Sahə iqtisadiyyatı üzrə doktorant, 0.5 ştat müəllim
teletelizade@ndu.edu.az
1997-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Naxçıvan şəhər 8 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2014-cü ildə Naxçıvan Türk Liseyinin on birinci sinfini bitirmişdir. Həmin il Atatürk Universitetinin Biznesin İdarə Edilməsi və Maliyyə ixtisasına daxil olmuşdur. 2018-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildə Atatürk Universitetinin magistr üzrə Siyasi İqtisadiyyat ixtisasına daxil olmuşdur. 2022-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Müxtəlif illərdə Cahan Holdinq KŞİ-də mühasib, satınalma üzrə mütəxəssis, menecer vəzifələrində çalışmışdır. 2020-ci ildən Cahan Ticarət MMC-nin icraçı direktor müavini vəzifəsində çalışır. 2023-ci ildən isə Cahan Holdinq Naxçıvan Departamentinin Marketinq direktoru vəzifəsində çalışır. 2023-cü ildə Code Academy”nin Digital Marketinq və Digital Marketing İnstitute tərəfindən DMİ Pro diplomları ilə təltif edilmişdir. 2023-cü ildə Naxçıvan Dövlət Universitetinin Sahə İqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilinə qəbul olunmuşdur. 2023-cü ildən etibarən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və Marketinq kafedrasında 0.5 ştat müəllim kimi çalışır.