Laboratoriya müdiri
E-mail: camalovaterane@ndu.edu.az
teranecamalova08@gmail.com
Mən Camalova Təranə Sabir qızı 1974-cü il martın 8-də Şahbuz rayon Ağbulaq kəndində anadan olmuşam. 1981-ci ildə Ağbulaq kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 1991-ci ildə orta məktəbi bitirib, elə həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Fizik, fizika müəllimi ixtisasına daxil olmuşam. 1996-cı ildə ildə universiteti bitirib, Şahbuz rayon Ağbulaq kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. 1997-ci ildə ailə qurmuşam, 3 övladım var . Müəllimlik fəaliyyətimə Kəngərli rayon Qıvraq qəsəbəsinin 1 saylı orta məktəbində davam etmişəm.
2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika kafedrasında laborant vəzifəsində işləmişəm. 2023-cü ildə lavoratoriya müdiri vəzifəsinə təyin edilmişəm. Naxçıvan Dövlət Universitetinin Pedaqogika- psixologiya kafedrasının dissertantıyam.
Elmi əsərləri
1. Naxçıvanda maarifçilik hərəkatı. Azərbaycan Təhsil İnstitutu xəbərlər jurnalı 2013 T.Camalova
2. M.Hadi yaradıcılığında vətən sevgisi. Naxçıvan Müəllimlər İnstitutu xəbərlər jurnalı 2017 T.Camalova
3. Məhəmməd Hadinin maarifçilik fəaliyyətində qadın problemləri. Naxçıvan Dövlət Universiteti elmi əsərləri jurnalı 2019 T.Camalova
4. Məhəmməd Hadi və məktəb. Naxçıvan Dövlət Universiteti elmi əsərləri jurnalı 2019 T.Camalova
5. Astroloji simvolizmdə ideya-məzmun və mənəvi-əxlaqi axtarışlar. Respublika konfransı. 2021 T.Camalova
6. Fizika dərslərində səriştəliliyin formalaşdırılması təcrübəsindən. “Fizika, Riyaziyyat və Astronomiyanın müasir problemləri” elmi konfransı, NDU, 2023 T.Camalova
7. Fizikanın tədrisində İKT-nin rolu. NDU “İdarəetmə və təhsildə İnformasiya Kommunikasiya Texnologiyaları” I Respublika Elmi Konfransı Naxçıvan 22.12.2023 (tezis)T.Camalova