Mirvasif Adil oğlu Seyidov

Biologiya üzrə fəlsəfə doktoru, baş müəllim

e-mail: mirvasifseyidov@ndu.edu.az

 

 

 

1959-cu ildə Naxçıvan MR Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. 1981-1986-cı ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı  İnstitutunun baytarlıq fakultəsində baytarlıq ixtisası üzrə ali təhsil alaraq, həmin institutu  fərqlənmə  diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyasında baş elmi işçi kimi başlamışdır. 1989-1993-cü lilərdə “Araz” Elmi İstehsalat Birliyində elmi işçi, 1993-1996-cı illərdə Naxçıvan MR Nazirlər Kabineti yanında Baytarlıq Komitəsində şöbə müdiri, 1996-2000-ci illərdə Naxçıvan Şəhər Baytarlıq İdarəsinin rəisi, 2000-2006-cı illərdə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsində baş mütəxəssis fəaliyyət göstərmişdir. 2006-2023-cü illərdə Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin Naxçıvan Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti kafedrasında 0,5 ştat vahidində pedaqoji fəaliyyətə başlayıb, 2023-cü ildən tam ştat baş müəllim işləyir.

2018-ci ildə “Naxçıvan MR-ın iksodofaunası” mövzusunda dissertasiya işi müdafiə etmiş, 2021-ci ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

          2013-cü ildən Baytarlıq təbabəti kafedrasında baytarlıq ixtisası üzrə təhsil alan tələbələrə “Kənd təsərrüfatı heyvanlarının patoloji anatomiyası, yarma və baytarlıq-məhkəmə ekspertizası” və “Heyvanların patoloji fiziologiyası” fənnlərini tədris edir. Haliyədə Baytarlıq təbabəti kafedrasının baş müəllimidir. 1 dərslik, 1 dərs vəsaiti, 1 proqram və 14 məqalənin müəllifidir. Ailəlidir, 2 övladı var.

 

          Dərc olunmuş elmi və tədris-metodiki işləri:

 1.     Naxçıvan MR-də iksodofauna və kənd təsərrüfatı heyvanlarının yoluxma vəziyyəti// Azərbaycan Aqrar Elmi jurnalı. 2004, No1-3, s.157-158.

2.     Naxçıvan Muxtar Respublikasında quşların iksodofaunasına dair araşdırmalar və onun nəticələri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, N: 3, s.79-81.

3.     Naxçıvan Muxtar Respublikasının iksodofaunasında dominant gənə növləri və onların yayılması/ Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və prespektivlər beynəlxalq konfransının materialları (23-24may). Naxçıvan: Qeyrət, 2014, s. 115-119.

4.     Hl. asiaticum növ iksodid gənələrinin mövsümü parazitliketmə müddətlərinin hərəkət dinamikası/ Kənd təsərrüfatının inkişafı: reallıq və prespektivlər beynəlxalq konfransının materialları (15-16 may) Naxçıvan: Qeyrət, 2015, s. 44-46.

5.     Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı heyvanlarının Rh. bursa növ gənələrlə yoluxması // AMEA  Naxçıvan Bölməsi Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2015, Cild II, N:2, s. 239-244.

6.     Naxçıvan Muxtar Respublikasında  Ixodidae gənələrinin coğrafi qurşaqlar üzrə yayılması və onların parazitliketmə müddətlərinin mövsümdən asılılığı// AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texnikielmlər seriyası, 2017, Cild 13, N: 2, s. 233-237.

7.     Фауна иксодовых клещей и ее роль в передаче кровепаразитарных болезней крупного рогатого скота// Журнал Аграрная наука. Москва, 2017, N: 2, с. 206.

8.     Фауна иксодовых клещей и ее роль в передаче кровепаразитарных болезней овец в условиях Нахчыванской АР/ Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri beynəlxalq elmi konfransının materialları (04-05may). Gəncə:  Gəncə Dövlət Universitetinin nəşriyyatı, 2018, II hissə, s. 272-275.

9.     О распространение иксодовых клешей вида Dermacentor marginatus Şulze 1776 в Нахчыванской Автономной Республике// Журнал известия высщих учебных заведений Поволжский регион естественные науки. Издательство Пензенского государственного университета. 2018, N: 1 (21), с. 11-18.

10. Qan-parazitar xəstəliklərinin ətin keyfiyyətinə təsiri// NDU Elmi əsərlər, Təbiət və tibb elmləri seriyası, Naxçıvan, NDU, “Qeyrət”-2018, N:7 (96) s.-271-273.

11. Naxçıvan MR-də iribuynuzlu heyvanların piroplazmidozları və onların yayılma yolları/ Aqrar sahənin inkişaf istiqamətləri mövzusunda respublika elmi konfransının materialları 8 aprel 2019-cu il, NDU, “Qeyrət” nəşriyyatı, 2019, s. 164-166.

12. Brusellyozun etiologiyasında gənələrin polu // AMEA Naxçıvan Bölməsi Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2020, Cild 16, N-2, səh. 189-194. İSSN 2218-4783.

13. Arazboyu düzənliklərdə müxtəlif cins qoyunların babeziozu zamanı qanda gedən morfoloji və biokimyəvi dəyişikliklər / Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri beynəlxalq elmi konfransının materialları. Gəncə: Gəncə Dövlət Universitetinin nəşriyyatı, 2022, II hissə, səh. 277-281.

14. Patoloji anatomiya və yarma. Dərslik. Bakı; Ecoprint, 2022, 636 s.

15. Patoloji anatomiya və yarma” fənni üzrə proqram. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Şurasının 25.01. 2022- ci il tarixli F-37 №-li qərarına əsasən nəşr hüququ verilmişdir.”Ecoprint”, Bakı, 2022, 14 s.

16. Araxnologiya və araxnozlar. Dərs vəsaiti. Naxçıvan: “Əcəmi “ Nəşriyyat-Poliqrafiya Birliyi, 2023, 184 s.

17. Blood parasitic diseases of domestic farm animals in the territory of the Nakhchıvan (Azerbaijan) // Бюллетень науки и практики, 2023 T.9 №6. p.153-158 https://doi.org/10.33619/2414-2948/91/20