Cəfərov Orxan Cəfər oğlu

Fizika-riyaziyyat fakültəsinin dekanı.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

e-mail:: orxanceferov@ndu.edu.az  orxan-1970@mali.ru

04 oktyabr 1970-ci ildə Şərur rayon Tənənəm kəndində anadan olub. 1978-1988-ci illərdə  N. Cəfərov adına Tənənəm kənd orta məktəbində orta təhsil alıb. 1988-1990-cı illərdə  “Sovet” ordusunda xidmət edib. 1990-1993-   cü  illərdə Tənənəm kəndində fəaliyyət göstərən  B. Şaxtaxtaxtinski adına sovxozda fəhlə işləmişdir. 1993-1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində bakalavr təhsil pilləsinin “riyaziyyat”     ixtisasını müvəffəqiyyətlə oxuyub, “Parçada kəsilməyən funksiyanın Çebışev çoxhədlisinə yaxınlaşması” mövzusunda buraxılış işini müdafiə etmişdir. 1997-1999-cu illərdə Naxçıvan Dövlət Universitetinin Magistra şöbəsində       “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisasını oxuyub və ”Riyaziyyat təlimi prosesində məsələ həlli vasitəsilə şagirdlərin evristik fəaliyyətinin formalaşdırılması” mövzusunda  magistr dissertasiyasını müdafiə   etmişdir. 1999-2001-illərdə “Cəbr və həndəsə kafedrasında baş laborant işləmişdir. 2001- 2008-ci illərdə Ümumi riyaziyyat kafedrasında  müəllim, baş muəllim vəzifələrində işləmişdir. 2008-ci ildə  “V-VI  sinif şagirdlərinin ədədlər   nəzəriyyəsi elementlərinə dair biliklərinin genişləndirilməsi və dərinləşdirilməsi” mövzusunda Namizədlik dissertasitasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru  elmi adını almışdır. 2008-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanlıqda dekan müavini vəzifəsində işləmişdir. 2010-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində işləmişdir. 2015-2022-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində dekan vəzifəsində işləmişdir. 2022-ci ildən Naxçıvan Dövlət Universitetinin Elmi katibidir.  2017-ci ildən “Umumi riyaziyyat kafedreaının dosentidir. Padaqoji fəaliyyəti dövründə  “Analitik həndəsə”, “Ali riyaziyyat”  fənlərini tədris etmişdir və hazırda ” Elementar riyaziyyat”  fənnini tədris edir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir iki övladı var. Naxçıvan şəhərində yaşayır.

 

Məqalələr

 

1.       O.C.Cəfərov. Riyaziyyatın ibtidai məktəb kursunda baza bilikləri haqqında. Pedaqoji Universitet Xəbərəri № 3, Bakı- 2002.

2.       O.C.Cəfərov. V-VI sinif şagirdlərinin riyazi biliklərinin genişləndirilməsi və dərinləşdirilməsində sinifdən xaric işlərin rolu. Naxçıvan Dövlət Universiteti Elmi əsərlər  №10,

3.       Naxçıvan  -2003.

4.       O.C.Cəfərov. Natural ədədlərin sadə vuruqlarına ayrılması üsullarına dair. Pedaqoji Universitet Xəbərəri № 1, Bakı -2004.

5.       O.C.Cəfərov. V sinif şagirdlərinin riyazi və ümumi inkişafının təmin edilməsinə dair. Pedaqoji Universitet Xəbərəri № 4, Bakı- 2004.

6.       O.C.Cəfərov. V sinifdə natural ədədlərin xassələri haqqında nəzəri biliklərin genişləndirilməsinə dair. Naxçıvan Müəllim-lər  İnstitutu  Xəbərlər № 1, Naxçıvan- 2005.

7.       O.C.Cəfərov. VI sinifdə ədədlər nəzəriyyəsi elementlərinin tədrisinə dair. Naxçıvan Müəllim-lər İnstitutu Xəbərlər №  2. Naxçıvan 2005.

8.       O.C.Cəfərov.V-VI sinif şagirdlərinin təklifləri isbatetmə prosesinə hazırlanması. Naxçıvan Müəllimlər İnstitutu Xəbərlər № 2008.

9.       O.C.Cəfərov. V-VI Sinif şagirdlərinin ədədlər nəzəriyyəsi ele-mentlərinə dair biliklərinin genişləndirilməsi və dərinləşdirilməsi. Naxçıvan Dövlət  Universiteti, 2008.

