Müəllim
sevdaocaqquliyeva@ndu.edu.az
| sevdaocagguliyeva@gmail
Ocaqquliyeva Sevda İsa qızı 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Kərimbəyli kəndində anadan olub.
2013-cü ildə Babək rayon Kərimbəyli kənd tam orta məktəbini bitirmiş, həmin ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsi “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul olmuş, 2017-ci ildə həmin Universiteti bitirmişdir.
2017-ci ildə Naxçıvan Dövlət Universitetində “Muzeyşünaslıq” ixtisası üzrə Magistraturaya qəbul olmuş, 2019-cu ildə həmin ixtisası Fərqlənmə ilə bitirmişdir.
2019-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakultəsinin “Arxiv işi və muzeyşünaslıq” kafedrasının laborantı vəzifəsində çalışmış, 2021-ci ildən həmin kafedranın 0.5 ştat müəllimi vəzifəsinə təyin olunmuşdur.
Dərc olunmuş elmi əsərləri :
1. Təlim-tərbiyə prosesində muzeylərin rolu - Naxçıvan Müəllimlər İnstitutu, 2021-ci il, №2 Elmi əsərlər Səh 73-75
2. Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavidin ev muzeyi - Naxçıvan Dövlət Universiteti, Magistrların regional elmi konfransının materialları,2019-cu il, №10 Səh 102-103
3. Qərbi Azərbaycan torpaqlarında mədəni abidələrimiz - “Qərbi Azərbaycana qayıdış” festifal -konfrans Naxçıvan şəhəri, 23-24 noyabr, 2023 cü il.
4. Muzey ekskursiyası - Naxçıvan Dövlət Universiteti. 2023