Müəllim
huseyn.a@ndu.edu.az
5 iyul 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Keçili kəndində anadan olmuşdur. 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının bakalavr, 2016-2018-ci illərdə isə həmin universitetin İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri ixtisasının magistratura dərəcəsini bitirmişdir. 2012-2013-cü illərdə Naxçıvan MR Kompüter Təlim-Tədris və İnternet Mərkəzində müəllim kimi, 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində mühəndis-elektronçu vəzifəsində işləmişdir. 2015-2019-cu illərdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsində aparıcı məsləhətçi, 2019- 2020-ci illərdə isə həmin nazirliyin Dövlət Tədbirlərinin Texniki Təminatı şöbəsinin, Məlumat Hesablama və İnformasiya texnologiyaları şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2020-ci ildən, “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasında müəllim, 2023-cü ildən isə “Elektronika və informasiya texnologiyaları” kafedrasının müəllimidir. Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Dərc olunmuş elmi əsərləri
1. Texnoparklar innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında mühüm rol oynayır
2. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin ölkə iqtisadiyyatına təsiri
3. Rəqəmsal vətəndaşlıqda kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə
4. Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi
5. Təhsilin keyfiyyətinə informasiya-kommunikasiya texnologiyalarının təsiri
6. ”Advantages of usinq metaverse technology in cryptocurrency” Qazaxıstan EFE 2022 konfrans materialları
7. “Startaplarda Əqli mülkiyyət problemləri” Azərbaycan Texniki Universiteti Beynəlxalq Elmi konfrans – 2023