Cabbar Sərdar oğlu Nəcəfov

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent,

kənd təsərrüfatı maşınları ixtisası üzrə mühəndis-mexanik

e poçt:haci-cabbar71@mail.ru   Universitet e-poçt:cabbarnacafov@ndu.edu.az

 

Nəcəfov Cabbar Sərdar oğlu 1971-ci ildə ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhərində ekstern imtahan verərək Ukrayna Respublikasının Kirovoqrad şəhərindəki Kənd Təsərrüfatı Maşınqayırma İnstitutuna qəbul olub. 1992-ci ildə Kirovoqrad Kənd Təsərrüfatı Maşınqayırma İnstitutunu "Kənd təsərrüfatı maşınları" ixtisası üzrə mühəndis-mexanik kimi bitirmişdir.

1992-ci ildən Babək rayon 2 №-li Üzüm Emalı Zavodunda baş mühəndis, 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Filialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2002-2008-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Aqrokimya və Bitki mühafizəsi laboratoriyalarında 0,5 ştat vahidiylə böyük elmi işçi vəzifələrində işləmişdir. 2003 - cü ilin fevral ayından AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda direktorun ümumi işlər üzrə müavini, 2021-ci ilin iyun ayından ixtisarla əlaqədar təsərrüfat şöbəsinin müdiri, 2021-ci ilin sentyabr ayından böyük elmi işçi vəzifələrində işləmişdir. 2021-2023-cü il tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun  (Naxçıvan) İnnovasiya və Elmi-İstehsalat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.                                            

2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda “Naxçıvan Muxtar Respublikasının azyayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 2010-cu ildə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2023 - cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən “Bitkiçilik” ixtisası üzrə Dosent elmi adı verilmişdir.

  Cabbar Nəcəfov Bioresurslar İnstitutunun Nəbatat bağında salınmış Naxçıvan MR-in azyayılmış qiymətli sortlarından ibarət tarla-kolleksiya üzüm bağında əsaslı və yeni metodlara əsaslanan elmi-tədqiqat işləri aparır, fermerlər və bağbanlar üçün aqrotexniki tövsiyələr hazırlayır, onlara dəyərli məsləhətlər və əvəzsiz olaraq əkin materialları verilməsinə köməklik göstərir.

2023-cü ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasında 0.5 ştat müəllim, oktyabr ayından kafedra müdiri vəzifəsində çalışır.

 

A.e.ü.f.d., dos. Nəcəfov Cabbar Sərdar oğlunun dərc  edilmiş  əsərləri:

 

1.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasında üzümçülüyün tarixinə dair / Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi mövzusunda AMEA Naxçıvan Bölməsində keçirilmiş elmi konfransın materialları. Bakı: Elm, 2004, s. 170-175

2.   Nəcəfov.C.S. Naxçıvan MR-də tənəyin kök sisteminin torpaq horizontlarında yerləşmə xüsusiyyətləri və aqrotexniki becərmə texnologiyasına dair // Azərbaycan aqrar elmi, 2005, № 1-2, s. 180-181

3.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi aborigen üzüm sortlarının  barvermə xüsusiyyətləri // Azərbaycan aqrar elmi, 2005, № 3-4, s. 134-135

4.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının şaxtaya davamlı nadir üzüm sortları // Azərbaycan aqrar elmi,

2006, № 1-2, s. 171-172

5.   Наджафов.Д.С. Агробиологические особенности некоторых сортов винограда Нахчыванской Автономной Республики // Аграрная наука Азербайджана, 2006, № 3-4, с. 137-139

6.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasında üzümün sort tərkibi və onun daha da zənginləşdirilməsi yolları // AMEA Naxçıvan Bölməsinin xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi», 2006, № 5, s. 144-146

7.   Наджафов.Д.С. Поздно созревающие столовые сорта винограда Нахчыванской Автономной Республики // Аграрная наука Азербайджана, 2006, № 5-6, с. 177-178

8.   Наджафов.Д.С. Сбор и изучение генефонда винограда Нахчыванской Автономной Республики // Доклад тезисов XI международной конференции на тему "Генетические ресурсы биоразнообразия", Баку, 2006,

27-28 июль, с. 188-189

9.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasında yüksək üzüm məhsulu yetişdirilməsi texnologiyası / fermer və digər  fərdi təsərrüfat formaları üçün / Naxçıvan : Əcəmi, 2006, 30 s.

10.   Наджафов.Д.С. История происхождения винограда и пути его развития   в Нахчыванской Автономной Республике // Аграрная наука Азербайджана, 2007, № 1-3, с. 230-232

11.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi az yayılmış üzüm sortlarının təsərrüfat-texnoloji xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2007, № 2, s. 86-92

12.   Nəcəfov.C.S. Kişmiş və mövüc istehsalının texnoloji xüsusiyyətləri  / Naxçıvan: Əcəmi, 2007, 24 s. (fermer və digər fərdi təsərrüfat formaları üçün)

13.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi az yayılmış üzüm sortlarının xəstəlik və ziyanvericilərə qarşı davamlılığı // AMEA Naxçıvan Bölməsinin xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi», 

2007, № 4, s.105-109

14.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının azyayılmış Sarı aldərə üzüm sortunun biomorfoloji və texnoloji-təsərrüfat xüsusiyyətləri / AMEA Botanika İnstitutunun əsərləri, XXVII cild, Bakı, Elm, 2007, s. 185-187

15.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının azyayılmış Duzalı və Şahangiri üzüm sortlarının biomorfoloji və texnoloji-təsərrüfat xüsusiyyətləri // Azərbaycan aqrar elmi, 2008, № 1, s. 66-68

16.   Qurbanov M.R., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının az yayılan  üzüm sortlarının ziyanvericilərə qarşı davamlılığı / Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, I cild, Bakı, Elm, 2008, s. 788-790

17.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış üzüm sortlarında tənəyin böyümə və inkişaf xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan,

Tusi  2009, № 4, s. 149-154

18.   Nəcəfov.C.S. Tənəyin kökdən xaric yemləndirilməsinin Naxçıvan Muxtar Respublikasının azyayılmış üzüm sortlarının məhsuldarlığına və keyfiyyətinə təsiri / AMEA Botanika İnstitutunun əsərləri, XXIX cild, Bakı, Elm, 2009, s. 42-44

19.   Панахов.Т.М, Наджафов.Д.С. Редкие сорта винограда Нахчыванской Автономной Республики // Виноделие и виноградарство, Москва, Пищевая промыщленность, 2009, № 3, с. 40-41

20.   Наджафов.Д.С. Малораспространеные сорта винограда Нахчыванской Автономной Республики / Международная конференция на тему "Биологические ресурсы развития горных регионов", Махачкала, 2009, 10-12 сентябрь, с. 155-157

21.   Qurbanov M.R., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının aborigen    üzüm sortları // AMEA-nın məruzələri, Bakı, Elm, 2009, № 5, s. 71-74

22.   Əmirov R.V., Qəhrəmanov S.H, Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış süfrə üzüm sortlarının məhsuldarlığına və keyfiyyətinə Naxçıvan seolitinin mineral gübrələrlə birlikdə tətbiqinin təsiri // Azərbaycan Aqrar Elmi,  Bakı,  2010, № 1-2, s. 61-63

23.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış üzüm sortlarında vegetasiya fazalarinin gedişi // AMEA Naxçıvan Bölməsinin xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, Tusi  2010, № 2, s. 111-116

24.   Əmirov R.V., Qəhrəmanov S.H, Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış texniki üzüm sortlarının məhsuldarlığına və keyfiyyətinə Naxçıvan seolitinin mineral gübrələrlə birlikdə tətbiqinin təsiri // Azərbaycan Aqrar Elmi,  Bakı,  2010, № 3-4, s. 46-48

25.   Qurbanov M.R., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının azyayılmış aborigen üzüm sortlarının məhsuldarlığına qeyri-ənənəvi aqrotexniki tədbirlərin təsirinin statistik analizi / Azərbaycan Botaniklər cəmiyyətinin əsərləri, I cild, Bakı, Təhsil, 2010, s. 181-188

26.   Панахов.Т.М, Салимов В.С., Наджафов.Д.С. Эффективность возделывания сорта  Нахшаби в Азербайджане // Виноделие и виноградарство, Москва, 2010, Пищевая промыщленность, № 6, с. 44-45

