Elmi-tədqiqat təcrübəsinin təşkilinə dair qaydalar

                  “TƏSDİQ EDİRƏM”

      Naxçıvan Dövlət Universitetinin

      rektoru:                      E.S.İsayev

 

    26 dekabr 2023-cü il

 

 

        Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 26 dekabr 2023-cü il tarixli 5 №-li qərarı ilə qəbul edilmiş

 

Naxçıvan Dövlət Universitetində Elmi-tədqiqat təcrübəsinin təşkilinə dair 

 

Q A Y D A L A R

 

I.     Ümumi müddəalar:

 

1.      Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat təcrübəsinin keçirilməsinə dair qaydalar  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 sentyabr 2008-ci il tarixli, 1102 saylı əmri ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri və Naxçıvan Dövlət Universiteti Elmi Şurasının müvafiq qərarları əsasında hazırlanmışdır.

2.      Elmi-tədqiqat təcrübəsi magistratura təhsil proqramının əsas hissəsi olmaqla ixtisas təhsil proqramının və tədris planının tələblərinə uyğun olaraq magistrantın əldə etdiyi nəzəri biliklərinin təcrübədə tətbiqi bacarıqlarını formalaşdırmaq və praktiki səriştələrini ölçülmək məqsədi daşıyır.

     

 

II. Elmi-tədqiqat təcrübəsinin mahiyyəti, məqsədi və vəzifələri

 

    Elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsi magistr hazırlığı üzrə hər bir ixtisasın təhsil proqramının tələblərinə uyğun magistrantın elmi-tədqiqat sahəsində müəyyənləşdirilmiş səriştələri əldə etməsi mahiyyəti daşıyır. Eyni zamanda həmin səriştələr elmi-tədqiqat təcrübəsində qarşıya qoyulmuş məqsəd və hədəfləri də müəyyənləşdirir. Elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsi zamanı təcrübə rəhbərləri və magistrantlar ixtisas təhsil proqramının tələblərinə istinad etməlidirlər.

    Müxtəlif ixtisaslaşmaların təhsil proqramlarında Elmi-tədqiqat təcrübəsinə verilən tələbləri ümumiləşdirəndə aşağıdakı konkret məqsədlər hasil olur:

-       dissertasiya mövzusunun işlənməsinə dair elmi problem formalaşdırmağı bacarmaq;

-       elmi, pedaqoji-psixoloji və metodiki ədəbiyyatı araşdırmağı və bu məqsədlə İKT-dən istifadə etməyi bacarmaq;

-       malik olduğu baza nəzəri biliklərindən peşə vəzifələrinin həllində istifadə etməyi bacarmaq;

-       peşə istiqamətinə uyğun olaraq öz fəaliyyətini elmi əsaslarla təşkil etmək, təhlil etmək, nəticələr çıxarmaq və nəticələri araşdırmağı bacarmaq;

-          elmi-metodiki və pedaqoji-psixoloji araşdırmaların nəticələrini müasir metodlarla ümumiləşdirmək;

-          tədqiqat apardığı elm sahəsinin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə müstəqil təhlil aparmaq.

 

Elmi-tədqiqat təcrübəsinin qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri var:

1)      Nəzəri vəzifələr;

2)      Praktiki vəzifələr;

 

Nəzəri vəzifələr:

-          Elmi-tədqiqatların aparılması sahəsində müasir innovativ yanaşlamarı öyrənmək;

-          Müasir elmi-tədqiqat metodologiyasını mənimsəmək;

-          Elmi-tədqiqatın aparılmasının üsul və formaları haqqında bilikləri mənimsəmək;

 

Praktik vəzifələr;

-          hazırlıq müddətində elmi-tədqiqat təcrübəsi sahəsində qazanılmış bilik və bacarıqları təcrübəyə tətbiq etmək;

-          elmi-analitik informasiyaların seçimi, təhlili və emalının mütərəqqi metodlarının magistrantlara çatdırılması;

-          magistrantların müstəqil elmi fəaliyyət bacarıqının təkmilləşdirməsi, onlara şəxsi yaradıcılıq keyfiyyətlərinin formalaşdırılması istiqamətində özünütəhsil və özünütəkmilləşdirmə vərdişlərinin aşılanması;

-          dissertasiya mövzusu ilə bağlı toplanmış ədəbiyyatların təhlili, mövzu ilə bağlı tədqiqatların öyrənilməsi və ədəbiyyat istinadlarının dəqiqləşdirilməsi;

-          təcrübə zamanı əldə edilmiş eksperimental nəticələrin elmi-yaradıcılıq fəaliyyətində və magistr dissertasiyasının yazılışında məqsədyönlü istifadə olunması;

-          müxtəlif referatların təhlili və referatın yazılması mexanizmlərinin mənimsənilməsi;

-          dissertasiyanın aprobasiyasında yer alan məlumatların toplanması;

   

Elmi-tədqiqat təcrübəsinin əsas prinsipləri aşağıdakılardır:

-          elmilik;

-          akademik dürüstlük;

-          əlaqəlilik;

-          kreativlik.

