Əsgərov Mübariz Səməd oğlu

 

Azərbaycan Respublilkasının Əməkdar artisti, Dosent.

esgerovmübariz9@.gmail.com

 Əsgərov Mübariz Səməd oğlu 27 sentyabr 1970-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.Əsgərov Mübariz Səməd oğlu 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin musiqişunaslıq ixtisasını bakalavr səviyyəsində fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə ümummilli lider Heydər Əliyevin 80 illiyinə həsr olunmuş, vokal solo konsert vermişdir. 2004-cü ildə Universitet tələbələrindən ibarət aktyor trubbası toplayaraq Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasına səhnə quruluşu verib, baş rol olan “Əsgər” obrazını ifa etmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin “vokal və dirijorluq”  kafedrasına baş laborant vəzifəsinə təyin edilmişdir. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının  əməkdar artisti  fəxri adına layiq görülmüşdür. Naxçıvan Dövlət Universitetinin Dünya universitetləri ilə əlaqələri çərçivəsində Rusiya Federasiyasının Novasibiriski şəhərində,Turkiyə Respublikasının bir çox şəhərlərində və Gürcüstan Respublikasının Axalcıği şəhərində qastrol səfərlərində olmuşdur. 2008-ci ildə seçki yolu ilə  Orkestr  alətləri kafedrasının müdiri seçilmişdir. Orkestr alətləri kafedrasında işlədiyi dövrlərdə “nəfəs alətləri” və “kamera orkestri” yaratmışdır.2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 2011-ci ilin iyul ayında AKTN-nin 400 saylı əmrinə əsasən 5 il müddətinə İncəsənət fakültəsinin dekanı təyin edilmişdir.2015-ci il sentyabr ayının 22 də Azərbaycan Respubliksının əməkdar artisti fəxri adı ilə təltif edilmişdir.2015-ci ildə  Türkiyə Respublikasının Ağrı İbrahim Çeçen universitetinin magistraturasına qəbul olunmuşdur. 2017-ci ildə magistraturanı bitirmişdir. 14.06.2017- ci il Elmi Şuranın qərarı əsasında Orkestr alətləri və dirijorluq  kafedrasına baş müəllim vəzifəsinə  təyin edilmişdir. 2019-cu ildən Orkestr alətləri və dirijorluq kafedrasının dosentidir.2022 ci il oktyabr ayından etibarən Orkestr alətləri və dirijorluq kafedrasının müdiridir.

Dərc olunmuş elmi əsərlər

1.       Uşaq musiqi məktəblərində Vokal dərsləri. NDU.Elm. №4 2014. Səh.158-159. Məqalə

2.       Naxçıvanda Vokal sənətinin tədrisi. NDU.Elm.2017 №5(86) II cild. Səh.132-136. Məqalə

3.       Solo oxuma ixtisası “Mahnı və Romans”. NDU.2017. Proqram

4.       Musiqi məşğələlərində məktəblilərə “Şur” muğamı ilə bağlı verilən məlumatların elmi  - pedaqoji əsasları. Pedaqojika jurnalı 2019. Səh 85-93. Məqalə

5.       Musiqi əsərlərinin dinlməsi mərhələsində “Rast” muğamı haqqında verilən məlumatların elmi –pedaqoji əsasları. NDU Elm 2019

 

Azərbaycanda vokal ifaçılığı sənəti Naxçıvan 2019 . Dərs vəsaiti.