Cengiz Ara

Türkiyə Respublikası İnönü Universitetinin Tibb fakültəsi Ümumi cərrahiyə kafedrasının professoru Cengiz Ara Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində Daxili xəstəliklər fənni üzrə müvafiq ixtisas qruplarında 143 saat mühazirə oxumuş və praktiki məşğələlər keçmişdir. Professor Cengiz Ara aidiyyatı ixtisas üzrə fakültənin müxtəlif kafedralarının müəllim heyəti üçün Daxili xəstəliklər və qaraciyər transplantasiyası mövzularında təlimlər təşkil etmişdir.