 

III. Elmi-tədqiqat təcrübəsinin keçirilmə obyekti və müddəti

 

    Elmi-tədqiqat təcrübəsinin keçirilmə obyektini Naxçıvan Dövlət Universitetinin uyğun kafedraları, elmi-tədqiqat laboratoriyaları, kitabxanaları, eyni zamanda zərurət olduqda muxtar respublikada fəaliyyət göstərən uyğun profilli digər müəssisələrin bazaları, elmi-tədqiqat mərkəzləri, ARETN-nin muxtar respublikada fəaliyyət göstərən elmi-tədqiqat institutları, AMEA-nın Naxçıvan Bölməsinin elmi-tədqiqat bazaları təşkil edir.

    Elmi-tədqiqat təcrübəsinin müxtəlif ixtisaslar üzrə keçrilmə obyektinin təyinatı rektorun əmri ilə rəsmiləşdirilir.  Elmi-tədqiqat təcrübəsi kənar qurum və təsisatlarda müqavilə əsasında həyata keçirilir.

    Magistr hazırlığı proqramına uyğun olaraq elmi-tədqiqat təcrübəsi tədrisin II kursunun II smestrində 4 həftəlik (20 gün) müddətdə reallaşdırılır.

 

 

IV. Elmi-tədqiqat təcürbəsinin keçrilməsinin təşkilati məsələləri

 

    Müəssisə rəhbərinin hüquq və vəzifələri:

-          Elmi-tədqiqat təcrübəsi keçirilən müəssisənin rəhbəri təcrübənin keçirilməsinə dair əmr verir;

-          Təlimatla müəyyən olunmuş qaydada məsul şəxslərə təcrübənin vaxtında və səmərəli təşkilinə dair tapşırıqlar verir;

-          Magistrantlara elmi-tədqiqat təcrübəsi müddətində fərdi planda nəzərdə tutulmuş işlərin icrası zamanı müəssisənin maddi-texniki bazasından təcrübə rəhbərinin nəzarəti ilə istifadə hüququ verir;

-          Yekun Attestasiya Komissiyasının tərkibini təsdiq edir;

 

    Təcrübə və məzunlarla iş bölməsi rəhbərinin hüquq və vəzifələri:

 

-          Təcrübənin başlamasına ən azı iki həftə qalmış təcrübənin keçirilmə yeri və qaydaları haqqında Magistratura və doktorantura mərkəzinin direktoru ilə birgə magistrantları məlumatlandırır;

-          Təcrübə kitabçası təcrübə rəhbəri vasitəsilə magistranta elmi tədqiqat təcrübəsinin başlanmasından ən azı 2 həftə əvvəl təqdim edilir;

-          Magistratura və doktorantura mərkəzinin direktoru ilə birgə təcrübənin başlanğıc və yekun konfransını təşkil edir;

-          Təcrübə müddətində təcrübənin təşkili və keçirilməsinə nəzarət edir;

-          Təcrübə jurnalının vaxtında yazılmasına nəzarət edir;

-          Magistratura və doktorantura mərkəzinin direktoru ilə birgə Yekun Attestasiyanın keçirilməsi qrafikini hazırlayır və keçirilməsinə nəzarət edir.

 

 

    Magistratura və doktorantura mərkəzi direktorunun hüquq və vəzifələri:

-          Təcrübəyə buraxılan magistrantların adlı siyahısını hazırlayır;

-          Təcrübənin başlamasına ən azı iki həftə qalmış təcrübənin keçirilmə yeri və qaydaları haqqında Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri ilə birgə magistrantları məlumatlandırır;

-          Təcrübə kitabçasında müvafiq rekrizitləri dolduraraq ixtisas kafedrasının müdiri və magistr proq­ra­mı­nın rəhbərinin təsdiqinə göndərilməsinə nəzarət edir.

