Türkiyə Respublikası Dicle Universitetinin Tibb fakültəsi Uşaq sağlığı və xəstəlikləri kafedrasının professoru İlyas Yolbaş universitetin Tibb fakültəsində “Uşaq Xəstəlikləri” fənnindən seminar və mühazirələr aparmış, aidiyyatı ixtisas üzrə fakültənin müxtəlif kafedralarının müəllim heyəti üçün təlimlər təşkil etmişdir. İlyas Yolbaş həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan və Türkiyə pediatrlarının Naxçıvan I Pediatriya simpoziumunun təşkil edilməsinə rəhbərlik etmişdir.