Əsgərova Solmaz Şahin qızı

  Əsgərova Solmaz Şahin qızı- 08.12.1995-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2002-ci ildə Naxçıvan şəhər   11 nömrəli tam orta məktəbin 1ci sinfinə getmiş və 2013-cü ildə həmin məktəbin 11ci sinfini başa vurub. Həmin il də   Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Əczaçılıq ixtisasına qəbul olmuş və 2017-ci ildə təhsilini başa   vurmuşdur. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin Əczaçılıq texnologiyası ixtisasına   qəbul olmuş, 2021-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 01.11.2017-ci ildə Naxçıvan Dövlət   Universitetinin  “Əczaçılıq və stomatologiya” kafedrasında laborant vəzifəsinə, 14.11.2018-ci ildə həmin kafedrada baş   laborant vəzifəsində təyin olunmuşdur. 17.01.2020-ci ildə həmin kafedrada laboratoriya müdiri vəzifəsinə təyin   olunmuşdur. 2021-ci ildə “Əczaçılıq və biokimya” kafedrasına 0,5 ştat müəllim vəzifəsinə təyin olunmuşdur.   10.02.2022-ci ildən isə tam ştat müəllim vəzifəsində çalışır.

 

       Dərc olunmuş elmi əsərlər

1.     İnyeksion məhlulların izotonikləşdirilməsi və NaCl məhlulunun hazırlanması, Magistrantların XI regional elmi konfransının materialları, Naxçıvan, 2021, s.72-74

2.     Pirogenlər. Onların aşkarlanma və çıxarılma üsulları, Magistrantların XXI respublika elmi konfransının materialları, II hissə, Sumqayıt, 2021, s.232-234

3.     Arı vərəmumunun müalicəvi təsir xüsusiyyətləri və istifadə formaları, “Alternativ tibb metodlarının tətbiqi məsələləri” mövzusunda respublika elmi konfransı, Naxçıvan 2021, s.62-68

4.     Mədə-bağırsaq traktının turşudan asılı xəstəliklərinin müalicəsində müasir antasidlərin istifadəsi, Elmi əsərlər Təbiət və tibb elmləri seriyası Naxçıvan, NDU, 2022 №3(116) s.176-181

5.     Sidik-cinsiyyət sisteminin bəzi xəstəliklərinin müalicəsində bitki mənşəli dərmanların yeri və rolu “Alternativ tibb metodlarının tətbiqi məsələləri” mövzusunda II respublika elmi konfransı, Naxçıvan 2022,  s.290-295