10.   O.C.Cəfərov. Orta məktəbdə hesab materialının təlimində şagird təfəkkürünün formalaşdırılması yolları. Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № 1 (43).Naxçıvan-2012

11.   O.C.Cəfərov. Orta məktəbdə təlim prosesində məsələ həlli vasitəsilə evristik fəaliyyətin formalaşdırılması. Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № 1 (51).Naxçıvan-2013.

12.   O.C.Cəfərov. Şagirdlərdə evristik fəaliyyətin formalaşdırılması metodikasına dair.    Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № 3 (59). Naxçıvan-2014.

13.   O.C.Cəfərov. Tək xətkeşlə qurma məsələlərinin həlli təcrübəsi. Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № 9 (65). Naxçıvan-2015.

14.   O.C.Cəfərov. Həndəsə kursunda oxşarlıq metodu ilə qurma məsələlərinin həlli. Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № 8(81). Naxçıvan-2016.

15.   O.C.Cəfərov. Natural ədədlərin və hesab əməllərinin xassələrinə aid öyrədici və inkişafetdirici çalışmalar  vasitəsilə nəzəri biliklərin verilməsi. Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № 4(93). Naxçıvan-2018.

16.   O.C.Cəfərov. Riyaziyyatın təlimində məntiqi biliklərin formalaşdırilmasına dair. Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № (101). Naxçıvan-2019.

17.   O.C.Cəfərov. Ədədlər  nəzəriyyəsinin bəzi məsələlərinə dair.  Naxçıvan Dövlət Universiteti, Elmi əsərər № 1. Naxçıvan-2019.

18.   O.C.Cəfərov “Orta məktəbdə stereometriyaya girişə dair” Naxçıvan Dövlət Universiteti Konfrans materialı, Naxçıvan-2022

1.      Məktəbdə çoxbucaqlının öyrədilməsi təcrübəsindən-“Fizika, astronomiya və riyaziyyatın aktual problemləri” Respublika elmi konfransı 13 may  2023-cü il

 

Tezislər

19.   O.C.Cəfərov. V -VI siniflərdə riyaziy-yatdan ev tapşırıqlarının verilməsində diferensasiyalı yanaşma. «Riyaziyyat, mexanika  və informatikanın müasir prob-lemləri» beynəlxalq simpoziumun tezisləri. Naxçıvan 2007.

20.   O.C.Cəfərov. Məsələ həllinin inkişafetdirici funksiyaları(V-VI siniflər). H.Əliyev 86     «Müasir təlim metod-ları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi » mövzusuna həsr edilmiş elmi praktik konfransın materialları (07may 2009) NMİ-2009.

21.   O.C.Cəfərov. Tənlik qurmaqla məsələ həlli prosesində nəzəri  biliklərin verilməsi. Heydər Əliyev 87. Müasir təlim metod-ları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prose-sində tətbiqi (05 may 2010) NMİ-2010.

 

22.   O.C.Cəfərov. V-VI sinif şagirdlərinin riyazi hazırlığındakı qüsurlar və onların aradan qaldırılması. Heydər Əliyev 88. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi(06 may 2011). NMİ-2011.

23.   O.C.Cəfərov.Orta məktəbdə riyaziyyatdan sinifdənxaric məşğələlərdə şagirdlərin nəzəri biliklərinin dərinləşdirilməsi. Azərbaycanda təhsil siyasətinin prioritetləri: Müasir yanaşmalar. Beynəlxalq elmi konfransın materialları. Naxçıvan şəhəri, 25 noyabr 2016-cı il.

DƏRS VƏSAİTİ

24.   O.C.Cəfərov. Cəbr və ədədlər nəzəriyyəsi elementlərinin məktəb kursunda tədrisi xüsusiyyətləri. Naxçıvan Dövlət Univer-sitetinin Elmi Şurasının  28 fevral 2017-ci il  tarixli iclasının qərarına əsasən çap edilir.  (protokol № 06). Naxçıvan-2017.

 

Proqramlar (metodiki vəsait)

25.   O.C.Cəfərov. Elementar riyaziyyat fənninin proqramı Naxçıvan Dövlət Univer-sitetinin Elmi Şurasının   23 sentyabr 2016-cı il  tarixli iclasının qərarına əsasən çap edilir. (protokol № 01) Naxçıvan-2016.