-          Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri ilə birgə təcrübənin başlanğıc və yekun konfranslarını təşkil edir;

-          Təcrübə müddətində təcrübənin təşkili və keçirilməsinə nəzarət edir;

-          Yekun Attestasiyanın keçirilməsi qrafikini Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri ilə birgə hazırlayır və keçirilməsinə nəzarət edir;

-          Ateestasiya Komissiyası tərəfindən magistranta verilmiş yekun qiymətin elektron sistemə yüklənilməsini və rəsmiləşdirilməsini təmin edir.

   

 

İxtisas üzrə fakültə dekanının hüquq və vəzifələri:

-          Təcrübə müddətində fakültələrin maddi-texniki bazasından magistrantlara tam istifadə imkanı yaradır;

-          Təcrübənin gedişi ilə maraqlanır və nəzarət edir;

 

    İxtisas üzrə  kafedra müdirinin hüquq və vəzifələri:    

-          Təcrübənin proqramının hazırlanması və təsdiqinə rəhbərlik edir;

-          Magistrantlara təcrübə rəhbəri təyin edir;

-          Təcrübənin başlanğıc və yekun konfranslarında iştirak edir;

-          Təcrübə jurnalının təcrübə rəhbəri tərəfindən düzgün və vaxtında yazılmasına nəzarət edir;

-          Təcrübənin təşkili və keçirilməsinə məsul şəxs kimi nəzarət edir və yaranmış çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı şəxslər qarşısında məsələ qaldırır;

-          Yekun Attestasiyanın keçirilməsi üçün Atestasiya Komissiyasının tərkibini müəyyən edir və təqdimat verir;

-          Yekun Attestasiyanın keçirilməsini qrafikə uyğun təşkil edir;

-          Attestasiyanın keçirilməsi zamanı şəffaflığı təmin edir;

-          Magistrantın Yekun Attestasiyadan keçməsinə dair təcrübə kitabçasında müvafiq qeydlərin aparılmasını təmin edir;

-          Təcrübəyə dair sənədlərin bir nüsxəsinin kafedrada saxlanmasını təmin edir.

 

Magistrantın vəzifələri:

-   Elmi tədqiqat zamanı nəzəri biliklərini genişləndirmək və dərinləşdirmək;

-   Təcrübədə əldə edilmiş nəticələrdən magistr dissertsiyası və gələcək elmi yaradıcılıq fəaliyyətində istifadə edə bilmək bacarığı əldə etmək;

-   Elmi tədqiqat işlərinin layihələndirilməsi və təşkilinin metodik işini reallaş­dır­ma­­ğı bacarmaq;

-   Dissertasiyanın elmi fərziyyəsinə uyğun olaraq eksperimentlər aparmaq;

-   Referatlar, elmi məqalələr yazmaq;

-   Biblioqrafiya, kataloqlarla işləməyi bacarmaq;

-   Problemlər bankı hazırlamaq;

-   Elmi tədqiqat kitabçasında görülən işlərin gündəlik qeydlərini aparmaq;

-   Nəzərdə tutulan prosedur qaydalara tam əməl etmək;

-   Elmi tədqiqat təcrübəsi üzrə hesabat yazmaq;

-   Elmi tədqiqat təcrübəsinin sonunda yekun hesabatını təqdim etmək.

 

 

V. Elmi-tədqiqat təcrübəsinə rəhbərlik

    Naxçıvan Dövlət Universitetinin ixtisas kafedraları tərəfindən magistrantlara elmi-tədqiqat təcrübəsinin keçrilməsi üçün təcrübə rəhbəri təyin edilir. Elmi-tədqiqat təcrübəsinin rəhbəri kimi magistrantın dissertasiya elmi-rəhbərinin təyin edilməsi daha məqsədəuyğundur. Zərurət olduqda kafedranın digər elmi dərəcəli professor-müəllim heyəti rəhbər təyin oluna bilər. Bir pedaqoq 5 nəfərdən çox magistranta elmi-tədqiqat təcrübəsi üzrə rəhbər təyin oluna bilməz.

