Beynəlmiləlləşmə siyasəti

 

"TƏSDİQ EDİRƏM"

 

Naxçıvan Dövlət Universitetinin rektoru

 

 

__________________ E.S.İsayev

 

“_30_”  yanvar__2024-cü il

 

 

 

 

 

 

 

PUBLİK HÜQUQİ ŞƏXS STATUSUNA MALİK

 NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLMİLƏLLƏŞMƏ SİYASƏTİ

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan 2024

 

Ön söz

Son illər qloballaşma cəmiyyətin müxtəlif sahələrinə, eləcə də ali təhsil sahəsinə və bu sahədə fəaliyyət göstərən insanların və fikirlərinin mübadiləsinə öz güclü təsirini göstərmişdir, iqtisadi, siyasi va sosial dinamikada qlobal qarşılıqlı asılılığın rolu artıq qəbul edildiyindən universitetlərin beynəlmiləlləşmə funksiyası qarşılıqlı asılılığın  vacibliyini daha da önə çıxarır. Qlobal trendlərdən bəhrələnmək üçün ali təhsil müəssisələri regional, beynəlxalq, hətta qitələrarası əlaqələrin qurulması, ikitərəfli və çoxtərəfli elmi və akademik əməkdaşlıqların təşkili və  müqavilələrin imzalanmasına xüsusi diqqət ayırır. Bu baxımdan prioritet istiqamət qlobal təsirin gücləndirilməsi ilə yanaşı, universitetlərin güclü lokal şəbəkə və birliklər ətrafında birləşməsi, eləcə də birliklərin, qabaqcıl təcrübələrin və strategiyaların mübadiləsinin təmin edilməsidir.

Azərbaycanın təhsil ənənələrinə malik universitetlərindən biri olan Naxçıvan Dövlət Universitetində bu sahədə bir sıra işlər həyata keçirilmiş, 2023-cü ildə beynəlmilləşmə siyasəti sənədi universitetin  yeni  strategiyasına uyğunlaşdırılaraq təsdiqə təqdim edilmişdir. Beynəlmiləlləşmə fəaliyyətinin hədəf və məqsədləri universitetin beynəlmiləlləşmə siyasətində və fəaliyyət planında əks olunub. Universitet beynəlmiləlləşməyə dair yol xəritəsinin planlaşdırılmasında sadalananları prioritet hesab edir.

Sənəd Naxçıvan Dövlət Universitetinin rəhbər  heyətinin rəy və təklifləri, “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” nəzərə alınaraq və “Naxçıvan Dövlət Universitetinin 2023-2027-ci illər üzrə Strateji İnkişaf Planı”na əsaslanılaraq hazırlanmışdır.  

 Naxçıvan Dövlət Universitetinin Beynəlmiləlləşmə sənədi aşağıdakı strateji  məqsəd və hədəfləri özündə əks etdirir:

Məqsəd 1. Tədris proqramlarının beynəlmiləlləşməsi:

 

Hədəf 1. Beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli kadrların hazırlığı üçün kurikulumun və metodların təkmilləşdirilməsi ;

Hədəf 2. Təhsil proqramlarının milli və beynəlxalq əmək bazarlarının cari tələblərinə uyğunlaşdırılması;

Hədəf 3. Peşəkar xarici mütəxəssislərin tədris prosesinə cəlbi;

Hədəf 4. Universitetin həm yerli, həm də xarici tələbələr üçün akademik təklifini zənginləşdirəcək ingilis dilində mövcud təhsil proqramlarının təkmilləşdirilməsi və yeni təhsil proqramlarının təşkili/Xarici dildə həyata keçirilən birgə təhsil proqramlarının sayının və keyfiyyətinin artırılması;

Hədəf 5. Akademik prosesin rəqəmsallaşması/Rəqəmsallaşma vasitəsilə təlim və tədrisin transformasiyasına dəstək;

