Azərbaycanlı alim
Doğum tarixi: 21 oktyabr 1953
Doğum yeri: Zaqatala
Fizika-riyaziyyat elmləri doktoru, professor. "Helmholtz" Elmi-Tədqiqat Mərkəzinin dinamik sistemlər şöbəsinin müdiri Əfəndiyev Məsud Arif oğlu 1953-cü il oktyabrın 21-də Azərbaycan Respublikasının Zaqatala rayonunda anadan olub.
1970-ci ildə Zaqataladakı Ş.Qurbanov adına 3 nömrəli məktəbi qızıl medalla bitirərək bu məktəbin ilk medalçısı olub. Elə həmin il S.M.Kirov adma Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olunub. 1975-ci ildə M.V.Lomonosov adma MDU-nun mexanika-riyaziyyat fakültəsində diferensial idarəetmələr kafedrasında diplom işi yazıb. 1975-1978-ci illərdə M.V.Lomonosov adma MDU-nun aspiranturasında oxuyub. 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1979-1990-cı illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyib.
M.Əfəndiyev 1990-cı ildə elm sahəsində nailiyyətlərinə görə Aleksandr fon Humboldt adına nüfuzlu mükafat almış ilk azərbaycanlı alimdir. Beynəlxalq jürinin təsdiqi ilə layiq görüldüyü bu mükafat ona alman hökuməti tərəfindən təqdim olunub. Bu, AFR-də ən nüfuzlu mükafat sayılır. Həmin mükafatı almış 49 alimin son nəticədə “Nobel” mükafatına layiq görülməsi buna sübutdur.
1991-ci ilin əvvəlindən M.Əfəndiyev Azərbaycan vətəndaşlığını saxlamaqla Al maniyada yaşayır və işləyir. 1998-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün Azad Berlin Universitetində (Freie Universität Berlin - Habilitation) dissertasiyasını müdafiə edib. Sonra isə Azad Berlin Universiteti, Ştutqart Universiteti və Münxen Texniki Universitetində işləyib və mühazirələr oxuyub. 2007-ci ildən Münxenin “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin (Institute of Biomathematics and Biometry) dinamik sistemlər şöbəsinin müdiridir.
M.Əfəndiyevin elmi maraq spektri çox genişdir. O, qeyri-xətti analiz və riyazi fizikanın qeyri-xətti tənliklərin kifayət qədər geniş sinfinin qlobal həlli üçün yeni topoloji invariant düzülüşü üzrə mütəxəssisdir. M.Əfəndiyev tərəfindən əldə olunan topoloji invariantlar lokal və qlobal bifürkasiya terminlərində qeyri-xətti sistemlərin kifayət qədər geniş sinfinin keyfiyyətli dəyişməsini analiz etməyə şərait yaradır.
Bundan başqa həmin topoloji invariantlar ona bağlı sahələr üçün Riman-Hilbert qeyri-xətti məsələnin tamamlanmış nəzəriyyəsini qurmağa imkan verib.
Onun tərəfindən biologiya, tibb, ekologiya, mcxanika və fizikada məsələlərin riyazi modelləşdirilməsi zamanı yaranan, təkamül tənliklərinə uyğun olan dinamik sistemlərin attraktorlarının yeni sinifləri yaradılıb və ilk dəfə sistematik öyrənilib.
Son zamanlar M.Əfəndiyevin elmi tədqiqatlarının əsas istiqamətləri biologiya, ekologiya və tibb sahələri, müvafiq riyazi modellərin qurulması ilə sıx bağlıdır.
Əlavələrdə meydana çıxan müstəqil və qeyri-müstəqil riyazi modellərin etibarlılığım təyin etməyə imkan verən vacib və kafi şərtlər ilk dəfə M.Əfəndiyev tərəfindən əldə edilib. Bu meyarların xüsusiyyətləri onların biologiya, ekologiya və tibb sahələrində problemlərin riyazi modellənməsi zamanı ortaya çıxan həm deterministik, həm də stoxastik tiplər kimi sonsuz ölçülü dinamik sistemlər üçün asanlıqla yoxlanıla və tam tətbiq oluna bilməsindədir.
