Nemətova Sədaqət Nəsir qızı

 

Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasında dosent, filologiya üzrə fəlsəfə doktoru

 QISA BİOQRAFİK MƏLUMAT

sedaqetnemetova@ndu.edu.az
sedaqetnemet@gmail.com

 

Nemətova Sədaqət Nəsir qızı14 iyul 1971-ci ildə Naxçıvan MR Babək rayonNehrəm kəndində anadan olmuşdur. 1978-1986-cı illərdə Nehrəm kənd 8 illik məktəbində, 1986-1988-ci illərdə 1 nömrəli orta məktəbində təhsil almışdır. 1988-1993 - cü illərdə BakıDövlət UniversitetininKitabxanaçılıq vəbiblioqrafiyafakültəsində təhsil almışdir.

Sədaqət Nemətova əmək fəaliyyətinə 1993-cü ildə Babək rayon MKS-də fond müdiri olaraq başlamışdır. 1994- cü ilin dekabr ayındanA.Babayev adına Respublika Uşaq Kitabxanasında biblioqrafiyaşöbəsininmüdiri (1994-2004), 2004-cü ilin dekabr ayındanNaxçıvanDövlət Universitetinin elmikitabxanasına baş kitabxanaçı, sonra baş biblioqraf vəzifələrində çalışmışdır (2004-2009). Paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasında dissertant olmuş, 2008-ci ildə “Ağı janrı və onun poetikası” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-cu ilin dekabr ayından Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq kafedrasında müəllim vəzifəsində elmi-pedaqoji fəailiyyətə başlamışdır. 2011-ci ildən həmin kafedrada baş müəllim, 2013-cü ilin dekabr ayından dosent vəzifəsində işləyir. Hazırda “Azərbaycanda epik janrların qarşılıqlı əlaqəsi” (Naxçıvan folklor materialları əsasında) mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 2002-ci ildən AzərbaycanJurnalistlər Birliyinin və 2008- ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2012-ci ildən isə Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin üzvüdür. 2010-cu ilin iyun ayından Yeni AzərbaycanPartiyasının üzvüdür.

S.Nemətova “Poetik yaddaşımızda ağılar” (2007), “Naxçıvan Muxtar Respublikasında Kitabxana işinin tarixi” (metodik vəsait) (2014) , “Naxçıvan Muxtar Respublikasının kitabxana informasiya təminatı sistemi” (dərs vəsaiti və dərs proqramı) (2015), “Ağı janrı: funksiya və poetik imkanlar” (2019) kitablarının, 60-dan çox elmi və publisistik məqalənin müəllifidir. 2007–ci ildə NDU-nun 40 illiyi münasibətilə keçirilən” Mənim universitetim”şeir müsabiqəsinin qalibi olmuş, fəxri fərmanla təltif olunmuşdur. 2015-ci ildə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsində elmi işçi vəzifəsində çalışmışdır.

 Naxçıvan Dövlət Televiziya və Radio verlişləri komitəsində, eləcə də “Naxçıvanınsəsi” radiosunda 10ildən artıq verlişlər aparmışdır. “Sizin sevimli yazıçılarınız”,“Uşaq dünyası”, “Naxçıvan folkloru”, “Folklordünyası”vəbaşqaverlişlərin müəllifi və aparıcısı olmuşdur. Yerli və mərkəzi mətbuatda, ədəbi almanaxlarda, İran, Türkiyə mətbuatında şeirləri və elmi məqalələri müntəzəm dərc olunur. Azərbaycanda və xarici dövlətlərdə keçirilən bir çox beynəlxalq elmi konfranslarda iştirak etmiş, yüksək səviyyədə elmi çıxışlar etmişdir.

Dərc olunmuş elmi əsərlər

1.Ölümün dərk olunması. NaxçıvanMüəllimlər İnstitutu. Xəbərlər.2006. № 2 (6),s.94-96.

2.Ağı janrının tarixi, poetik səciyyəsi. AMEAFolklor İnstitutu,Elmi axtarışlar, XXXI, Bakı: 2007,s.9-13.

3. Ölümün dərk olunması. AMEAFolklor İnstitutu,Elmi axtarışlar, XXXII, Bakı: 2007, s.13-18.

