Baş müəllim, Dissertant
E mail:aqayeva_feride@mail.ru
1978- ci ildə Naxçıvan şəhərində anadan olub. 1998-ci ildə Ü. Hacıbəyov adına Musiqi texnikumunu ,
2002-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsini, 2009-cu ildə NDU-nun Magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 1996-cı ildən 2018-ci ilə qədər Naxçıvan şəhərində 2saylı Uşaq musiqi məktəbində fortepiano müəllimi və konsertmeyster
vəzifəsində çalışmışdır. 2009-2011 ci illərdə İncəsənət fakultəsində tyutor vəzifəsində çalışmışdır. 2011-ci ildən İncəsənət fakultəsində Fortepiano kafedrasında müəllim, 2017-ci ildən baş müəllim vəzifəsində çalışır.
2007- 2013 –cü illərdə Fransız dili kafedrasının “Frankofoniya” tədbirlərində musiqi tərtibatını hazırlamışdır. 2012-ci
və 2016-cı illərdə fakultədə Azərbaycan və xarici bəstəkarlarının əsərlərindən ibarət solo konsert proqramı ilə çıxış etmişdir.
2017-ci və 2018-ci illərdə magistr və bakalavr tələbələrinin sinif konsertlərini təşkil etmişdir. 7 məqalə və 1 tezisin müəllifidir. Dissertant olaraq “Azərbaycan musiq itarixi kontekstində Naxçıvan bəstəkarlar təşkilatının fəaliyyəti və rolu” mövzusu üzərində çalışır. Elmi, pedaqoji fəaliyyətlə yanaşı yaradıcılıqla da məşquldur. “Musiqi aləmi” və “Uşaq mahnıları” adlı 2kitabın müəllifidir. Dəfələrlə müsabiqələrdə iştirak edib diplom və fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı ildən Naxçıvan Bəstəkarlar Təşkilatının üzvüdür. Təşkilatın plenumlarında 2012 və 2018-ci illərdə mahnıları səslənmişdir. 2018-ci ildə “ Heydər Əliyev -95” müsabiqəsində iştirak edib I yer diplomuna layiq görülmüşdür.
Elmi məqalələri
1. Naxçıvan Musiqi mədəniyyətinin inkifaında xidmətləri olan sənətkar. Şərqlə Qərb 30.10.2021
2. Musiqi tariximizdə özünə məxsus izi olan bəstəkar. Şərqlə Qərb 22.04.2022
3. Azərbaycan sənətşünaslığında Naxçıvan ənələri. Naxçıvan NDU 15.06.2022
4. “Çırpınırdı qara dəniz”. Əhməd Cavadın 130 ilik yubleyinə həsir olunmuş “Yol ver türkün bayrağına Sempozyumu”İsveçrə
25.06.2022
5. Milli mədəniyyət tariximizi yaradanlar. Şərqlə Qərb 27.10.2022
6. Musiqi pərvaz edir yenə Şuşada. Buta jurnalı.Ankara Dekabr2022
7. Heydər Əliyev və Azərbaycan mədəniyyəti. Internatioonal Seientififc Symposium ”Turkish peoples:Common Heritage and
Values”Özbəkistan 29.05.2023
8.Vokal ifanın təşəkkülündə həlledici rol ounayan məfhum. XXXV Internatioonal Seientififc Symposium ''Mahmud
Kashgari:Common Heritage of the Turkic Wold"Amsterdam/Holland 25.02.2023
9. Bənzərsiz mahnılar ilə sevilən bəstəkar. Internatioonal Seientififc Symposium Heydər Əliyev və Azərbaycan mədəniyyəti
11.10.2023 Səh 186
10. Azərbaycan musiqisinin tarixini yaradan,Şuşa musiqiçiləri. Şərq Qapısı qəzeti 25oktyabr2023 Səh 3-4
11. Fikrət Əmirov və Elmira Nəzirovanın fortrpiano və orkestr üçün konsertləri. Elmi əsərlər jurnalı Sentyabr 2023 Səh 127-128
12. Azərbaycan musiqisnin inkişafında bəstəkar yaradıcılığı. Türkologiyanın aktual problemləri Səh 201 27.08.2023