     

 

    Elmi-tədqiqat rəhbərinin vəzifələri:

-          elmi-tədqiqat təcrübəsinin proqramı əsasında təşkilati işləri həyata keçirir;

-          magistrantlara elmi-tədqiqat təcürbəsinin keçrilməsinin proqramı haqqında məlumatlar verir;

-          elmi-tədqiqat təcrübəsinin məqsəd və vəzifələrinə uyğun yerinə yetiriləcək işlərə müvafiq olaraq magistrantın fərdi iş planının hazırllanmasında köməklik göstərir, öz tapşırıqlarını verir və onu təsdiq edir;

-          təcrübə kitabçasının magistrantlara vaxtında çatdırılmasına nəzarət edir;

-          elmi-tədqiqat təcrübəsinin kitabçasını təsdiq edir;

-          magistrantın təcrübəyə davamiyyətinin qeydiyyatını aparır;

-          təcrübə prosesində sual doğuran məsələlərlə bağlı magistranta məsləhətlər və tövsiyələr verir;

-          elmi-tədqiqat təcrübəsi prosesində magistrantların müsətiqil fəaliyyətini ilkin qiymətləndirir;

-          hər bir magistranta təcrübədə iştirakın nəticələrinə uyğun olaraq qısa rəy verir;

-          təcrübə işçi-tədris planında nəzərdə tutulmuş işlərin qrafikə uyğun təcrübə jurnalında qeydiyyatını aparır;

-          elmi-tədqiqat təcrübəsinin Yekun Attestasiyası zamanı komissiyanın işində iştirak edir.

-          təcrübə rəhbəri təcrübə jurnalının tam və səliqəli şəkildə tammalanıb, təhvil verilməsinə məsuldur;

 

 

 

 

 

VI. Elmi-tədqiqat təcrübəsinin proqramı

    Elmi-tədqiqat təçrübəsi proqramı hər bir ixtisaslaşmanın Təhsil proqramında (standartında) ona verilən tələblərə uyğun olaraq ixtisas kafedrasında hazırlanır və hazırlanmış proqram NDU-nun «Elmi-Metodik Şura»sında təsdiq olunur.

 

 

VII. Magistrantın elmi tədqiqat təcrübəsi zamanı fərdi planında əsasən aşağıdakılar yerinə yetirilməlidir

1.    Magistr dissertasiyasının mövzusunun predmeti sahəsində geniş məzmunlu əhatəli təhlil aparmaq;

2.    Biblioqrafiya, kataloqlarla işləmək, referatların mütaliə üsullarını öyrənmək və referat hazırlamaq;

3.    Dissertasiyanın elmi fərziyyəsinə uyğun olaraq müxtəlif metodların tətbiqini öyrənmək;

4.    Konfranslar, elmi nəşrlər üçün məruzələr,  məqalələrin hazırlamaq;

5.     Təcrübənin müvafiq mərhələləri üzrə icmallar yazmaq və yekunu haqqında hesabat hazırlamaq.

 

VIII. Elmi tədqiqat təcrübəsinin ümumi yekun

hesabatına daxildir:

-          magistrant haqqında qısa məlumat;

-          təcrübənin keçirildiyi yer;

-          təcrübənin məqsədi;

-          təcrübənin müddəti;

-          elmi rəhbərin verdiyi tapşırıqlar;

-          magistr dissertasiyası problemi üzrə müvafiq elmi nəşrlərdə son 10 ildə çap olunmuş elmi ədəbiyyatın siyahısı və kiçik xülasəsi;

-          xülasənin təhlili əsasında müəyyənləşdirdiyi elmi tədqiqat mövzusu;

-          müəyyən edilmiş mövzunun giriş hissəsinin strukturu;

-          əldə edilmiş səriştə və bacarıqların ümumiləşmiş təsviri;

-          təcrübəyə dair təkliflər;

 

IX. Yekun Attestasiya:

    Yekun Attestasiya Komissiyasının tərkibi ixtisas kafedralarının mütəxəssislərindən (kafedra müdiri, müəllimlər) ibarət olur. Fakültə üzrə magistrantların ixtisaslarına uyğun kafedralardan sədr, üzvlər və katibdən ibarət komissiyanın tərkibi müəyyənləşdirilərək təqdimat yazılır (hər bir fakültədə bir komissiya yaradılır) və rektorun əmri ilə təsdiq olunur. Elmi-tədqiqat təcrübəsinin yekun qiymətləndirilməsi Attestasiya Komissiyası tərəfindən aparılır. Elmi-tədqiqat təcrübəsinin rəhbəri də Attestasiya Komissiyasının üzvü kimi çıxış edə bilər.

    Attestasiya kommissiyası öz fəaliyyətini Magistratura və doktorantura mərkəzinin verdiyi qrafik əsasında və nəzarəti ilə tənzimləyir.

    Təcrübəçi magistrant Elmi-tədqiqat təcrübəsinin hesabatını müvafiq sənədlər əsasında magistr proqramının və elmi rəhbərin iştirakı ilə attestasiya komissiyasına təqdim edir.

