Bağırov Mehdi Siyavuş oğlu

İqtisad elmləri doktoru, professor

 

 

Mən, Mehdi Siyavuş oğlu Bağırov 02 iyun 1971-ci il tarixdə Naxçıvan Mux­tar Res­­publikasının Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşam. 1978-1988-ci illərdə Naxçıvan şəhərində yerləşən 3 saylı rus təmayüllü orta ümumtəhsil mək­təb­də təhsil almışam.

1989-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakültəsinin “Mü­hasibat uçotu, nə­za­rət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə ali təhsil almışam. (diplom: fərqlənmə AB-I № 000330, verilmə tarixi – 01 iyun 1996-cı il)

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında öz təhsilimi davam etdirmişəm. 22 dekabr 2000-ci il tarixdə həmin Univer­si­tetdə 08.00.12 – “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisas şifrəsi üzrə “Fermer təsərrüfatlarında gəlirlərin uçotu və onlardan istifadənin səmərəl­liyinin təhlili” adlı dis­sertasiya müdafiə edərək iqtisad elmləri namizədi (hazırki – iqtisad üzrə fəlsəfə doktoru) elmi adına layiq görülmüşəm. (diplom: EN.№02336, verilmə tarixi – 08 may 2001-ci il)

2007-2012-ci ildən Naxçıvan Dövlət Universitetinin doktorantı olmuşam. 12 may 2018-ci il tarixdə 5312.01-“Sahə iqtisadiyyatı” ixtisas şifrəsi üzrə “Naxçıvan Muxtar Res­­publikasının aqrar sahəsində marke­tinq prinsipləri əsasında istehsal və satış sistem­lə­rinin formalaşdırılması və təkmil­ləşdirilməsi” mövzusunda iqtisad üzrə elmlər doktorluğu dissertasiyasını mü­da­fiə etmişəm.

1994-cü ildən bugünədək (iş staji – 30 ilə yaxın) fasiləsiz şəkildə Naxçıvan Dövlət Universitetində çalış­maqdayam. 

22 iyul 1994-cü il tarixdən sınaq müddətilə müəllim, 22 may 1998-ci il ta­rix­dən müəllim, 15 dekabr 2000-ci il tarixdən “Mühasibat uçotu və maliyyə” kafed­rasının baş müəllimi, 07 fevral 2006-cı il tarixdən Naxçıvan Dövlət Universi­tetinin dosen­ti­yəm. (diplom DS № 02430)   

2014-cü ilin 08 dekabr tarixindən 2016-cı ilin 14 iyun tarixinədək “Mühasibat uçotu və maliyyə” kafedrasına, 2016-cı ilin 14 iyun tarixindən 2017-ci ilin 08 dekabr ta­ri­xi­nədək isə Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakültəsinə rəh­bər­lik etmişəm. 08 dekabr 2017-ci il tarixdə doktorluq dissertasiyasının müdafiəsi ilə əlaqədar olaraq öz ərizəm əsasında tutduğun fakültə dekanı vəzifəsindən azad olunmuşam. Haliyədə Nax­çıvan Dövlət Universitetinin “Mü­hasibat uçotu və maliyyə” kafedrasının dosentiyəm.

Naxçıvan Dövlət Universitetində işlədiyim dövrdə eyni zamanda “İqtisad” fakül­təsinin həmkarlar komitəsinin sədri, fakültə dekanının müavini, Universitet HİK Rəyasət Heyətinin üzvü kimi vəzifələri icra etmişəm. 2014-2018-ci illərdə Naxçıvan Dövlət Uni­ver­sitetinin Elmi Şurasının üzvü olmuşam.

Eyni zamanda 1995-2012-ci illərdə Naxçıvan Özəl Universitetində baş müəllim, tyu­tor, do­sent, elmi işlər üzrə prorektor və digər vəzifələrdə çalışmışam. 1997-2012-ci illər­də həmin ali məktəbin Elmi Şurasının üzvü olmuşam.

2012-ci ildə NDU-nun Elmi Şurasının qərarilə humanitar əsərlər (iqtisadiyyat) nomi­nasiyasında “İLİN ALİMİ” fəxri adına layiq görülmüş və diplom almışam.

2016-cı ildə “Avropa Nəşr Poliqrafiya Evi” tərəfindən “ƏN YAXŞI VƏTƏNPƏRVƏR ALİM” nominasiyasında qızıl medalla təltif olunmuşam (diplom AZ-№ 8032200143) 

Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Moskva, Stavropol, Novosibirsk, Nevi­nomıssk, Saratov, Tomsk, Volqoqrad, Ankara, Təbriz, Praqa, London və digər şəhərlərdə keçirilən çoxsaylı respub­likadaxili və beynəlxalq konfrans, simpozium, sair elmi tədbirlərin işti­rak­çı­sıyam.

Çalışdığım dövrdə çoxsaylı elmi-tədqiqat işlərinin rəhbəri, fəlsəfə doktorluğu dissertasiyalarının opponenti, dissertasiya müdafiəsi yekunlaşmış dörd iddiaçının rəh­bəri olmuşam. Haliyədə daha üç iddiaçının iqtisad üzrə fəlsəfə doktoru istiqaməti üzrə elmi araşdırmalarına rəhbərlik etmək­dəyəm.

200-dən çox elmi əsəri, o cümlədən 35 kitabın (onlardan 12 monoqrafiya), 47-dən çox metodiki göstəriş və fənn proqramın müəllifiyəm. Dərs vəsaitlərimdən “Statistika kursu” Azərbaycan Dövlət İqtisad Uni­versitetinin (UNEC) üç uyğun ixtisasında zə­ru­ri ədəbiy­yatlar siyahısına salınmış və  26-ı xaricdə dərc olunmuşdur.

Kitablar təsərrüfat uçotu və idarəetmə sa­həsində fəaliyyətin beynəlxalq və ölkədaxili təşkilindən bəhs edir, ümu­milikdə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respub­lika­sında iqtisadi təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir: