Bağırov Rəsul Bəşirəli oğlu

BAĞIROV RƏSUL BƏŞİRƏLİ OĞLU

tarix üzrə fəlsəfə doktoru, dosent

resulbagirov@ndu.edu.az
resul.bagirov@mail.ru

Rəsul Bəşirəli oğlu Bağırov 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndində anadan olmuşdur. 1977-ci ildə Babək rayonunun Didivar kənd orta məktəbini bitirmiş, 1977-1981-ci illərdə Naxçıvan Pedaqoji Universitetinin (indiki Naxçıvan Dövlət Universiteti) tarix fakültəsində oxumuş, tarixçi, tarix müəllimliyi diplomunu almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983-1993-cü illərdə Babək rayon Didivar kənd orta məktəbində tarix müəllimi vəzifəsində işləmişdir. 1993-1997-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir, müharibə veteranıdır. 1997-ci ildən Naxçıvan Dövlət Universitetində çalışır. 2003-cü il 21 iyun tarixdə “Naxçıvanın Qala şəhər yaşayış yerləri və müdafiə istehkamları” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2007-ci ildə dosent vəzifəsinə seçilmişdir. 27 noyabr 2023-cü ildən kafedraya rəhbərlik edir.

 

Dərc olunmuş elmi əsərlər

1.      Tunc və dəmir dövrünə aid Naxçıvanın müdafiə tikililəri. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan, 1999.№ 5. səh.80-81. Elmi əsərlər.

2.      Babək rayonu ərazisində tapılan mis əşyalar haqqında. Naxçıvan Dövlət Universitetinin elmi əsərləri. Naxçıvan, 1999. № 5. səh.114-115. Elmi əsərlər.

3.      Qədim Türk-Oğuz yurdu Naxçıvan və Kəngərlilər keçmişimiz-gələcəyimizdir.Etnoqrafiya-(problemlərə dair elmi nəzəri konfrans). Bakı, 2000.səh.26-27. Məqalə.

4.      II Kültəpənin narn qalası.       Elmi axtarışlar, VI toplu-(filologiya, tarix, incəsənət). Bakı, 2001. “Elmi nəşriyyat).səh.217-219. Məqalə.

5.      Naxçıvan Govruqalaları.         Elmi axtarışlar, VI toplu-(filologiya, tarix, incəsənət). Bakı, 2001. “Elmi nəşriyyat).səh.219-220. Məqalə.

6.      Naxçıvan: Ən qədim qalaların öyrənilməsi tarixi. Pedaqoji Universitetin xəbərləri-(Humanitar, pedaqoji, psixoloji, elmlər seriyası). Bakı, 2001. № 4.səh.10-11. Məqalə.

7.      Sədərək qalası. Tarix və onun problemləri. BDU, 2001. № 3-4. səh.153-154. Məqalə.

8.      Nəhəcir qalası haqqında ilkin məlumatlar. 2000-2001-ci illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş sessiya-(Çöl tədqiqatları və nəzəri problemlər). Tezislər, Bakı,Elm-2002.səh.29-30. Məqalə.

9.      Naxçıvanda arxeoloji tədqiqatlar. 2000-2001-ci illərdə aparılmış Arxeoloji və Etnoqrafiq tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiya-(çöl tədqiqatları və nəzəri problemlər). Tezislər,Bakı, Elm-2002.səh.11-12. Məqalə.

10.  Naxış-Nərgiz nekropolunda ilk tədqiqatlar.    Arxeologiya və Etnoqrafiya İnstitutunun 10 illiyinə həsr olunmuş Elmi konfransın materialları. Bakı-2003. səh.34-35. Məqalə.

11.  Sum qalası. Pedaqoji Universitetin xəbərləri. № 12. Bakı-2004. səh.190-193. Məqalə

12.  Gəmiqaya istehkamları. Azərbaycan MEA-nın Naxçıvan bölməsi. Xəbərlər. № 1. Naxçıvan, Tusi-2005.səh.87-92. Məqalə.

13.  Qalatəpə qalası haqqında ilkin məlumat. Naxçıvan Dövlət Universiteti. Xəbərlər. № 17. Naxçıvan-2006. səh.29-30. Məqalə.

14.  Külüs Qədim yaşayış yeri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan-2008. № 5 (25).səh.68-71. Elmi əsərlər.

15.  Qədim Dünya tarixinin tədrisində təsviri əyanilikdən istifadənin metodikasına dair. Naxçıvan Dövlət Universiteti. “Qeyrət” nəşriyyatı. 2008. səh.3-36. Metodik vəsait.

16.  Meydantəpə antik tipli yaşayış yerində arxeoloji tədqiqatlar. Azərbaycanda arxeoloji tədqiqatlar. 2008. səh.75-77.Arxeoloji tədqiqatlar.

17.  Qızılburun yaşayış yeri. AMEA Naxçıvan bölməsi. “Xəbərlər”. № 1. Naxçıvan-2009. səh.65-75.  Məqalə.

18.  Naxçıvan hövzəsi Neolit dövründə-(e.ə.VII-VI minillikdə). Naxçıvan Dövlət Universiteti. “Qeyrət” nəşriyyatı, 2010. səh.188-190. Məqalə.

19.  Naxçıvan çay hövzəsi. Eneolit dövründə (e.ə. VI-IV minillikdə. Naxçıvan Dövlət Universiteti. “Qeyrət” nəşriyyatı, 2010. səh.101-103. Məqalə.

