Elvira Nuca qızı Rzayeva (Əliyeva)
Elvira Rzayeva (Əliyeva) Nuca qızı 16.10.1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-1986-cı illərdə Naxçıvan şəhər M.T.Sidqi adına 4 saylı 8-illik orta məktəbdə təhsil alıb. 1986-1990-cı illərdə Naxçıvan şəhər Ü.Hacıbəyov adına orta ixtisas musiqi texnikomunun “Nəfəs alətləri” şöbəsində fleyta ixtisası üzrə təhsil almaqla yanaşı, 1988-1990-cı illərdə M.Məmmədov adına 1 saylı musiqi məktəbində müəllim kimi çalışmışdır. 1990-1995-ci illərdə S.Rəcəbov adına 3 saylı musiqi məktəbində, 1990-2006-cı illərdə isə Naxçıvan şəhər “İncəsənət musiqi məktəbi”ndə fleyta ixtisası üzrə müəllim işləmişdir. 2003-2007-ci illərdə NDU-nun İncəsənət fakültəsində skripka ixtisası üzrə ali təhsil alıb. 2006-2018-ci illərdə Naxçıvan şəhər Ü.Hacıbəyov adına Musiqi Kollecində “Nəfəs alətləri” şöbəsində fleyta ixtisası üzrə müəllim işləyib. 2007-ci ilin sentyabr ayından etibarən NDU-nun İncəsənət fakültəsinin “Orkestr alətləri və dirijorluq” kafedrasında saathesabı müəllim, 2011-ci ildən tam ştat müəllim, 2016-cı ildən isə baş müəllim işləyir. 10 May 2022-ci ildə “Prezident mükafatına” layiq görülüb. Ailəlidir 2 övladı var. 04.04.2006-cı ildən Yeni Azərbaycan partiyasının üzvüdür.
Dərc olunmuş məqalələr:
1.Musiqini necə başa düşmək lazımdır. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan. NDU “Qeyrət” 2013. № 2 (54).s.156-158
2.Fleytanın yaranması, inkişafı və necə çalınması. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan. NDU “Qeyrət” 2014. № 1 (57).s.179-181
3.Ağac nəfəs alətlərinin orkestrdə rolu. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan. NDU “Qeyrət” 2015. № 5 (70).s.174-176
4.Nəfəs alətlərinin “İxtisas” fənni üzrə tədris proqramı. Naxçıvan-2016. NDU-nun “Qeyrət” nəşriyyatı
5.Nəfəs alətlərinin “Konsertmeyster sinfi” fənni üzrə tədris proqramı. Naxçıvan-2016. NDU-nun “Qeyrət” nəşriyyatı
6.Fleyta və fortepiano üçün pyeslər (dərs vəsaiti). Naxçıvan-2017. “Qızıl dağ” MMC-nin mətbəəsi
7. Musiqinin həyatımızdakı rolu. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan. NDU “Qeyrət” 2020. № 4 (105).
8.Nəfəs alətlərinin tədrisi və müasir problemləri. AMEA-Naxçıvan bölməsi. “Axtarışlar” 2021, №5, Cild 15
9.Musiqinin insanlara nə kimi təsiri var. AMEA-Naxçıvan bölməsi. “Axtarışlar” 2022, № 1, Cild 16
10. Naxçıvan musiqi sənətinin sevilən siması Şərq qapısı 12 avqust 2023 cü il 145(24.282) https://serqqapisi.gov.az/
11. Fleyta məktəbi Dərs vəsaiti 2023