M.Əfəndiyevin bu tədqiqatları mikrobioloqlar, həkimlər, mühəndislər, fiziklər, riyaziyyatçılar və başqaları ilə müştərək aparılıb.
Bavariya Elmlər Akademiyasının prezidenti, professor K.N.Hoffmannm (1749cu ildən fəaliyyət göstərən bu akademiyanın üzvləri arasında Aleksandr və Vilhelm Humboldt, Maks Plank, Albert Eynşteyn, Vemer Heyzenberq və Almaniyanın başqa bu kimi “Nobel” mükafatı laureatları yer alıb) azərbaycanlı alim haqda dedikləri: “Əfəndiyev... həm nəzəri, həm də tətbiqi riyaziyyatda fundamental nəticələr əldə edən nadir ekspertlərdən biridir. Və biz onun yanımızda, Almaniyada olmasından şadıq. O, şübhəsiz ki, Bavariya Elmlər Akademiyasının üzvü olmağa layiqdir və biz onu Akademiyamızın üzvləri arasında görməkdən məmnun olardıq. Lakin Akademiyanın nizamnaməsinə görə Akademiyanın həqiqi üzvü yalnız Almaniya vətəndaşları ola bilər...”.
M.Əfəndiyevin Yaponiya, Almaniya, ABŞ və İsveçrədə çap olunan və onun elmi maraqlarının geniş spektrini əks etdirən 5 monoqrafiyası buna sübutdur. Ümumilikdə isə o, dünyanın tanınmış jurnallarında dərc edilən 160-dan çox elini işin müəllifidir. Bütün bu dövr ərzində M.Əfəndiyev dəvət olunan professor qismində Yaponiya, Avropa, Kanada və ABŞ-ın bütün aparıcı universitetlərində mühazirələr oxuyub.
Hazırda o, 10 nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinin üzvü və “International Journal of Biomathematics and Biostatistics” jurnalının redaktorudur.
Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Almaniya, Yaponiya, Fransa, Kanada və Danimarkadan olan tədqiqatçılar 7 namizədlik dissertasiyası müdafiə edib.
M.Əfəndiyev Almaniya, Yaponiya, Fransa, Kanada və Danimarka universitetlərində (Ph.D) namizədlik və (Habilitatoin) doktorluq elmi dərəcələrinin verilməsi üzrə elmi şuranın üzvüdür.
Görkəmli uğurlarına görə M.Əfəndiyev “Japan Society for the Promotoin of Science” (Yaponiya, 2005) və “Otto Monsted” (Danimarka, 2008) mükafatlarına layiq görülüb. Bu mükafatların laureatı olarkən o, Okayamada (Yaponiya) yaponiyalı riyaziyyatçıların illik qurultayında əsas məruzəçi kimi çıxış edib, 2008-ci ildə isə əsas məruzə ilə Danimarka riyaziyyatçılarının illik qurultayının açılışına dəvət olunub.
M.Əfəndiyev bir çox beynəlxalq konfrans və konqreslərin təşkilat komitələrinin üzvüdür və çox vaxt onların işində məruzəçi qismində iştirak edir.
Hazırda “Nonlinear Evolution Equations, Related Questions and Applications” müştərək Almaniya-Yaponiya konfransının sədridir (Almaniya tərəfdən). 2014-cü ildə Münxendə M.Əfəndiyevin 60 illiyinə həsr olunan “Biologiya, fizika və mexanikada qeyri-xətti təzahür” beynəlxalq konfransı keçirilib.
Beynəlxalq aləmdə tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.
Aparıcı beynəlxalq jurnallarda 160-dan çox məqalə dərc etmişdir. 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.