Süleymanova Münəvvər Məhərrəm qızı

Ümumi tarix  kafedrasının müəllimi

 Süleymanova Münəvvər Məhərrəm qızı 1988-ci il 24 oktyabr tarixdə Babək rayon Babək qəsəbəsində anadan olub. 1994-cü ildə Babək qəsəbə tam orta məktəbin I sinfinə daxil olub, 2005-ci ildə həmin məktəbi bitirmişdir.  2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının bakalavr pilləsinin qiyabi şöbənin I kursuna daxil olub, 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının bakalavr pilləsini bitirmişdir. 2010-cu ildə Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisasının magistr pilləsinin I kursuna daxil olub, 2012-ci ildə Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisasının magistr pilləsini bitirmişdir. 2011-ci il 11 sentyabr tarixdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində tyutor işləməyə başlamışdır. 02 aprel 2012-ci il tarixdən 15 sentyabr 2015-ci il tarixədək Sosial-idarəetmə və hüquq fakültəsində tyutor işləmişdir. 2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində saathesabı müəllim işləyir. 15 sentyabr 2015-ci il tarixdən  28 mart 2017-ci il tarixədək “Azərbaycan tarixi” kafedrasında baş laborant işləmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən 01 iyun 2018-ci il tarixdə laborant vəzifəsinə təyin edilmişdir. 2020-ci il tarixdə “Ümumi tarix” kafedrasında 1 illik sınaq müddətinə 1,0 ştat müəllim vəzifəsinə təyin edilmişdir.