Məmmədova Çinarə Kamal qızı 1974-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1999–cu ildə Türkiyə Respublikası İstanbul Universitetinın Əczaçılıq fakultəsini bitirib. Əmək fəaliyyətinə 2003-cü il Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsində latın dili, farmakologiya və kliniki farmakologiya fənləri üzrə müəllim kimi başlamışdır. 2005-ci ildən Naxçıvan MR Səhiyyə nazirliyində Əzaçılıq sektorunda aparıcı məsləhətçi kimi işləyir. 2017-ci ildən Əczaçılıq və Stomatologiya kafedrasının baş müəllimidir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dərc olunmuş elmi əsərlər
1. Azərbaycan ərazisindən köç edən quşların işıqlanma dərəcəsinin təsiri, Elmi məqalələr məcmuəsi 36-cı buraxılış Bakı 2004. 122 səh.
2. İşıqlanma dərəcəsi ilə quşların köç vaxtı arasında qanunauyğunluq, Elmi məqalələr məcmuəsi 36-cı buraxılış Bakı 2004. 122 səh.
3. Hipertoniyada istifadə olunan dərman (antihipertenziv) maddələrinin farmakologiyasi.Elmi əsərlər 2015, № 3 (68)
4. Latın dili və tibbi terminlərin əsasları. dərs vəsaiti Naxçıvan - 2018. Əcəmi nəşriyyatı.
5. Soyuqdəymələrdə baş verən infeksiyalar və iltihabi proseslərin müalicə və profilaktikasında istifadə olunan dərman bitkiləri.Elmi əsərlər 2021, №3, (112)
6. Dərman bədrənci və adi damotu dərman bitkilərinin alternativ təbabətdə tətbiqi. “Alternativ tibb metodlarının tətbiqi məsələləri” mövzusunda elmi konfransı 2022, 311 səhifə
7. Farmakologiya fənni üzrə tədris proqramı proqram, Qeyrət nəşriyyatı. 2023.