ilahaashrafova@ndu.edu.az

Əşrəfova İlahə Allahverdi qızı 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. 2000-2006-cı illərdə Babək şəhər 1 saylı orta məktəbdə, 2006-2011-ci illərdə Ordubad Qız Liseyində təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsini, 2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura Şöbəsinin Dilşünaslıq (İngilis dili) ixtisasını (Fərqlənmə diplomu ilə) bitirmişdir. 2019-2020-ci illərdə Naxçıvan Universitetində ixtisası üzrə saathesabı müəllim kimi fəaliyyətə başlamış, 2020-ci ildən Naxçıvan Dövlət Universitetində həm Xarici dillər fakültəsinin kompüter-operatoru, həm də “İngilis dili və Metodika” kafedrasında saathesabı müəllim kimi fəaliyyətini davam etdirmişdir. 2022-ci ildən etibarən isə “Roman-German dilləri” kafedrasında laborant kimi çalışmağa başlamışdır. Eyni zamanda “İngilis dili və Tərcümə” kafedrasının saathesabı müəllimi kimi fəaliyyət göstərmişdir. 2023-cü il sentyabr ayından etibarən “İngilis dili və Metodika” kafedrasının tam ştat müəllimidir. Bir sıra Beynəlxalq seminarlarda fəal iştirak etmiş və müxtəlif sertifikatlar almışdır. O, 2022-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin doktorantıdır. Fəlsəfə doktoru proqramı üzrə (5709.01 – Roman dilləri ixtisası) “Müasir fransız dilində ingilis alınmaların leksik-qrammatik və üslubi xüsusiyyətləri (KİV materialları əsasında)” mövzusunda dissertasiya mövzusu üzərində işləyir. 7 elmi məqalənin müəllifidir.

Dərc olunmuş elmi məqalələr:

  1. Polysemy. Magistrantların XVIII Respublika Elmi Konfransının materialları, III hissə, 17-18 may 2018-ci il, Sumqayıt Dövlət Universiteti.
  2. The ways of learning English. Magistrantların Regional Elmi Konfransının Materialları № 9, Naxçivan, NDU, “QEYRƏT”-2018.
  3. Oskar Uayldın “Bülbül və Qızılgül” hekayəsində metafor və təşbeh nümunələrinin istifadə olunması. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar, 2021, № 3, Cild 15.
  4. Fransız dilinin lüğət tərkibində istifadə olunan ingilis mənşəli alınma sözlər və onların istifadə olunmasına dair” AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu “Axtarışlar” 2022, №4
  5. The importance of working with a group in learning a foreign language. Respublikada konfrans məqaləsi. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda elmi-praktiki respublika konfransı, Naxçıvan, Qeyrət nəşriyyatı, 2023, s.76-77
  6. Haydar Aliyev: A Leader who transformed Azerbaijan. Respublikada konfrans məqaləsi. “Heydər Əliyev və milli dövlətçilik məsələləri” Respublika elmi konfrans materialları, Naxçıvan Universiteti, Elmi əsərlər, II hissə, 25-26.05.2023, səhifə 90-97
  7. Influence of English on modern french: a study based on mass media content. Hungary, Budapest. “The scientific heritage”. № 115. 2023
  8. Phonetic and lexical features of words borrowed from French into English. Xaricdə məqalə. Web of Universal Journal on innovative semantic education, Uzbekistan, cild2, №11, 2023, səhifə 11-25
  9. Anglicisms in contemporary french: A comprehensive analysis of linguistic borrowing and cultural integration. Xaricdə məqalə. Norwegian Journal of development of the international science, №121, 2023, səhifə 99-103
  10. Effective esl strategies for finance students: bridging language and financial literacy at nakhchivan state university. Xaricdə məqalə. Of the scientific journal “Sciences of Europe”, 2023 (Çapda)
  11. Xarici dildə işgüzar və akademik kommunikasiya (İngilis dili) fənni üzrə Proqram. Maliyyə ixtisası üçün (Çapda)
  12. English for Finance Students. Dərs vəsaiti. Maliyyə ixtisası üçün (Çapda)