Lamiyə İnşallah qızı Əliyeva

Müəllim

e-mail: eliyevalamiye@ndu.edu.az 

 1986-cı il Almaniya Federasiyasının Potsdam şəhərində doğulub. 1993-2004-cü illərdə 705 saylı hərbi hissənin orta məktəbində    təhsil alıb. 2004-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakultəsinin Alman dili müəllimliyi ixtisasını         bitirib. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Magistr pilləsi üzrə təhsil alıb. 2009-cu ildə  Naxçıvan Dövlət Tarix   Muzeyində işləmişdir. 2012-2015-ci illərdə Naxçıvan Universitetində İctimaiyyətlə Əlaqələr şöbəsində Koordinator vəzifəsində,   daha sonra kitabxanaçı kimi çalışıb. 2015-ci ildən Naxçıvan Dövlət Universitetində ixtisası üzrə alman dili müəllimi olaraq   işləməyə başlayıb. Bu illər ərzində Alman səfirliyi və Höte İnstitutunun birgə təşkil etdiyi Bakıda və vətənimizin müxtəlif   bölgələrində təkmilləşmə kuslarında olmuş və sertifikatlar qazanmışdır. Şəmkir şəhərində təşkil edilmiş Alman dili müəllimləri   qurultayında iştirak etmişdir. Hazırda alman dili müəllimləri birliyinin (DLV) üzvüdür və fəaliyyətini alman dili müəllimi olaraq   Naxçıvan Dövlət Universitetində davam etdirir. 2020-ci ildə “XIX əsr dilçiliyində alman dilçilərinin rolu” adlı dissertasiya mövzusu götürmüşdür. 2022-ci ildən baş müəllim vəzifəsində çalışır. 1 dərs vəsaiti, 1 proqram və 10-dan çox elmi məqalənin müəllifidir.

  Dərc olunmuş elmi məqalələr:

  1. Sinifdənxaric işlərin kiçik yaşda məktəblilərin estetik tərbiyəsinə təsiri. NDU. Magistrantların Regional elmi konfransının materialları. NDU- Qeyrət, 2013, №4, s.185-186
  2. Gənclərin vətənpərvər yetişməsində kitabxanaların rolu. NMİ-nin “Xəbərlər”i. 2015, №3, s…
  3. Alman dili və azərbaycan dili arasında fonetik fərqlər. NMİ-nin “Xəbərlər”i. 2016, №3, s…
  4. Almaniyada romantizm cərəyanının yaranması və inkişafında dünya şöhrətli alman yazıçılarının rolu. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i, Humanitar elmlər seriyası, 2017, №5 (86), I cild, s. 55-57
  5. Müasir dilçilikdə fonem nəzəriyyəsi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 5, “Qeyrət” – 2018 səh. 158
  6. Humboltun dilçilik görüşləri, European Scientific Conference İnternational Scientific Conference, Penza 2021, səh-84-86
  7. Dünyanın müasir dil mənzərəsi: sosial və linqvistik məsələlər, Beynəlxalq Konfrans, Mingəçevir- 2021
  8. Metodiki vəsait Alman dilinin müxtəsər qrammatikası Naxçıvan “Əcəmi” nəşriyyatı, 2022, 80 səh.
  9. Şlayxer naturalizm cərəyanının banisi kimi AMEA-nın Naxçıvan bölməsi, Axtarışlar, 2022, səh 62-68
  10. XIX əsr alman dilçiliyində psixologizm nəzəriyyəsi” AMEA Əlyazmalar İnstitutunun “Filologiya məsələləri” toplusu, 2022 №14
  11. Alman dili dərslərində qısametrajlı filmlər vasitəsilə tədris, I Respublika elmi konfransı “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi”, NDU-nun Elmi əsərləri, “Qeyrət “ nəşriyyatı, 2023, s.150-151
  12. Young Grammarians Trend İn German Linguistics And Factors Determining The Formation Of The Young Grammarians Trend, Norwegian Journal Of Development of the International Science, №120/2023, p.77-80
  13. 19-cu əsr Alman dilçiliyində müqayisəli tarixi dilçilik görüşləri və F.Bopp müqayisəli tarixi dilçiliyin banisi kimi, NDU-nun Elmi əsərləri, 2023, №126,