Mən Əliyev Qadir Abuzər oğlu 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Çomaxtur kəndində anadan olmuşam. 1969-cu ildə Çomaxtur kənd orta məktəbinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişəm. 1979-cu ilin oktyabr ayından Çomaxtur kənd orta məktəbində istilik qazanxanasında çilingər kimi əmək fəaliyyətinə başlamışam. 1980- ci ilin noyabr ayından 1982-ci ilin dekabr ayına qədər keçmiş SSRİ-də Ural hərbi dairəsində hərbi xidmət keçmişəm. 1982-1984-cü illərdə Çomaxtur kənd ,,1 May” adına kolxozda sıravi üzv kimi əmək fəaliyyətində olmuşam. 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna qəbul olmuşam. 1990 –cı ildə həmin institutu, 1990-1991-ci illərdə isə internatura kursunu bitirmişəm. 1991-ci ilin avqust ayında Naxçıvan şəhərində yerləşən Naxçıvan MR diaqnostika və reablitasiya mərkəzində həkim kimi fəaliyyətə başlamışam. 2002-ci ilə qədər ayrı-ayrı vaxtlarda Naxçıvan şəhər xəstəxanasında, yoluxucu xəstəliklər mərkəzində, hərbi hospitalda, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim kimi fəaliyyət göstərmişəm. 2002-ci ildə Naxçıvan Tibb Mərkəzində baş həkim, 2003-2007-ci illərdə isə Naxçıvan Əlillərin Bərpa Mərkəzində baş həkim vəzifələrində işləmişəm. 2007-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişəm.
Haliyədə Naxçıvan Dövlət Universitetinin xəstəxanasında həkim, Tibb fakültəsində isə müəllim kimi işləyirəm.