20.  Müstəqillik dövründə Naxçıvanın tədqiq olunmuş yeni qalaları. Naxçıvan Dövlət Universiteti. “Qeyrət” nəşriyyatı, 2011. səh.27-32. Məqalə.

21.  Naxçıvançay hövzəsi eneolit dövründə Naxçıvan: İlk yaşayış və şəhərsalma yeri kimi. Beynəlxalq simpoziumun materialları. Naxçıvan-Əcəmi. NPB. 2012.səh.154-158. Məqalə.

22.  Curddağ. Kale tipli yeni yerləşmələr.Kultur Evremi. 2012.səh.122-128. Məqalə.

23.  Qurddaq-Novoe poselenie krepostnoqo tund. Rosiyskaə Arxialoqiə. № 2. 2012.səh.212-245. Məqalə.

24.  Vrevnie poselenie tipa qoroda-kreposti. Naxçıvana. Istoriçeskie rissledovaniə; materialı mecdunarod. Konfe. UFA. 2012.səh.73-76.Məqalə.

25.  Naxçıvançay vadisi orta tunc dövründə. ADPU (Humanitar, pedaqoji, psixoloji, elmlər seriyası), Bakı-2013.səh.112. Məqalə.

26.  Naxçıvan:İlkin şəhər və Duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumların materialları). Əcəmi-Naxçıvan-2013. səh.220-223. Məqalə.

27.  Naxçıvan əhalisinin mədəni və təsərrüfat həyatı (e.ə.V-IV minilliklər).Əcəmi-Naxçıvan-2013. səh.220. Məqalə.

28.  Naxçıvançay hövzəsi erkən dəmir dövründə. Elmi konfrans materialları. Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu. (məqalə çıxışı-(176). Bakı-2014. səh.25. Məqalə.

29.  Naxçıvançay hövzəsi tunc dövrü boyalı qabların istehsal ocaqları. ADPU-Bakı-2014.səh.162. Məqalə.

30.  Şahbuz rayonunun Dağlıq və Dağətəyi zonalarında dəmir dövrü abidələri.ADPU (Humanitar, pedaqoji, psixoloji, elmlər seriyası), Bakı-2015. səh.146. Məqalə.

31.  Heydər Əliyev və İranın Naxçıvana yardımı. NDU Elmi əsərlərin ictimai elmlər seriyasının xüsusi buraxılışı. № 6 (71), Naxçıvan-2015. səh.23-28. Məqalə.

32.  Əlincəqalanın təmir bərpa işləri. Əcəmi nəşriyyatı-Polioqrafiya birliyi. Naxçıvan-2016. səh.304-7-10 səhifə. Məqalə.

33.  Hülaki qalası. AMEA-nın Naxçıvan bölməsi-Axtarışlar. ADPU-mətbəəsi-2016. səh.153-158 səhifə. Məqalə.

34.  Sum qalası. AMEA-nın Naxçıvan bölməsi-Xəbərlər (İctimai və Humanitar Elmlər Seriyası).-2017. № 1. səh.93-96. Məqalə.

35.  Naxçıvanda tədqiq olunmuş yeni qalalar və müdafiə istehkamları (2000-2010).Tarih ve Kültür Ekseninde Orta Aras Havzası Uluslararası Sempozyumu. Ankara-2018.səh.1005-1017. Məqalə.

36.  Ağca qalası. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. “Qeyrət” nəşriyyatı, 2018. səh.15-18. Məqalə.

37.Qədim Naxçıvanın qala şəhərləri əhalisinin iqtisadiyyatı. Azərbaycan Respublikası Təhsil Nazirliyi.Naxçıvan Dövlət Universiteti. Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransının materialları. Naxçıvan, 2019, səh.91-95

38.Babək rayonu ərazisində istehkam qalaları.Naxçıvan Universiteti, Elmi əsərlər.№1(16),2020, səh.163-169.

39.«Arxeoloji maddi-mədəniyyət nümunələri əsasında Azərbaycanın qədim silahları və döyüş ləvazimatları» Elmi Əsərlər №1 səh.263-266.2021

40.”Naxçıvan çay hövzəsinin qədim əkinçi-maldar tayfalarının təsərrüfat həyatı (Neolit və eneolit dövründə)” Naxçıvan Universiteti elmi əsərlər №1. 2022. Səh 259-263

41. “Nəcəfəli Dizə qalası və yaşayış yeri barədə qeydlər” Şərqin səhəri qəzeti. 27 aprel. 2022

42. “Unudulmaz ziyalı” NDU-nun Yeni fikir qəzeti.12 may 2022

43. “Xalq müəllimi İsrafil Şükürov” Şərq qapısı qəzeti. 02 dekabr 2022

44. “Bacarıqlı zabit, vətənpərvər hərbçi- Əbdürrəhman bəy Fətəlibəyli- Düdənginski”,  Yeni fikir qəzeti. 13 aprel. 2023

45. Böyük ipək yolu və Dərbənd şəhəri. The historical importance of osh as a military strategic and cultural center of the great silk road1st international silk road confereNCE. 2023 səh-109-114

46. Heydər və Naxçıvanın müdafiəsi.  “Heydər Əliyev ideyaları və müasir dövr” respublika konfransının materialları.AMEA Naxçıvan bölməsi. NAXÇIVAN. 2023 səh. 173-178