Əhmədov İmamqulu İsgəndər oğlu

    Müəllim

E- mail: temiahmedov63@ gmail.com

 

  İmamqulu İsgəndər oğlu Əhmədov  1963-cü il avqust ayının 22-də Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Naxçıvan şəhər 1№li uşaq musiqi məktəbini bitirdikdən sonra (1974-1979) Naxçıvan   şəhər Üzeyir Hacıbəyov adına Orta ixtisas musiqi məktəbinə tar ixtisası üzrə qəbul olunmuşdur. 1983-cü ildə həmin məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına  daxil   olur.  Bir il  təhsil aldıqdan sonra hərbi xidmətə çağırılır. Hərbi  xidmətimi  Almaniya  Demokratik  Respublikasında çəkdikdən sonra təhsilini davam etdirir və 1990-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını   müvəffəq qiymətlərlə bitirir.Müxtəlif illərdə uşaq musiqi məktəblərində müəllim, xalq çalğı alətləri şöbəsinin müdiri, müsiqi texnikumunda müəllim, orkestr rəhbəri, Naxçıvan Dövlət Universitetində müəllim, dekan   müavini, Naxçıvan  Dövlət  Filarmoniyasında direktor müavini, 3№li Uşaq Musiqi Məktəbində direktor vəzifələrində çalışmışdır. 2005 – 2017-ci illərdə Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.  2014-cü ildə  Dövlət Qulluğunda kiçik müşavir dərəcəsi almışdır. 2021-ci ilin Oktyabr ayından  NDU- nun İncəsənət fakultəsinin XÇA kafedrasının müdiridir.