    Yekun attestasiyada hesabatın müdafiəsi zamanı magistrant elmi-tədqiqat təcrübəsi zamanı əldə olunan nailiyyətlərlə çıxış etməli, özünün qazandığı yeni təcrübi bilikləri təqdim etməlidir. Elmi-tədqiqat təcrübəsinin yekunları XI bölmədə göstərilən qiymətləndirmə meyarları əsasında 100 ballıq sistemlə qiymətləndirilir.

    Yekun attestasiyasının nəticələri magistrantlar tərəfindən hazırlanmış hesabat materiallarının keyfiyyəti və həcminə müqabil olaraq təcrübə proqramı və fərdi iş planının (tapşırığı) yerinə yetrilməsi səviyyəsi ilə müəyyən edilir.

 

X. Magisrtantın elmi tədqiqat təcrübəsini qiymətləndirmə meyarları

 

Elmi tədqiqat təcrübəsi müddətində qiymətləndirmə və bal bölgüsü:

 

Magistrantın elmi tədqiqat təcrübəsi 100 ballıq sistemlə qiymətləndirilir 

 

Davamiyyətə görə

ETT-yə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Magistrant təcrübədə tam iştirak etdiyi halda ona 10 bal verilir. Təcrübə müddətində hər buraxılan 1 saata görə 0,5 bal çıxılır. Buraxılmış saatların miqdari təcrübəyə verilmiş saatların ümumi sayının 25% dən çox olmamalıdır. Bu, müəyyən olunmuş həddən yuxarı olduğu ( 25% və çox) halda tələbənin təcrübəsi qeyri müvəffəq hesab olunur.

 

 

10 bal (maksimum)

Magistranta ETT-nin proqramında nəzərdə tutlan işlərin icrasına və əmək intizamına görə  maksimum 60 bal verilir.

60 bal

Magistrantın sərbəst işləmə bacarığına maksimum 20 bal.verilir

20 bal

Magistrantın təcrübənin sonunda əldə etdiyi bilik və bacarıqlara

(hesabatın təqdim edilməsi) maksimum 10 bal verilir.

10 bal

Yekun qiymətləndirmə

 

 

91-100 bal

 

 

əla

 

A

 

 

81-90

çox yaxşı

 

B

 

71-80

Yaxşı

 

C

 

61-70

Kafi

 

D

 

51-60

qənaətbəxş

 

E

 

51 baldan aşağı

qeyri-kafi

F

 

XII. Elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsinə nəzarət

   

    Elmi-tədqiqat təcrübəsinin təşkili və keçirilməsinə nəzarət Təcrübə və məzunlarla iş bölməsinin rəhbəri, Magistratura və doktorantura mərkəzinin direktoru və ixtisas kafedrasının müdiri tərəfindən həyata keçirilir. Aşkarlanmış qüsurlar haqqında qaydalara uyğun tədbirlər görülür və vaxtında tədris işləri üzrə prorektora məlumat verilir.

 

DİQQƏT!

Təcrübə obyektində əmək intizamı qaydaları həmin qrumun əmək intizamı qaydaları ilə tənzimlənəcək. Qaydalar pozularsa müvafiq intizam cəzası tətbiq olunur.

Hər hansı səbəbdən təcrübə keçməyən və ya qeyri-müvəffəq qiymət almış magis­trant­lar təcrübəni keçməmiş sayılır və onlar  yenidən təcrübəyə buraxıla bilərlər.

Təkrar elmi tədqiqat təcrübəsinin təşkili magistrantın şəxsi vəsaiti hesabına təmin olunur və təcrübə tədris proqramından kənar vaxtda yerinə yetirilir.

 

Magistrantın elmi tədqiqat təcrübəsini keçməmiş sayılır!

 

-          Magistrant elmi-tədqiqat təcrübəsində iştirak etmədikdə və ya davamiyyətsizliyi 25% və çox olduqda,

-          Magistrant müvafiq proqramı yerinə yetirmədikdə,

-          Magistrant hər hansı mərhələdən 0 bal aldıqda,

-          ETT-dən yekun olaraq 50 bal və daha aşağı bal topladıqda,

-          Elmi tədqiqat təcrübəsinin hesabatı qeyri-müvəffəq qiymətləndirildikdə,

-          Magistrant hesabatda iştirak etmədikdə,

 

Magistrantın  təcrübədə iştirak etməməsi və ya müəyyən olunmuş normativləri ye­rinə yetirməməsi elmi tədqiqat təcrübəsinin sənədləri əsasında təsdiqlənməlidir.