Mən, Babayev Abdulla Məhəmməd oğlu, 1957-ci il yanvar ayının 8-də Şahbuz rayonunun Keçili kəndində anadan olmuşam. Azərbaycanlıyam.
1964-1974-cü cü illərdə Şahbuz rayonunun Keçili kənd orta məktəbində təhsil almışam.
1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya Gigiyena fakultəsinə daxil olmuş və 1981-ci ildə həmin fakultəni bitirmişəm. 1981-ci ilin noyabr ayından 1988-ci ilin may ayına qədər Naxçıvan Respublika Sanitar-Epidemioloji Stansiyasında qida gigiyenası laboratoriyasının müdiri, 1988-ci ilin may ayından 1991-ci ilin oktyabr ayına qədər xüsusi təhlükəli xəstəliklər şöbəsinin həkim epidemioloqu, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin avqust ayına qədər baş həkimin müavini – Muxrar Reüpublikanın Baş Dövlət Sanitar Həkiminin müavini vəzifələrində işləmişəm. 1993-cü ilin avqust ayından 1998-ci ilin iyul ayına qədər 264 №-li hərbi hissənin komandiri, 1998-ci ilin iyul ayından 2004-cü ilin iyun ayına qədər 705 №-li hərbi hissənin tibb xidməti rəisi – Naxçıvan Qarnizonunun tibb xidməti rəisi vəzifələrində həqiqi hərbi xidmətdə olmuşam. 2004-cü ilin iyun ayından 2006-cı ilin mart ayına qədər 258 №-li hərbi hissənin ftiziatriya bölməsində həkim-ordinator, 2006-cı ilin mart ayından 2011-ci ilin iyul ayına qədər RF-nın Pavlopasad rayonunun Elektroqorski şəhərində yerləşən “ELİKA” şirkətində səhiyyə məntəqəsinin müdiri, 2011-ci ilin avqust ayından 2011-ci ilin sentyabr ayina qədər 258 №-li hərbi hissənin dəri zöhrəvi xəstəliklər bölməsində həkim-ordinator, 2011-ci ilin sentyabr ayindan 2013-cü ilin sentyabr ayina qədər Naxçıvan MR GEM-də sanitariya-gigiyena şöbəsinin müdiri vəzifələrində işləmiş və haliyyədə 2013-cü ilin sentyabr ayından 205 №-li hərbi hissənin dəri zöhrəvi xəstəliklər bölməsinin həkim-ordinatoru vəzifəsində işləyirəm. Həm də NDU-də 2013-cü ildən 0,5 oklad müəllim, 2019-cu ildən isə 0,5 oklad baş müəllim kimi fəaliyyət göstərirəm.