Validə Vəli qızı Hüseynova
Naxçıvan MR əməkdar artisti, dosent
Email: validahuseynova27@gmail.com
1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.1992-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə Babək rayon Cəhri kənd uşaq musiqi məktəbində başlamışdır.1998-ci ildən Naxçıvan Dövlət Universitetində işləyir .2003-cü ildən “ Vokal və drijorluq ” kafedrasının müdiri , 2012-ci ildən 2017-ci ilə qədər “Orkestr alətləri və drijorluq” kafedrasında müdir vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində “ Firuzə”, “ Billur”, “ Tenor ”, xarici tələbələrdən təşkil olunmuş “ Meridian”, “Vokal qrupu” və birləşmiş xorlar yaratmışdır. Bu qruplarla birgə həm Azərbaycan həm də qardaş Türkiyənin şəhərlərində keçirilən festival- müsabiqələrdə uğurla çıxış etmiş və diplom və mükafatlara layiq görülmüşdür . 20-dən çox diplom və fəxri fərmanlar almışdır. “ Meridian” vokal qrupu “ Univiziya” tələbələrin III- cü mahnı müsabiqəsində diplomla təltif olunmuşdur. 2007-ci ildə “Azərbaycanın Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.2008-ci ildə Naxçıvan MR Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.2014-cü ildə Prezident mükafatına almışdır. 2014-cü ildə Qran-pri mükafatı almışdır.2017-ci ildən “ Orkestr alətləri və drijorluq” kafedrasının dosentidir.
Dərc olunmuş elmi əsərlər
1.“Bəstəkar R.Mirişlinin yaradıcılıq portreti” –Aspirantların və gənc tədqiqatçıların X respublika Elmi konfransının materialları Bakı -2005 -səh.135-137
2. “Bəstəkar C.Cahangirovun Azərbaycan xor sənətinin inkişafının rolu” – NDU Xəbərlər 2005.17 səh.169- 171 3. “Üzeyir Hacıbəyov və Azərbaycan çox səslilik sistemi”- Naxçıvan NDU , “ Qeyrət” 2010 səh.205-208
4. “Bəstəkar və dirijor Maestro Niyazinin Rast simfonik muğam”-Naxçıvan Müəllimlər İnstitutu Xəbərlər cild 9 ,2013 səh.158-162
5. “Azərbaycanda rəqs sənətinin yaranması və formalaşması yallı rəqsi”-Elmi əsərlər humanitar elimlər seriyası Naxçıvan,NDU “ Qeyrət”2013 səh.107-112
6. M.Maqamayevin “Şah İsmayıl Nərgiz operaları”- Naxçıvan ,NDU “Qeyrət” 2014 səh.151-155
7. Şifahi peşəkar musiqi janrı- muğam – Naxçıvan NDU “Qeyrət” 2015 səh.135-139
8. Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsində musiqinin rolu-Metodik vəsait –NDU “Qeyrət” 2014, 42 səhifə
9. Məktəbəqədər yaşlı uşaqların musiqi tərbiyəsi –Dərs vəsaiti –NDU “ Qeyrət” nəşriyatı 2015. 102 səhifə
10.Fikrət Əmirovun yaradıcılığında “Nizami” simfoniyası – Elmi əsərlər №5 (70) Naxçıvan , NDU “Qeyrət” 2015 səh.146-151
11. Музька эпохи возрождения –Elmi əsərlər NDU Humanitar elmlər seriyası N1 80 “Qeyrət” 2017
12. Xor partiurasının qiraəti fənni üzrə proram-NDU “ Qeyrət ” nəşriyyatı 2016
13.Simfonik alətlə tanışlıq fənni üzrə proqram -NDU “ Qeyrət ” nəşriyyatı 2016
14. Xor –fənni üzrə NDU 2023 Proqram
15. Musiqi təhsili və tərbiyyəsi uşaqların emosional inkişafının ayrılmaz hissəsi kimi. Naxçıvan NMİ “Məktəb” 2023 №3(73)
16. Azərbaycanda xor musiqisinin inkişafında xalq musiqinin əsas xüsusiyyətləri 30 sentyabr 2023 Eskişehir/Türkiyə
17. Xalq mahnılarımızın şagirdlərin vətənpərvərlik tərbiyəsinə təsiri.
18. Azərbaycanda ilk milli xor kollketivinin yaradılması NDU Yeni fikir qazeti 2023
19. Ümumtəhsil məktəblərdə musiqi dərslərinin təşkili və keçirilməsi yolları. Ukranya /2023