27.   Qurbanov M.R., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış aborigen üzüm sortlarında çiçəklərin tökülməsi və gilələrin noxudlaşması dərəcəsi / AMEA Mərkəzi Nəbatat Bağının əsərləri VIII cild, Bakı,

Elm, 2011, s. 22-26

28.   Nəcəfov.C.S., Qurbanov M.R., Naxçıvan Muxtar Respublikasının azyayılmış aborigen üzüm sortu Tula gözü / AMEA Mərkəzi Nəbatat Bağının əsərləri, VIII cild, Bakı, Elm, 2011, s. 69-76

29.   Nəcəfov.C.S. Naxçıvan MR-in azyayılmış üzüm sortlarının iqtisadi səmərəliliyinin tədqiqi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2011, № 2, s. 81-85

30.   Панахов.Т.М, Салимов В.С., Наджафов.Д.С. Малораспространеные ценные сорта винограда Нахчыванской Автономной Республики // Виноделие и виноградарство, Москва, 2011, Пищевая промышленность, №6, с. 38-39

31.   Pənahov.T.M, Səlimov.V.S., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış üzüm sortlarında gilənin keyfiyyət göstəriciləri //Azərbaycan Aqrar Elmi,  Bakı,  2012, № 1, s. 11-13

32.   Pənahov.T.M, Səlimov.V.S., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış üzüm sortlarında salxım və gilənin mexaniki tərkibi və quruluş xüsisiyyətləri // Azərbaycan Aqrar Elmi,  Bakı,  2012, № 2, s. 37-38

33.   Nəcəfov.C.S. Heydər Əliyev və Azərbaycanda üzümçülüyün inkişafı// AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2013, xüsusi buraxılış, s. 181-186

34.   Nəcəfov.C.S. Naxçıvan MR-in azyayılmış bəzi süfrə üzüm sortlarının məhsuldarlıq göstəriciləri// AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2013, № 2, s. 113-119

35.   Pənahov.T.M, Şükürov A.S., Səlimov.V.S., Nəcəfov.C.S. Abşeron şəraitində üzümün bəzi klon formalarının uvoloji göstəricilərinin qiymətləndirilməsi. AzETÜŞİ-nin Elmi Əsərlərinin tematik məcmuəsi, XX cild,  Bakı,  2013, s. 159-167

36.   Qurbanov M.R., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış texniki üzüm sortlarının məhsuldarlıq göstəriciləri / AMEA Mərkəzi Nəbatat Bağının əsərləri XI cild, Bakı, Elm, 2013, s. 9-13

37.   Cabbar Nəcəfov, Vüqar Səlimov, Xuraman Abbasova. Naxçıvan Muxtar Respublikasının nadir üzüm sortu - Qara Xəlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2014, № 2, s. 99-107

38.   Панахов.Т.М, Салимов В.С., Наджафов.Д.С. Ценные сорта винограда Азербайджана // Виноделие и виноградарство, Москва, 2014, Пищевая промышленность, № 1, s. 46-54

39.   Cabbar Nəcəfov. Naxçıvan Muxtar Respublikasının azyayılmış qiymətli üzüm sortu - Tülküquyruğu // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2015, № 2, s. 135-139

40.        Панахов.Т.М, Салимов В.С., Наджафов.Д.С. Ампелографические особенности некоторых аборигенных сортов винограда Азербайджана // Виноделие и виноградарство, Москва, 2015, Пищевая промышленность,

№1, с. 44-48

41.        Джаббар Наджафов. Ценные аборигенные виноградные сорта Нахчыванской АР Азербайджана. http://dnb.d-nb.de. LAP Lambert Academic Publishing Omni Scriptum Gmbh. ISBN:978-3-659-40114-5

42.   Cabbar Nəcəfov. Naxçıvan Muxtar Respublikasının qiymətli aborigen üzüm sortu - Cəlali // Naxçıvan Dövlət Universitetində 15-16 may 2015-ci il tarixlərində "Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər" mövzusunda keçirilmiş Beynəlxalq Elmi-Praktik Konfransın materialları Naxçıvan, «Qeyrət», 2015, s. 258-260

43.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının bəzi az yayılmış üzüm sortlarının təsərrüfat-texnoloji xüsusiyyətləri / AMEA Mərkəzi Nəbatat Bağının əsərləri XIV. cild, Bakı, 2016, s. 49-54

