Kəngərli İlqar İsmayıl oğlu 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1972-1976-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-filologiya fakültəsinin əyani şöbə üzrə tarix ixtisasının I kursuna daxil olmuş və 1976-cı ildə həmin institutu müvəffəqiyyətlə bitirərək tarix müəllimi ixtisası almışdır. 1977-ci ildə hərbi xidməti bitirdikdən sonra Naxçıvan şəhər 32 saylı OTPM- də tərbiyəçi müəllim, 1980-cı ildən 1986-cı ilə kimi isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda komsomol uçot bölməsinin müdiri vəzifəsində işləmişdir. 1986-cı ildən 1994-cü ilə kimi universitetin “Siyasi tarix” kafedrasında tarix kabinetinin müdiri vəzifəsində işləmişdir. 1988-1992-ci illərdə Bakı Dövlət Universitetinin qiyabiçi aspirantı olmuş və 1992-ci ildə “Vətən tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994-cü ildən “Ümumi tarix” kafedrasının müəllimi,1996-cı ildən baş müəllim, 1999-cu ildən isə həmin kafedranın dosentidir. 2008-ci ildən 2018-ci ilin may ayına kimi “Ümumi tarix” kafedrasının müdiri vəzifəsində işləmişdir. İlqar İsmayıl oğlu Kəngərli 1980-cı ildən Naxçıvan Dövlət Universitetində çalışır, 25 ildən artıqdır ki, universitetin “Ümumi tarix” kafedrasında müəllim işləyir. İ.İ.Kəngərli 2003-cü ildən universitetin doktorantı kimi “Azərbaycanın ictimai-siyasi həyatında və etnogenizində Kəngərlilərin rolu” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Bu günədək 37 elmi əsəri və bir kitabı nəşr olunmuşdur.
Dərc olunmuş elmi əsərlər
- Yenidənqurmanın vəzifələri və kadrların sosial-siyasi fəallığının artırılması. Yenidənqurma və Pedaqoji İnstitutda ümumi elmi fənlərin tədrisinin təkmilləşdirilməsi məsələləri-(Elmi-metodik konfransın materialları). Naxçıvan, 1988. Səh 2. Məqalə.
- Yenidənqurma və Muxtar Respublikada kadr siyasəti. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu-10-cu elmi konfransın tezisləri, Naxçıvan, 1989. Səh 3. Məqalə.
- Kadrların tərbiyəsini yenidən-qurmanın tələbləri səviyyəsinə. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu-XI elmi konfransın materialları. Naxçıvan, 1990. Səh 2. Məqalə.
- Kadrlarla işi yenidənqurmanın tələbləri səviyyəsinə. Müasir mərhələdə elmi-nəzəri və metodiki problemlərinə həsr olunmuş Respublika elmi konfransının materialları. Naxçıvan, 1990. Səh 2. Məqalə.
- Əməklə bağlı mənəvi keyfiyyətlərin formalaşdırılmasının effektliyini yüksəltməyə kömək edən metodiki üsul və vasitələr. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti. Bakı, 1995. Səh 23. Metodik vəsait.
- Öz etnik torpaqlarında yaşayan azərbaycanlıların miqrasiyası; səbəblər və mərhələlər. Naxçıvan tarixinin səhifələri “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq simpoziumunun materialları. Bakı, 1996. Səh 2. Məqalə.
- “İxtisas kursu” fənninə dair işçi proqramı. Mühazirə və məşğələlərin planları. “H.Əliyev-Azərbaycan Respublikasının daxili və xarici siyasəti”. Naxçıvan, 1998. Səh 24. İşçi proqramı.
- Türkiyə Cümhuriyyəti ilə Naxçıvan MR arasında imzalanmış əməkdaşlıq protokolunun rolu. Müasir şəraitdə Türkiyə-Naxçıvan iqtisadi əlaqələrinin vəziyyəti və əsas inkişaf istiqamətləri. Respublika elmi simpoziumunun materialları. Bakı, 1998. Səh 1. Məqalə.
- Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrində Naxçıvanın yeri. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti Respublika Elmi simpoziumunun materialları. Bakı, 1998. Səh 1. Məqalə.
- Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı dostluq və qardaşlıq münasibətlərində Naxçıvanın rolu və yeri. Ali Diplomatiya Kolleci, məqalələr məcmuəsi. № 1. Bakı, 1998. Səh 5. Məqalə.
- Naxçıvan Muxtar ərazi statusunun tarixi-siyasi aspektləri. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i, xüsusi buraxılış. № 4. Naxçıvan, 1999. Səh 3. Elmi əsər.
- 1920-ci ilin aprel işğalı ərəfəsində Azərbaycan Demokratik Respublikasında partiyalararası münasibətlər. “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnal. № 2. Bakı, 1999. Səh 6. Metodik jurnal.
- Qədim Türk-Oğuz yurdu Naxçıvan və Kəngərlilər. Keçmişimiz-gələcəyimizdir. Etnoqrafik problemlərə dair elmi-nəzəri konfrans. Bakı, 2000. Səh 2. Məqalə.
- Azərbaycan elminin islahatı qaçılmazdır. “Dirçəliş-XXI əsr” jurnalı, Azərbaycan Dövlət quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun nəşri. № 4. Bakı, 2001. Səh 4. Məqalə.
- Kəngərlilər və onların mənşəyi. “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnal. № 4. Bakı, 2003. Səh 5. Metodik jurnal.
- Naxçıvanda erməni təcavüzünə qarşı ərazi bütövlüyü uğrunda mübarizə-(80-cı illərin sonu 90-cı illər). Elmi əsərlər ictimai və humanitar elmlər seriyası, xüsusi buraxılış.№ 12. Naxçıvan-2004. Səh 3. Məqalə.
- Kəngərli elinin soy kitabı. Bakı-Nurlan, 2005. Səh 296. Kitab.
- Kəngərlilər Xəzərin Cənub-Qərbində. Azərbaycan MEA. Folklor, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri. Elmi axtarışlar. № XXII. Bakı-2006. Səh 3. Məqalə.
- Kəngər-Peçeneqlər Cənub-Qərbi Avropada. Azərbaycan MEA. Folklor, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri. Elmi axtarışlar. № XXV. Bakı-2007. Səh 3. Məqalə.
- Naxçıvan xanlığı və Kəngərli tayfası. “Tarix və onun problemləri”, nəzəri-elmi metodik jurnal. № 3. Bakı-2008. Səh 3. Metodik jurnal.
- “Hərb tariximizdə Naxçıvan-skilərin (Kəngərlilərin) rolu”. Azərb.Tarix Qurumu, tarix və gerçəklik jurnalı, Bakı, 2009, I (5). Səh 5. Məqalə.
- Kəngər-Peçeneqlər Cənubi-Şərqi Avropada. AMEA-Naxçıvan bölməsinin “Xəbərləri”, 2009. № 3. Səh 5. Məqalə.
- Naxçıvan xanlığının idarəçilik sistemi. “Tarix və onun problemləri”, nəzəri-elmi metodik jurnal. № 2. Bakı-2010. Səh 4. Metodik jurnal.
- “Kəngərli elinin daxili qaydaları”. Naxçıvan Dövlət Universiteti. “Elmi əsərləri” ictimai elmlər seriyası. 2010. № 2 (34). Səh 8. Elmi əsərlər.
- Naxçıvanskilərin (Kəngərlilərin) erməni-daşnak təcavüzünə qarşı mübarizəsi (XX əsrin əvvəlləri). Naxçıvan Dövlət Universiteti. “Elmi əsərləi”. Tarix və ictimai elmlər seriyası. 2010. № 1 (29). Səh 5. Elmi əsərlər.
