Həsənova Mahirə Əbil qızı

Həsənova Mahirə Əbil qızı

19 dekabr 1962-ci il tarixində Bakı şəhər Kirov rayonunun Xırdalan qəsəbəsində anadan olmuşam. 1970-ci ildə Naxçıvan şəhər Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmusam. 1980-ci ildə həmin məktəbi bitirmişəm. 1999/2004-cu illərdə Haxçıvan Dövlət Universitetinin Pedaqojika fakültəsinin “İbtidai təhsilin pedaqojikası və metodikası” ixtisasını bitirmişəm. 1981/1984-cu illərdə Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasında laborant vəzifəsində işləmişəm. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin “Qərbi Avropa və Şərq dilləri” kafedrasında pereporator vəzifəsinə işə qəbul olunmuşam. 01 sentyabr 2003-cü ildə kafedranın adı dəyişilərək “Avopa dilləri” kafedrası adlandırılmışdır. Həmin kafedrada laborant vəzifəsində işləmişəm. 11 aprel 2009-cu ildə yenidən adı dəyişilərək “Roman-german dilləri” kafedrası adlandırılmış və həmin kafedrada laborant və baş laborant vəzifələrində işləmişəm. 2015-ci ildə “İngilis dili və metodika” kafedrasına laborant vəzifəsinə təyin edilmişəm. Hal-hazırda “İngilis dili və metodika” kafedrasında baş laborant vəzifəsində fəaliyyət göstərirəm. Ailəliyəm 1 övladım var.

Dərc olunmuş elmi əsərlər:

  1. İnteractive methods in language teaching. Məqalə. Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft. German International Journal of Modern Science, №31, 2022, səhifə 39-40
  2. Effective ways of using national spiritual values and the content of education in primary classes. Xaricdə konfrans məqaləsi. III International Scientific and Practical Conference: Modern science: actual problems, 21-22.03.2023, Manchester, UK. Səhifə 45-47
  3. The importance of role-playing in a language teaching. Respublikada məqalə. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda elmi-praktiki respublika konfransı, Naxçıvan, Qeyrət nəşriyyatı, 2023, 102-103
  4. Basic concepts about Audio-visual method. Xaricdə məqalə. The Norwegian Journal of the International Science №119, 2023, Oslo, Norway, səhifə 14-17