Orucova Aidə Səttar qızı 01 iyun 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini 1997-2008-ci illərdə Naxçıvan şəhər E. Sultanov adına orta məktəbdə almışdır. 2008-2011 ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq ixtisasının əyani şöbəsi üzrə bakalavr təhsil almışdır. 2015-2017-cı illərdə ali təhsil aldığı Universitetin Farmakoqnoziya ixtisaslaşmasının əyani şöbəsi üzrə magistr təhsil pilləsini bitirmişdir. 2011-2013 -cü illərdə dərman deposunda alış üzrə menecer vəzifəsində çalışmışdır. 2013-2021-ci ilərdə Naxçıvan Tibb kollecində ştat üzrə müəllimə vəzivəsində fəalliyyət göstərmişdir. 2019-2020 ci illərdə Naxçıvan Mərkəzi xəstəxanasında analitik provizor vəzifəsində çalışmışdır. Daha sonra 2021 ci ildən Naxçıvan Perinatal Mərkəzində Provizor olaraq fəaliyyətə başlamışdır. Hal- hazırda Provizor olaraq fəaliyyətinə davam edir. Eyni zamanda 2022- ci ildən Naxçıvan Dövlət Universitetində 0.5 ştat müəllim vəzifəsində çalışır.
Dərc olunmuş elmi əsərlər
1. The study of morphological –anatomical diaqnostic features of raw material of the Prangos Ferulaceae (L) Lındl the scientific metod №7 (7) 2017 45-49
2. The effect of 5-aza-2 deoxycytidine and zebularine on the mutants of Arabidopsis gene responsible for DNAmethylation İnternational Journal of Multidisciplinary Research and Development 2023, 56-62
3. Pharmacological Effect and Pharmacognostic Study of the Species Belonging to the Prangos L. Genus Spread in the flora of Azerbaijan İnternational Apitherapy and Nature congress, 2023, 27-30