- “Cənubi-Qərbi Qafqazın türk-müsəlman əhalisinin öz müqəddaratını təyin etmək uğrunda mübarizəsi”. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri” ictimai elmlər seriyası. 2011. № 1 (37). Səh 6. Elmi əsərlər.
- “Kanq dövləti”. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”. Tarix və ictimai elmlər seriyası.2012. № 1 (45). Səh 5. Elmi əsərlər.
- Şimal-Şərqi Anadoluda siyasi vəziyyət və türk-müsəlman əhalisinin milli-azadlıq hərəkatı (1917-1920-ci illər). Uluslararası Sarıqamış Simpoziumu. Kars-2013. Səh 34-35. Tezis.
- “Azərbaycan cümhuriyyət quruculuğu prosesində Türkiyə-Azərbaycan əlaqələrinin bəzi aspektləri (1918-1920-ci illər)”. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri” ictimai elmlər seriyası. 2014. № 2 (58). Səh 11-17. Məqalə.
- Naxçıvanlıların qonşu bölgələrin türk-müsəlman əhalisinə hərbi-siyasi yardımı tarixindən (1918-1920-ci illər). Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”.“Xüsusi buraxılış”, Naxçıvan-2014. № 6 (62). Səh 50-56. Məqalə.
- Naxçıvan maarifi müharibə dövründə. (1941-1945-ci illər). Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”. İctimai elmlər seriyası. 2015- № 2 (67). Səh 33-37. Məqalə.
- Azərbaycanda Cümhuriyyət quruculuğu prosesində Türkiyə-Azərbaycan əlaqələrinin bəzi aspektləri (1918-1920-ci illər). Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”. İctimai elmlər seriyası. 2015- № 2 (95). Səh 49. Məqalə.
- Osmanlı dövləti ərazisində erməni xəyanətkarlığı. NDU, “Qeyrət”. Elmi əsərlər. №-5-(79). Naxçıvan-2016. Səh 44-51. Məqalə.
- Multikulturalizminin geosiyasi, tarixi-mənəvi əsasları. NDU, “Qeyrət” nəşriyyatı. Elmi əsərlər. №-2(83). Naxçıvan-2017. Səh 114-119. Məqalə.
- Naxçıvan Dövlət Universitetinə dövlət qayğısı. NDU, “Qeyrət” nəşriyyatı. Elmi əsərlər. “Naxçıvan Dövlət Universiteti “50 ildə” elmi konfransın materialları”. Naxçıvan-2017. Səh 147-151. Məqalə.
- Əski türklərdə təqvim. NDU, “Qeyrət” nəşriyyatı. Elmi əsərlər. İctimai elmlər seriyası. №-2(91). Naxçıvan-2018. Səh 25-29. Məqalə.
- ”Azərbaycanınn Naxçıvan bölgəsinin siyasi tarixinin öyrənilməsində ARPİİ İSSA-da saxlanılan sənədlər mühüm mənbə kimi”
- AR. Prezidentinin işlər idarəsi. İctimai-siyasi sənədlər arxivi jurnalı. 2021
- Tərbiyəçi kimi ali məktəb müəlliminin rolu. NMİ, ELMİ ƏSƏRLƏR №1 (67) Naxçıvan 2022-səh. 9-14. məqalə
- Kəngərli tayfası Naxçıvanın etnik-siyasi tarixində. AMEA-nın Gəncə bölməsi №1 (3), Elm nəşriyyatı 2022- səh. 32-42 məqalə
- Tarixə köməkçi fənlər. Tədris proqramı. Naxçıvan, NDU 2022. Səh 32.
- “Şərq tarixi” üzrə fənn proqramı. Naxçıvan 2023
- Təlim prosesinin mahiyyəti, onun funksiyaları və daxili quruluşu haqqında bəzi mülahizələr. NMİ. Elmi əsərlər. №1 (71). Səh.16-24. NMİ. “Məktəb” 2023