Əhmədov Heydər Əli oğlu

Heydər Əli oğlu Əhmədov

Memarlıq kafedrasının müəllimi

E- mail:  heyderahmedov @ mail.ru

 

         1 iyun 1970-ci ildə Naxçıvan şəhərində anadan olub. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və   Mühəndislik fakültəsinin “Memarlıq” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildə “İdeal-94” kiçik   müəssisəsində  müəssisənin rəhbəri olaraq əmək fəaliyyətinə başlamış, 2009-cu ilədək “Gəmiqaya İnşaat     MMC”-şirkətində briqadir, 2015 -ci   ilədək  “Cahan İnşaat MMC”-şirkətində  baş memar vəzifəsində çalışıb. 2015-ci ildən Naxçıvan Dövlət Universitetinin “Memarlıq” kafedrasında laborant, 2016-cı ildən müəllim vəzifəsində işləyir. 2016-cı ildən Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədridir. Azərbaycan Memarlar İttifaqının 2017 (qeydiyyat № 872)  üzvü və İdarə Heyyətinin üzvüdür. Muxtar Respublikada 30-dan artıq dövlət sifarişli binaların layihələrinin və iki qəbul olunmuş loqonun  (Memarlar Birliyi, Naxçıvan Müəllimlər İnstiutu) müəllifidir. 17 dekabr 2021-ci ildə Azərbaycan Memarlar İttifaqının 85-illik Yubileyi münasibətilə “Ustad Memar” adına layiq görülmüşdür.

Dərc olunmuş elmi əsərləri

1.     Oğlanqala tikinti növləri .  NDU-nun Elmi əsərləri, 2017, №5 (86).

2.     Vənənd  hamamı və onun memarlıq qurluşu.NDU-nun Elmi əsərləri, 2020.

3.     Rəcəbov M &Əhmədov H. Laboçevski müstəvisinin proyekti və konform intepretasiyası. Naxçıvan Dövlət Universiteti. Pespublika Elmi konferansı.Naxçıvan 2022.

4.     Rəcəbov M. &Əhmədov H. Lobaçıvski müstəvisinin aralıq interpretasiyası. Naxçıvan Dövlət Universiteti. “Fizika, riyaziyyat və Astronomiyanın aktual problemləri” mövzusunda III Respublika Elmi Konferansı. Naxçıvan şəhər. 12 may 2023.(çapa verilib).

5.V.Baxşəliyev,H.Əhmədov, N.Aliyev.Qarabağlar kəndində yeni memarlıq kompleksi. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi. Elmi əsərlər, İctimai və humanitar elmlər seriyası  №1, 2023. 255 s.