4. Əski ağı (saqu, yuq) mətinlərinin poetik xüsusiyyətləri. NaxçıvanDövlət UniversitetininElmi əsərləri, Naxçıvan 2007, №1 (21), s.140-143.

5. Dünya xalqlarının folklorunda elegiya səciyyəli janrlar. Bakı Dövlət Universiteti , Dil və ədəbiyyat, Bakı: 2007, № 2 (56),s. 112-115.

6. Ağı janrının tipologiyası. Bakı Dövlət Universiteti, Folklorşünaslıq məsələləri, Bakı: 2007, № 6,s. 92-96

7. Poetik yaddaşımızda ağılar.Toplamalar. Kitab Qızıl-Dağ MMC-nin mətbəəsi. Naxçıvan-2007,139 s.

8. Türk xalqlarının folklorunda ağı janrı. Yol bilim Kültür Araştırma Dergisi, Ankara: 2009,s. 280-283.

9. Xalq ruhuna bağlılıq .Folklor və Etnoqrafiya, Bakı: 2010, №2,s. 91-94.

10. Ölümün mənalandırılması .NaxçıvanDövlət UniversitetininElmi əsərləri.Humanitarelmlər seriyası,Naxçıvan: 2010, №2,s. 112-116.

11. Naxçıvan folklorunda kök motivi.Beynəlxalq konfrans materialı.Xalq kültüründə kök Uluslararası simpoziumu. Balıkesir-2010, s. 702-709.

12. Naxçıvandaənənəvi toxuma sənətinin özəllikləri. Beynəlxalq konfrans materialı.UluslararasıTürk Halı və Düz Dokumaları simpoziumu.Alanya-2010, s.501-508.

13.Yazılı ədəbiyyatda ağı. AMEA Naxçıvan bölməsi, Axtarışlar, Naxçıvan: 2011, №1 (1) ,s. 24-32.

14. Folklorumuzda köçkünlükmotivi. Folklor və Etnoqrafiya, Bakı: 2011, №2,s. 49-58

15. NaxçıvandaNovruzadət-ənənələri. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, Elmi axtarışlar, XXXV, Bakı: 2010,s. 138-143.

16. Kitabi - Dədə Qorqud” dastanlarında rəng simvolikası və boz rəng. Elmi axtarışlar, Bakı: 2011, № 1,s. 22-26.

17. Naxçıvandaənənəvi toxuma sənətinin özəllikləri . NaxçıvanDövlət UniversitetininElmi əsərləri.Humanitarelmlər seriyası .Naxçıvan: 2011,s. 217-221.

18. Ölüm motivinin folklor anlamı.AMEA Naxçıvan bölməsi, Axtarışalar, Naxçıvan:2011, № 2,s. 39-40.

19. Naxçıvanda Novruzadət-ənənələri. AMEA Naxçıvan bölməsi, Axtarışalar, Naxçıvan:2012, № 1,s.40-43

20. Yuq və yas mərasimlərinin folklor ehtiyatı(fondu). AMEA Naxçıvan bölməsinin xəbərləri. Naxçıvan: 2014,№ 3, s. 233-238.

21. Müstəqillik illərində folklor tədqiqatlar. AMEANaxçıvan bölməsi, Axtarışalar, Naxçıvan:2014, № 2, s. 43-46.

22. Mərasim folkloru: bəzi məsələlər(Naxçıvan matrealları əsasında). NaxçıvanDövlət UniversitetininElmi əsərləri. Humanitarelmlər seriyası . Naxçıvan:2014, № 5(61),s . 92-96.

23. Müxtariyyət illərində Naxçıvanda folklorşünaslığın inkişaf istiqamətləri. NaxçıvanDövlət UniversitetininElmi əsərləri. Humanitarelmlər seriyası . Naxçıvan:2014, № 6(62),s. 118-123.

24. Naxçıvan Muxtar Respubilikasında Kitabxana İşinin Tarixi. Metodik vəsait.Bakı, ADPU-nun nəşriyyatı- 2014,s. 67

25. Turk-islam fəlsəfəsində"ideal insan"təsəvvürü. Beynəlxalq konfrans materialı. Türk dünyası.Bilgələrzirvəsi. Eskişehir.2014.s. 219-222.

