Sevinc Müşfiq qızı Qəhrəmanova 30 mart 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. 2014-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə bakalavr, 2019-2021-ci illərdə Naxçıvan Dövlət Universitetinin “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə “Naxçıvan” Universitetinin İKT şöbəsində Elektron texnika üzrə mütəxəssis vəzifəsində çalışmışdır. 2024-cü ildən Naxçıvan Dövlət Universiteti Elmi fəaliyyətin təşkili və təhlili şöbəsində Aparıcı elmi işçi vəzifəsində çalışır.
E-mail: sevincqehremanova@ndu.edu.az