44.   Varis Quliyev, Cabbar Nəcəfov. Naxçıvan Muxtar Respublikasının azyayılmış aborigen üzüm sortu – Daş Qara // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2017, № 2, s. 80-85

45.   V.M. Quliyev, Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının nadir üzüm sortu – Zalxa / AMEA Mərkəzi Nəbatat Bağının əsərləri XV. cild, Bakı, 2017, s. 102-106

46.   V.M. Quliyev, C.S. Nəcəfov, L.Ə.Bayramov. Salsola dendroiedes pall. Bitki xammalından istifadə edilməklə kişmiş və mövüc hazırlanmasının təkmilləşdirilmlş üsulu // Azərbaycan Aqrar Elmi,  Bakı,  2017, № 2, s. 85-88

47.   Quliyev V.M., Nəcəfov C.S və b.  Azərbaycan ampeloqrafiyası. Bakı: Müəllim, 2017,  I cild. 738 s.

48.   Varis Quliyev, Cabbar Nəcəfov. Naxçıvan Muxtar Respublikasının nadir üzüm sortu Misqalı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2018, № 2, s. 125-131

49.   V.M. Quliyev, Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasında yüksək üzüm məhsulu yetişdirilməsi texnologiyası / fermer və digər  fərdi təsərrüfat formaları üçün / buklet, 2018

50.   V.M. Quliyev, Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasında Kişmiş və mövüc istehsalının texnoloji xüsusiyyətləri/  buklet, 2018

51.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının azyayılan süfrə üzüm sortu – Kəhraba/ AMEA Mərkəzi Nəbatat Bağının əsərləri XVI. cild, Bakı, 2018, s. 131-135

52.   Varis Quliyev, Cabbar Nəcəfov. Naxçıvan Muxtar Respublikasına introduksiya olunmuş Təbrizi üzüm sortunun ampeloqrafik tədqiqi / Gəncə Dövlət Universitetində 03-04 may 2019 –cu il tarixdə “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilmlş Beynəlxalq elmi konfransın materialları, III hissə Gəncə,

2019, № 2, s. 74-77

53.   Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının aborigen süfrə üzüm sortu –  Xəzani / AMEA Mərkəzi Nəbatat Bağının əsərləri XVII cild, Bakı, 2019, s. 61-67

54.   Varis Quliyev, Cabbar Nəcəfov. Üzüm sortlarında genetik əlamətlərin irsən ötürülməsi qanunauyğunluqlarına dair  // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2019, № 2, s. 106-115

55.   Varis Quliyev, Cabbar Nəcəfov. Üzümlüklərdə  tənəklərin pestisid-funqisidlərlə zədələnməsi və iqlimin dəyişməsi ilə əlaqədar yaranmiş ekoloji problemlər // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2020, № 2, s. 67-71

56.   Varis Quliyev, Cabbar Nəcəfov. Azyayılan Qara Kürdəsi və  Qara Xəlili  süfrə üzüm sortlarinin ampeloqrafik tədqiqi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2020, № 4, s. 77-84

57.   Quliyev V. M., Nəcəfov.C.S. Naxçıvan Muxtar Respublikasının azyayılmış Qoç üzümü və Naxçivan qızıl üzümü sortlarının ampeloqrafik tədqiqi // AMEA Mərkəzi Nəbatat Bağının əsərləri XVIII cild, Bakı, 2020, s. 56-62

58.   Varis Quliyev, Cabbar Nəcəfov. Naxçivan Muxtar Respublikasının əkinaltı üzüm bağlarinda makro və mikro elementlərin çatişmazlığı nəticəsində meydana çıxan simptomlar // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi»,  2021, № 2, s. 57-61

59.   Varis Quliyev, Cabbar Nəcəfov. Naxçivan MR-in üzüm sortlarının əsas göbələk xəstəlikləri, biologiyası və mübarizə qaydaları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, Naxçıvan, «Tusi», 

2021, № 4, s. 72-79

60.   Varis Quliyev, Cabbar Nəcəfov. Azərbaycanın qiymətli süfrə üzüm sortlarının ampeloqrafik tədqiqi; Mərkəzi Nəbatat Bağının elmi əsərləri, XIX cild, Bakı  2021, s. 115-125

