Naxçıvan Dövlət Universitetinin doktorantı
Baş müəllim E-mail: Zamanova.afaq@bk.ru
1976-cı ildə Azərbaycan Respublikasının gözəl güşəsi, dünyanın nəqşi sayılan Naxçıvan şəhərində doğulmuşdur (Nəqşi-cahan).
1995-ci ildə Yusif H.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Musiqi ali peşə istiqamətinin Musiqi ixtisasına daxil
olmuş və 1999-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Yeddi (7) il sonra 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin
Magistratura şöbəsinin Musiqişünaslıq ixtisasına daxil olmuş və 2008-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Doktorantıdır (Musiqi sənəti ixtisası üzrə).
Əmək fəaliyyətinə Naxçıvan şəhər 2 №-li Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim kimi işə başlamışdır.
2008-ci ildən 2012-ci ilə dək Naxçıvan Dövlət Universiteti İncəsənət Fakültəsi Bəstəkarlıq kafedrasında baş laborant vəzifəsində işləmişdir. 2012-ci ildən 2017-ci ilədək Musiqi təlimi kafedrasında müəllim, 2017-ci ildən isə baş müəllim vəzifəsində çalışır.
Dərc olunmuş elmi əsərlər:
1. Bəstəkar “Kamal Əhmədov” Bakı 2009, Musiqi dünyası jurnalı – 3-4/41, 2 səh (119-120) s (Məqalə).
2. “İnsan psixologiyasına təsir edən bir sıra amillər” – NDU-nun Elmi əsərlər jurnalı, Naxçıvan 2012, № 2 (46), 2 səh (226-227) s (Məqalə).
3. “Teatrda aktyorluq və rejissorluq ideyası” NDU-nun Elmi əsərlər jurnalı, Naxçıvan 2013, № 1 (52), 4 səh (142-145) s (Məqalə).
4. “Teatr tamaşalarında səslənən musiqinin əhəmiyyəti” NDU-nun Beynəlxalq konfransı, Naxçıvan 2013, 2 səh (118-119) s (Məqalə).
5. “Teatr və musiqili səhnə əsərləri” NDU-nun Elmi əsərlər jurnalı, Naxçıvan 2014, №1 (57), 5 səh (174-178) s (Məqalə).
6. “Mahnıların janr xüsusiyyətlərinin özünəməxsus cəhətləri” NMİ-nun Xəbərləri cild:10, № 4, 2014, 5 səh (154-158) (Məqalə).
7. “Əsas musiqi aləti” (Fortepiano ixtisası üçün) Proqram → NDU-nun Elmi Şurasının 29.11.2017-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə
olunmuşdur. (Protokol № 03) Naxçıvan – 2017 (Proqram).
8. “Yaşar Xəlilovun yaradıcılıq üslubunun özünəməxsus xüsusiyyətləri” NDU-nun Elmi əsərlər jurnalı, humanitar elmlər siyahısı, Naxçıvan,
NDU “Qeyrət” – 2018, №5 (94) II cild 4 səh – (211-214) (Məqalə).
9. Ramiz Mirişlinin “Könül dolu musiqi dünyası” NDU-nun Elmi əsərlər jurnalının humanitar elmlər siyahısı № 1 (98) Naxçıvan, NDU
“Qeyrət” – 2019 cild 3 səh – (255-257) (Məqalə).
10. XI Beynəlxalq Elmi Simpozium “Müasir dünyada mədəniyətlərarası münasibətlər” Vasif Allahverdiyevin əsərlərinin
düşündürücü cəhətləri Tblisi .27 fevral 2021.
11. Müstəqillik dövründə Naxçıvan bəstəkarlarının yaradıcılığında xor musiqisinin inkişafı 2022, №4, Cild 16 Axtarışlar, Researches
12. Heydər Əliyevin siyasətdəki rolu və mədəniyyətə göstərdiyi qayğılar.Konfrans məqaləsi. 29 may 2023 Özbəkistan.