam. 1981-1985-ci illərdə Ryazanda SSRİ Ali Daxili İşlər Məktəbini qurtarmışam, və ali təhsilli hüquqşünas ixtisası almışam. 2003-cü ildə Daxili İşlər orqanlarından təqaüdə buraxılmışam 2003-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini işləmişəm. 2003-cü ilin mart ayından Naxçıvan Dövlət Universiteti Sosial-idaretmə və hüquq fakültəsinin “Hüquq fənləri” kafedrasında yarım ştat, 25 avqust 2003-cü il tarixdən tam ştat, 14 yanvar 2009-cu il tarixdən baş müəllim vəzifəsində işləyirəm. 2016-cı ildə “Kriminalistik Texnika” dərs vəsaitim işıq üzü görüb.
2008-ci ildə Azərbaycan Respublikasının Tərəqqi medalı ilə təltif edilmişəm