Mehmet Uğur

Türkiyə Respublikası  Karadeniz Teknik Universitetinin Diş həkimliyi fakültəsinin “Protetik diş müalicəsi kafedrası”nın dosenti Mehmet Uğur Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müvafiq ixtisas qruplarında mühazirə oxumuş və praktiki məşğələlər aparmışdır. Dos. Dr. Mehmet Uğur həmçinin aidiyyəti üzrə tədqiqatlar aparmaqda, fakültənin müxtəlif kafedralarının müəllim heyəti üçün “Protetik diş müalicəsi” mövzularında təlimlər təşkil etməkdədir