İsmayılova Yasəmən İsa qızı

Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasında

baş müəllim

yasemenismayilova@ndu.edu.az
         yasemen201054@gmail.com

 

 

 

 İsmayılova Yasəmən İsa qızı 1954-cü il oktyabr ayının 20-də Culfa rayonunun Noraşen (indiki Göydərə) kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Noraşen kənd orta məktəbini bitirib və N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikomuna(əyani) daxil olub. 1975-ci ildə texnikomu bitirib və təyinatla Naxçıvana gəlib. Rayonda kitabxanada şöbə müdiri işləyib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya fakültəsinə ( qiyabi) daxil olub. 1985-ci ildə Universiteti bitirib.. Respublika Uşaq Kitabxanasında şöbə müdiri vəzifəsində işləyib. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinə müsabiqə yolu ilə kitabxanaçılıq ixtisasına müəllim təyin olunub.2014-cü ildə baş müəllimseçilib.Hazırda bu vəzifədə işləyir.Ailəlidir. Üç övladı var. 

Dərc olunmuş elmi məqalələr

1.               Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Həmid Araslının rolu və fəaliyyəti. Dil və ədəbiyyat.Nəzəri, elmi, metodik jurnal..N2(27) Bakı, ADU nəşr. 2000, səh. 86-87

2.               Həmid Araslı yaradıcılığında Nizaminin türk ədəbiyyatına münasibəti məsələləri. Elmi əsərlər N7, NDU:- “ Qeyrət “ nəşr. 2000, səh.79-82

3.               Həmid Araslının tədqiqində “ Nizami və türk ədəbiyyatı problemi “ Azərbaycan-Avropa ədəbi – mədəni əlaqələr mərkəzi. KONTEKST TOPLU-2- COLLECTİON. Bakı , 2001, səh. 55-58

4.               Füzuli ədəbi irsi Həmid Araslı tədqiqində. Elmi əsərlər, N9, NDU : “ Qeyrət “ nəşr. , 2002, səh.128 – 130

5.               “ Xəmsə”nin şifahi xalq ədəbiyyatı ilə əlaqəsi. Ali məktəblər arasında Elmi- praktik konfransın materialları. Bakı , “ Elm” 2002, səh. 57-64

6.                XVII – XVIII əsr Azərbaycan ədəbiyyatı Həmid Araslının tədqiqində. Elmi əsərlər.( Humanitar elmlər seriyası ) N13 . NDU : “ Qeyrət “ nəşr. 2004, səh. 69-70

7.               Həmid Araslı və Azərbaycan şifahi xalq ədəbiyyatı. Elmi əsərlər, ( Humanitar elmlər seriyası ) N2 ( 54 ) NDU: “ Qeyrət “, 2013, səh.68 – 69

8.                         Müasir kitabxanaşünaslıqda mütaliənin yeni təzahürləri. Naxçıvan Dövlət Universiteti elmi əsərlər 2022

 

9.                         İnformasiya təminatı sahəsində informasiya axtarışının intellekttuallaşdırılması yolları – NDU elmi əsərlər