Hədəf 6. Professor-müəllim heyəti üçün ixtisasartırma kurslarının, habelə heyətin peşəkar inkişafı üçün əsas iş yerindən ayrılmadan xarici dil vərdişlərinin inkişafı üzrə kursların təşkili;

Hədəf 7. Müasir tədris texnologiyalarının tətbiqi;

Hədəf 8. Tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması;

Hədəf 9. Əcnəbi professor-müəllim heyətinin kurrikulumların yenilənməsi işinə cəlb edilməsi;

Hədəf 10. Beynəlxalq akkreditasiya olunmuş ixtisas və fənn proqramlarının sayının artılıması;

 

 Məqsəd 2. Universitetin beynəlxalq imicinin təşviqi:

 

Hədəf 1. Beynəlxalq səviyyəli təşkilatlara üzvlük;

Hədəf 2. Beynəlxalq  akkreditasiya şirkətləri ilə əməkdaşlıq etmək;

Hədəf 3. Beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində irəliləyiş, nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi;

Hədəf 4. Beynəlxalq proqramlar çərçivəsində mobillikdə iştirak edən tələbələrin, eləcə də akademik heyətin və akademik mobillik müqavilələrinin sayının artırılması;

Hədəf 5. Spesifik sahələr müəyyən etməklə xarici tərəfdaşlarla əməkdaşlığın effektivliyinin artırılması;

Hədəf 6. Beynəlxalq akademik mobilliyin inkişafı və potensialın gücləndirilməsi istiqamətində layihələrin icrası:

Hədəf 7. Universitetin administrativ, inzibati və akademik heyəti üçün beynəlxalq təcrübə proqramlarının və təlimlərin təşkili ;

Hədəf 8. Nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;

Hədəf 9. İkili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması ;

 

Məqsəd 3. Tədqiqatların beynəlmiləlləşməsi:

Hədəf 1. Elmi tədqiqatların, elmi məqalələrin nüfuzlu beynəlxalq elmi jurnallarda dərcinin təşviq edilməsi;

Hədəf 2. Əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutan elmi-tədqiqat strukturlarının yaradılması və elmi araşdırma proqramlarının hazırlanması;

Hədəf 3. Universitetin tədqiqat imkanlarının (laboratoriyalarının) əhəmiyyətli dərəcədə genişləndirilməsi və modernləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması;

Hədəf 4. ARWU, QS, THE, Webometrics və digər nüfuzlu reytinq şirkətlərinin sıralamalarında universitetin yer tutması və daha yüksək pillələrdə qərarlaşması  üçün zəruri fəaliyyətlərin icrasını təmin etmək;

Hədəf 5. Beynəlxalq qrant proqramlarına layihələr təqdim edilməsi və həmçinin universitetin beynəlxalq qrant layihələrdə tərəfdaş olaraq iştirakının təmin edilməsi;

 

Məqsəd 4. Əcnəbi tələbələrin cəlbi:

 

Hədəf 1. Tələbələrin ümumi sayına nisbətdə təhsil alan əcnəbi tələbələrin sayının artırılması (o cümlədən xarici dildə tədris olunan proqramlarda);

Hədəf 2. Əcnəbi tələbələrin cəlbi məqsədilə beynəlxalq təhsil sərgilərində iştirak etmək;

Hədəf 3. Universitetə qədər hazırlıq proqramı (foundation program) daxil olmaqla əcnəbi tələbə kontingenti üçün təlim keyfiyyətinin yüksəldilməsi;

Hədəf 4. Əcnəbi tələbə qəbulunun diversifikasiyası (tələbələrin qəbul saylarının coğrafi əhatəsinin artırılması/şaxələndirilməsi);

Hədəf 5. Əcnəbi tələbələrin cəlbinin coğrafi əhatəliliyinin artırılması məqsədilə hədəf ölkələrdə NDU-nun qəbul ofislərinin açılması;

         Hədəf 6. Universitetdə çoxmədəniyyətli və çoxdilli mühitin formalaşdırılması