05.12.1985-ci ildə Culfa rayonunun Teyvaz kəndində anadan olmuş, 1992-2002-ci illərdə Teyvaz kənd orta məktəbində, 2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisasında (Əyani) bakalavr təhsili alıb. 2006-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub, 2007-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı istiqamətində magistr təhsili alıb. 2008-2019-cu illərdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda böyük laborant vəzifəsində əmək fəaliyyətinə başlamış, Elmi katib vəzifəsinə yüksəlmişdir. 2010-2014-cü illərdə AMEA Naxçıvan Bölməsində doktorantura təhsili almış, 2014-cü ildə “Azərbaycan tarixi nəsrində Naxçıvan mövzusu: mərhələlər, problemlər, şəxsiyyət” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2019-cu ildə dosent elmi adı almışdır. 2017-2022-ci illərdə elmlər doktorluğu üzrə doktorantura təhsili almışdır, “Azərbaycan tarixi povestində zaman, şəxsiyyət və sosial-siyasi gerçəklik problemi” mövzusnda tədqiqat aparır. 08.05.2019-26.09.2019 tarixlərində Heydər Əliyev muzeyində elmi işçi, 26.09.2019-23.02.2022 tarixlərində “Naxçıvan” Universitetində Magistratura və doktorantura bölməsinin müdiri, Azərbaycan dili və ədəbiyyatı kafedrasının 0.5 ştat dosenti vəzifəsində çalışıb. 16/02/2022-ci ildən Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının tam ştat dosenti, 03.10.2022-ci ildən Nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 26.01.2024cü il tarixdən Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin müdiri, Azərbaycan dili və ədəbiyyatı kafedrasının 0.5 ştat dosenti vəzifələrində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir oğlu, bir qızı var.
Tədqiqat sahəsi: Nəsrşünaslıq, Naxçıvan ədəbi mühitində nəsr, tarixi povest, təsəvvüf ədəbiyyatı.
Seçilmiş əsərlər:
· Azərbaycan tarixi nəsrində Naxçıvan/ Naxçıvan: Əcəmi NPB, 2017192 s.
· Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povest/ Bakı: ADPU nəşri, 2017, 104 s.
· Altmışıncılar nəslinin formalaşmasında Heydər Əliyevin rolu. AMEA Naxçıvan Bölməsinin Xəbərləri.(Xüsusi buraxılış) 201, s308-313,Naxçıvan: Tusi, (İSSN 2218-4783).
· Nizami Gəncəvi dövrünü əks etdirən tarixi romanlarda Naxçıvan. Regional inkişaf, böyük mədəniyyət: mənşə, harmoniya, tipologiya. (Beynəlxalq konfransın materialları), Naxçıvan: 2013, s. 39-41.
· Hekayə janrı və tarixi mövzu. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Axtarışlar jurnalı. 2014, №1, s. 71-76.
· Orta asırlar dönemini konu alan Azerbaycan tarihi romanlarında Osmanlı imparatorluğu. Bilimsel Eksen (Uluslararası sosyal bilimler dergisi). Ankara: 2014, № 12, s. 68-74. ISSN: 1309-5811
· Нахчыванские темы XI-XII вв.в исторических романах. Гилея(Науковий висник Украинська Академия Наук). Киев: 2014, Выпуск -84, № 5, с. 207-209.
· Naxçıvan ədəbi mühitində tarixi povest: problemlər, perspektivlər, gözləntilər. Tarixi İpək Yolu və Naxçıvanın İqtisadi-Mədəni Əlaqələrinin İnkişafı Məsələləri. Beynəlxalq İpəy Yolu konfransı. 16-17 oktyabr 20015, Naxçıvan. S. 132-133
· Tarixi roman janrı:tarix, müasirlik, yazıçı movqeyi. Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr olunan Azərbaycanşünaslığın Aktual Problemləri.(Beynəlxalq elmi konfrans.). Bakı Slavyan Universiteti. 05-07 may 2015-cü il. II hissə. S. 463-465
· Əxilik və intibah dövrü Azərbaycan ədəbiyyatı haqqında bəzi mülahizələr/ “Naxçıvan” Universitetinin “Elmi əsərlər”i, 2015 № 1, s.
· Əzizə Cəfərzadənin “Bəla” povestində tarix və müasirlik problemi/ AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. 2016 №1, s. 36-42 (ISSN 2311-8482)
· Əxilik və Xaqani Şirvani yaradıcılığı, “Gənc alimlərin I Beynəlxalq Elmi Konfransı”- (17-18 oktyabr 2016-cı il, Gəncə) materialları, s. 255-257.
· Tarixi nəsr yeni elmi təfəkkürdə. Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr olunan Azərbaycanşünaslığın Aktual Problemləri.(Beynəlxalq elmi konfrans.). Bakı Slavyan Universiteti. 04-05 may 2017-ci il. II hissə.
· Ədəbi mətbuatda tarixi nəsrə dair mülahizələr. AMEA Naxçıvan Bölməsini “Xəbərlər” jurnalı, 2017 № 2, s. 210-215
· Məmmədhüseyn Təhmasibin müharibəsi dövrü fəaliyyəti və yaradıcılığında müharibə mövzusu. “Məmmədhüseyn Təhmasib: taleyi və sənəti” toplusu. Naxçıvan: Əcəmi, 2017.
· Üm-əl Baninin “İvan Buninin son höccəti” povesti. “Naxçıvan” Universitetinin Elmi əsərləri, 2017 №1 s. 152-158
· Историческая повесть в Нахчыванской литературной среды. Международный научные журнал/ Научные горизонты. 2017 №4, ISSN 2587-618x s. 6-18
· Aqil Abbasın “Batmanqılınc” povestində Qarabağ tarixi millik və müasirlik kontekstində. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan Azərbaycanşünaslığın Aktual Problemləri.(Beynəlxalq elmi konfrans.). Bakı Slavyan Universiteti. 03-04 may 2018-ci il. s. 229-230
· Məşrutə hərəkatından bəhs edən iki tarixi povest. AMEA Naxçıvan Bölməsinin Xəbərləri. 2018.№ 1 s. 210-216
· Azərbaycan Xalq Cumhuriyyəti dövründə ədəbi birliklər: Yaşıl qələm. “Müsəlman Şərqində ilk parlamentli respublika” Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları.21-23 may 2018, Bakı Dövlət Universiteti s. 528-530
· Gülhüseyn Hüseynoğlunun tarixi povestlərində sosial-siyasi gerçəklik problemi. “Naxçıvan” Universitetinin Elmi əsərləri, 2019 № 3(14) s. 81-90
· Oqtay Altunbayın tarixi povestlərində zaman və şəxsiyyət problemi. Naxçıvan Dövlər Universitetinin Elmi əsərləri(humanitar elmlər seriyası), 2021, №1(110), (İSSN 2224-5529) . s. 44-50