61.   Cabbar Nəcəfov. Qlobal istiləşmənin üzümçülüyə mənfi təsirlərinin azaldılması yolları // Naxçıvan Universiteti, Elmi əsərlər II hissə,  İSSN 2616-4248, Naxçıvan, Nuh, 2022, № 1, (25) s. 287-291

62.   Тариэл Талибов, Джаббар Наджафов. Некоторые ценные сорта винограда Нахчыванской автономной республики Азербайджана с лечебными свойствами // ИЗВЕСТИЯ ГГТУ Медицина • Фармация. ISSN 2687-1521. Научно-практический журнал.   Орехово-Зуево, 2022, № 1, 009, s. 35-39

63.   Cabbar Nəcəfov. Müxtəlif ekoloji komponentlərin təsiri fonunda Naxçıvan muxtar respublikasında üzümlüklərin becərilməsinə dair // Elmi əsərlər. Təbiət və texniki elmlər seriyası.  İSSN 2218-4791. Naxçıvan, Tusi, 2022, № 2,

cild 18, s. 116-122

64.   Cabbar Nəcəfov. Üzüm bağının salınması üçün ərazi seçimində  nəzərə alınmalı əsas amillər, Naxçıvan Müəllimlər İnstitutunun elmi əsərləri, Naxçıvan, NMİ “Məktəb”, 2022, № 1 (67), s. 221-225

65.   Varis Quliyev, Cabbar Nəcəfov. Müxtəlif mənşəli yeni üzüm formalarının tədqiqi, AMEA Naxçıvan Bölməsinin əsərləri, Naxçıvan, Tusi, 2022, № 4, s. 70-77;

66.   Cabbar Nəcəfov. Naxçıvan Muxtar Respublikasının bəzi azyayılmış qiymətli üzüm sortlarının ampeloterapiyada tətbiqinə dair/Alternativ tibb metodlarının tətbiqi məsələləri mövzusunda II Respublika elmi konfransının materialları, NDU, Naxçıvan, Qeyrət, 2022, 311 s., s. 237-245

67.   Талибов Т.Г., Наджафов Дж.С. Продукты переработки некоторых аборигенных сортов винограда Нахчыванской автономной республики Азербайджана // ИЗВЕСТИЯ ГГТУ Медицина • Фармация. ISSN 2687-1521. Научно-практический журнал. Орехово-Зуево, Электрогорск, 2023,1/013/2023, с. 50-56

68.   Cabbar Nəcəfov, Varis Quliyev. Naxçıvan muxtar respublikasında orqanık (üzvi) üzümçülüyün əsaslarının tədqiqinə dair // Naxçıvan Universiteti, Elmi əsərlər,  İSSN 2616-4248, Naxçıvan, Nuh, 2023, № 1, (29),  s. 209-215

69.   Cabbar Nəcəfov, Mirmahmud Seyidov. Naxçıvan Muxtar Respublikasında üzüm sortlarının zərərvericisi - üzüm salxım yarpaqbükəni (lobesıa botrana)   həyat dövrü, ənənəvi və mütərəqqi mübarizə tədbirləri. NDU, elmi əsərlər, ISSN 2223-5124, Təbiət və tibb elmlər seriyası, Naxçıvan, 2023, № 3(124), s. 19-23

70.   Cabbar Nəcəfov, Varis Quliyev. Ekosistemlərin mühafizəsi üçün üzüm bağlarında orqanik (üzvi) ekoloji təmiz məhsul yetişdirmənin xüsusiyyətləri// Naxçıvan Dövlət Universiteti, “Naxçıvan ekosisteminə müasir baxış” mövzusunda I Respublika elmi-praktiki konfransının materialları, Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2023, 137 səh., s. 53-55

71.   Naxçıvan Muxtar Respublikasında üzüm sortlarının zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri  NDU - 2023

72.   Cabbar Nəcəfov. Üzüm bitkisinin inkişafında və məhsuldarlığında gübrələrin dozalarının əhəmiyyəti. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Bioresurslar İnstitutunun (Naxçıvan) Elmi əsərlərinin birinci buraxılışı. Bakı, Ecoprint, 2023, s. 146-156