Seyidova Leylabəyim Mirməmməd qızı

Seyidova Leylabəyim Mirməmməd qızı 10.05.1986-cı il tarixdə Şərur rayonu Muğanlı kəndində anadan olmuşam.2003-cü ildə Naxçıvan Dövlət Universitetində Təbiətşünaslıq fakültəsinin “Biologiya” ixtisasına qəbul olmuş, 2007-ci ildə ali təhsilimi həmin ixtisasın bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişəm. 2010-cu ildə “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə NDU-nun əyani şöbəsində magistraturaya qəbul olmuş, 2012-ci ildə isə bitirmişəm. Eyni zamanda 2007-2011-ci illərdə Şərur rayon Muğanlı kənd tam orta məktəbində, 2011-2013-cü illərdə Babək rayon Babək qəsəbə tam orta məktəbində müəllim vəzifəsində işləmiş, 2013-cü ildən isə NDU-nun Zoologiya kafedrasında müəllim   vəzifəsində işləyirəm. 2016-ci ildən S.H.Məhərrəmovun rəhbərliyi altında “ Naxçıvan Muxtar Respublikasının şirin su hövzələrinin infizofaunası və ekologiyası” istiqamətində tədqiqat işi aparır.

 

                                                     Dərc olunmuş elmi əsərləri.

1. Yeniyetmələrdə əzələnin yorulması və onun gigiyenası. Magistrantların  XI respublika elmi konfransının materialları. “Sumqayıt” -2011, 239-242s

2.Uşaqlarda əzələnin yorulması və onun profilaktikası. Magistrantların regional elmi konfransının materialları,            №3, Naxçıvan NDU,   “Qeyrət”-2012, 269-271s

3.Naxçıvan MR şəraitində müxtəlif bitkilərə zərər veən şıqqıldaq böcəklər fəsiləsinin (coleoptera, elateride) bəzi növlərinin bioekoloji xüsusiyyətləri. Təbiət elmləri və tibb seriyası, № 3 (68), 2015, Naxçıvan, NDU, “Qeyrət” – 2015, 15-18 s

4.Naxçıvan Muxtar Respublikası şəraitində dənli bitkilərin əsas zərərvericilərinə qarşı  mübarizə üsulları. Təbiət elmləri və tibb seriyası, № 6 (76), 2016, Naxçıvan, NDU, “Qeyrət” – 2016, 28-32 s.

5.Продуктивные качества и биологические особенности овец породы балбас. Бюллетень науки и практики, в №7 (июль) 2021 г. С. 96-99

6.Продуктивные качества и некоторые биологические особенности овец породы валбас и их помесей. № 81/2022. .  Norwegian Journal of development of the International Science. c. 48-52.

7.Naxçıvan Muxtar Respublikası ərazisində Entodinimorfa dəstəsinə aid olan növlərin faunası və ekologiyasının öyrənilməsi. TƏBİƏT VƏ ELM Beynəlxalq elmi jurnal. İmpakt Faktor: 2.101. 2023 / Cild: 5 Sayı: 2 / 22-27.