Cəfərli Azər Babalı oğlu 1971 ci il oktyabr ayının 06 da Culfa Rayon Bənəniyar kəndində anadan olmuşdur.
1971 ci ildə Culfa rayon Bənəniyar kənd orta məktəbini I sinfinə daxil olmuş., 1983-cü ildə Ümumrespublika baxış-müsabiqəsinin qalibi olaraq Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin Vokal ixtisası şöbəsinə qəbul edilmişdir. Həmin illlərdə Sahilə Ağayevadan Vokal dərsləri, Xalq artisti İslam Rzayevdən muğam dərsləri almış, görkəmli dirijor Niyazinin rəhbərlik etdiyi Simfonik Orkestri ilə konsertlərdə çıxış etmiş, Krımda keçirilən Beynəlxalq Folklor Festivalında (1985,1987 ci illər )iştirak etmiş,Bakı Dövlət Filarmoniyasının səhnəsində konsertlərdə çıxış etmişdir.1989 cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirərək Azərbaycan SSR Həmkarlar İttifaqının göndərişi ilə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin “musiqili teatr aktyorluğu” şöbəsinə daxil olmuşdur. Universitet illərində Vaqif Ağayevdən , Cahangir Novruzovdan aktyorluq dərsləri, xalq artistləri Mobil Əhmədovdan, Yaşar Səfərovdan vokal dərsləri almışdır.Universitet illərində Ü.Hacıbəyovun “ Arşın mal alan “ operettasında Vəli rolunda, O.Kazıminin “Qızıl toy” operettasında Azər rolunda oynamış, 1994 cu ildə Mədəniyyət və İncəsənət Universitetini bitirərək C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının II dərəcəli artisiti kimi əmək fəaliyyətinə başlamışdır.
2000-ci ildən 2004 cü ilədək Naxçıvan M.R.Mədəniyyət Nazirliyi Elmi Metodiki Mərkəzdə baş metodist kimi çalışmışdır.
2001-ci ildən 2020-ci ilin sonunadək Naxçıvan Dövlət Filarmoniyası Kamera orkestrinin solisti olmuş, bu illər ərzində müxtəlif dövlət tədbirlərində, konsertlərdə vokalist- ifaçı kimi fəaliyyət göstərmişdir. Azərbaycan mədəniyyətini ,Naxçıvan musiqi mədəniyyətini ,vokal ifaçılığını Türkiyə,İran ,Türkmənistan respublikalarında qastrol səfərlərində təmsil etmişdir.Repertuarında bir çox Azərbaycan və xarici bəstəkarların əsərlərini ,o cümlədən xalq mahnılarını ifa etmişdir. 2006 cı ildə Naxçıvan vokal ifaçları ilə birlikdə Bakı Dövlət Filarmoniasının Qara Qarayev adına kamera orkestri ilə Bakı, Sumqayıt, Gəncə şəhərlərində ,o cümlədən Şərur və Naxçıvan şəhərlərində konsert proqramı ilə çıxış etmişdir.Naxçıvan bəstəkar və şairləri ilə əməkdaşlıq edərək onların əsərlərini ifa etmiş, Naxçıvan və Kukla teatrlarında tamaşaya qoyulan əsərlərin musiqilərini ifaçı kimi səsləndirmişdir. Bu illər ərzində Naxçıvan televiziya və radiosu ilə çıxışları olub.İfa etdiyi əsərlər bu gün də radio və televiziyada səslənməkdədir.
2004 cü ildən 2021 ci ilin aprel ayına qədər Culfa Rayon Bənəniyar kənd Uşaq Musiqi Məktəbinin direktörü kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində gənc nəslin təlim tərbiyəsində yaxından iştirak etmiş,onlarla musiqiçi şagirdin yetişməsində rolüm olmuş,şagirdləri respublikanın bir çox ali və orta ixtisas məktəblərində təhsil alıb mütəxəssis olaraq geri dönərək Naxçıvan Muxtar Respublikasının bir çox mədəniyyət müəssisələrində ifaçı- müğənni ,müəllim kimi fəaliyyət göstərirlər. Şagirdlıri rayon,şəhər,muxtar respublika,ümumrespublika müsabiqə,tədbir və konsertlərdə çıxış etmiş, müxtəlif yerlərə, mükafat ,diplom və fəxri fərmanlara layiq görülmüşlər.
2008 ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məslisi sədrinin fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.
2017 ci ildə Azərbycam Respublikası Prezidentinin fəxri mükafatına layiq görülmüşdür. Hazırda Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi “ Teatr və mədəniyyətşünaslıq” kafedrasında 0,5 ştat müəllim kimi fəaliyyət göstərir və Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyətini davam etdirir.