26. Folklorda gəlimli-gedimli dünya təsəvvürü. NaxçıvanDövlət UniversitetininElmi əsərləri. Humanitarelmlər seriyası Naxçıvan:2015,№ 1(66), s. 54-57

27. Naxçıvan Muxtar Respubilikasının kitabxana informasiya təminatı sistemi. Dərs vəsaiti. ADPU nəşriyyatı, Bakı: 2015,s.88.

28. Naxçıvan Muxtar Respubilikasının kitabxana informasiya təminatı sistemi. Proqram. ADPU nəşriyyatı, Bakı: 2015, s.12.

29. Naxçıvan əfsanələri :Genezis və funksiya. Beynəlxalq konfrans materialı III Uluslararası xalq kültürü simpozumu . Kazan – 2015, s. 483-485.

30. Epik mətinlərin toplanması tarixindən (Naxçıvan materialları əsasında). Beynəlxalq konfrans material. Tarixi İpək Yolu və Naxçıvanıniqtisadi – mədəni əlaqələrinin inkişafı məsələləri mövzusunda beynəlxalq konfrans.Naxçıvan – 2015, s. 150-154.

31. İqdır və Naxçıvan əfsanələrində ortaqlıqlar. Beynəlxalq konfrans materialı. Kültür və tarix bağlamında İğdır. Uluslararası simpozumu. İğdır – 2015, s. 280-283.

32. Naxçıvan Dövlət Universiteti-50 . Yaradıcı məzunlarımız. Elmi konfrans materialı. NDU 50 ildə Elmi konfransın Materialları. Naxçıvan : 2017,s.30-32.33. KağızmanlıHıfzı yaradıçılığında ağıların incələnməsi. Beynəlxalq konfrans materialı. Ölümünün 100.yılında Kağızmanlı Hıfzı Uluslararası sempozyumu.Kağızman 2018,s.179-185.

34. Folklorumuza Heydər Əliyev sevgisi. Beynəlxalq konfrans materialı. Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın materialları.Naxçıvan-2018, s 129-132.

35. İnanc sistemində mifoloji obrazlar. NaxçıvanDövlət UniversitetininElmi əsərləri. Humanitarelmlər seriyası . NaxçıvanDövlət UniversitetininElmi əsərləri.Humanitarelmlər seriyası. Naxçıvan: 2018,№ 1(90) , s.36-40.

36. Nağıl mətinlərində struktur və mahiyyət. NaxçıvanDövlət UniversitetininElmi əsərləri. Humanitarelmlər seriyası. Naxçıvan: 2018,№ 5(94) , s.46-50.

37. Ənənə: Mifoloji mətinlər və nağıllar. NaxçıvanDövlət Universitetinin Elmi əsərləri. Humanitarelmlər seriyası. Naxçıvan: 2019,№ 1(98), s.16-19.

38. “Ağı janrı: funksiya və poetik imkanlar”. Monoqrafiya. Naxçıvan-2019,” Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyi,s .208.

39. Naxçıvanda kitabxana işinin tarixi. Elmi konfrans. Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Respublika Elmi konfransının materialları. Naxçıvan-2019,s.190-192.

40. Naxçıvanda toxuma sənətkarlığının özünəməxsus xüsusiyyətləri. Respublika Elmi konfrans materialı.Naxçıvan xalçaçılığı keçmişdən günümüzə Respublika Elmi konfransı. Naxçıvan – 2019, s. 82-85.

41. Obrazın mediativ funksiyası. Beynəlxalq konfrans. Gəncə Dövlət Universitetində keçirilən gənc alim və tədqiqatçıların dördüncübeynəlxalq konfransının materialları.Kitab 2.Gəncə, 2019, s.30-35

42.  Naxçıvan folklor nümunələrində epic janrların dil və üslub xüsusiyyətləri – Çağdaş Azərbaycan dilinin actual problemləri II respublika elmi konfransı. 2023

43.  Qərbi Azərbaycandan köç edənlərin əzabları və onların lirik poetic ifadəsi - “Qərbi Azərbaycana qayıdış” festifal -konfrans  Naxçıvan şəhəri, 23-24 noyabr, 2023 cü il.