Məhsəti Qasım qızı Əsgərova Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: mehsetiesgerova@ndu.edu.az
e-mail: mehsetiesgerova@ndu.edu.az
1968-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə ADU-nun Fransız və ingilis dilləri müəllimi ixtisasını bitirib və Şərur rayon M.Mehrab kənd orta məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb. 1994-1999-cu illərdə Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə ingilis dilini tədris etmişdir. 1999-cu ildən NDU-da fransız dili müəllimi işləyir. 2014-cü ildə “Fransız dilinin Azərbaycanda tədqiqi tarixi” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2016-cı ildən NDU-nun “Roman-german dilləri” kafedrasının müdiri kimi fəaliyyət göstərir. Həmin ildən də kafedranın dossent vəzifəsinə təyin edilmişdir. Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyasının (APFAZ) üzvüdür. 2019-cu ildə Fransa Dövlətinin Akademik Palma Ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyasının Bakıda və ölkəmizin müxtəlif bölgələrində birgə təşkil etdikləri bir çox treyninqlərdə və eyni zamanda Fransanın Strasburq şəhərində Mark Blok Universitetində (2000), Bezanson şəhərində Franş-Konte Universitetinin Tətbiqi Dilçilik Mərkəzində (2006), Bordo-Montan Universitetində (2019), Nis şəhərində Frankofoniya Universitetində (2022) seminarlarda iştirak etmişdir. 02-05 noyabr 2022-ci il Tunisin Hammamet şəhərində təşkil olunmuş Beynəlxalq Fransız dili Müəllimləri Federasiyasının Ərəb Dünyasının V konqresində iştirak etmişdir. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür. 1 dərs vəsaiti, 1 monoqrafiya və 20-dən artıq elmi məqalənin müəllifidir.
Dərc olunmuş elmi əsərlər
1. Müasir Fransız və Azərbaycan dillərində ismi xəbər, Məqalə, Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, II buraxılış, Bakı, Mütərcim, 2006.-318s. 22-24
2. Azərbaycan və Azərbaycan ədəbiyyatı Fransa mənbələrində, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, Bakı,2009, № 6.-422 s. 407-411
3. Fransız dili və Fransa ədəbiyyatı Azərbaycanlı ziyalıların maraq dairəsində, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, “Elm və Təhsil” Bakı,2009, № 11. -510 s. 69-76
4. Azərbaycanda fransız dilinin formalaşması, mövqeyi və inkişafı tarixinə dair, Məqalə,(xaricdə) Kültür Evreni, üç ayda bir yayımlanan uluslararası sosyal bilimlər dergisi, Ankara, 2010, sayı 5.-424 s. 381-387
5. Fransızca-azərbaycanca, Azərbaycanca-fransızca lüğətlər və danışıqda işlənən fransız sözlərinin lüğət tərkibində yeri, Məqalə, Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər, Humanitar elmlər seriyası, № 1, Naxçıvan, NDU, “QEYRƏT”-2010. -188 s. 109-113
6. Azərbaycanda fransız dilinin fonetikası ilə bağlı aparılan tədqiqatlara dair, Məqalə, Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər, Bakı-2011, № 1, -420 s. 160-166
7. Azərbaycanlı tələbə və şagirdlərin fransız dilindən şifahi nitq vərdişlərinə yiyələnmələrinin bəzi məsələləri haqqında, Konfrans materialı, Bakı Slavyan Universiteti Gəncə Dövlət Universiteti, Azərbaycanşünaslığın aktual problemləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfransın materialları, I hissə, 4-7 may 2011, Bakı-Gəncə, -626 s. 371-374
8. Azərbaycanda fransız dilinin qrammatikasına dair tədqiqatlar haqqında, Məqalə, NDU, Elmi əsərlər, humanitar elmlər seriyası N1,
“Qeyrət” – 2011 135-140
9. Исследование лексикологии и фразеологии французского языка в Азербайджанском языкознании, Məqalə (xaricdə), Московский Государственный Лингвистический Университет, Вестник МГЛУ № 21 (654) Москва, «Рема» 2012, 173-181
10. Azərbaycanda fransız dilinin leksikoqrafiyası üzrə aparılan tədqiqatlara dair, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu,“Axtarışlar” elmi toplusu Bakı, 2013 / №4, 89-95
11. “Kitabi-Dədə Qorqud” dastanları Fransada, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, “Axtarışlar” elmi toplusu Bakı, 2015 / 211-15
12. Fransız dilinin Azərbaycanda tədrisi tarixi, Məqalə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, “Axtarışlar” elmi toplusu Naxçıvan, 2016 / №4, 125-129
13. Fransiz Dilinin Tədrisində İkt-Dən İstifadə, Konfrans məqaləsi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, Naxçıvan Qeyrət nəşriyyatı, 2017 .
14. Məktəbəqədər yaş dövründə xarici dil öyrənmək, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 1, “Qeyrət” – 2017
15. Fransız dilinin qrammatikası. – Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2017
16. Fransız dili Əlcəzair ədəbiyyatında və Asiya Cəbbarın yaradıcılığına qısa baxış, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, №1, I cild, “Qeyrət” – 2018 səh. 192-194
17. Fransız dilinin Naxçıvanda tədrisi və tədqiqi, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 5, “Qeyrət” – 2018 səh.129
18. Xarici dillər üzrə doktoranturaya minimum imtahanların proqramı, Naxçıvan Dövlət Universiteti, “Qeyrət”-2019, 13 səh.
19. Monoqrafiya “Fransız dilinin Azərbaycanda tədqiqi tarixi” Naxçıvan, “Əcəmi” nəşriyyatı 2019.168səh.
20. Naxçıvan ədəbi mühiti Şamil Zaman tərcümələrində, Konfrans materialı, Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2020
21. Fransız-azərbaycan dillərində frazeoloji birləşmələrə dair aparılan tədqiqatlar, Naxçıvan Dövlət Universiteti. “Elmi əsərlər”i, humanitar elmlər seriyası, № 1 (110), “Qeyrət” – 2021 səh 65-68
22. Fransız dilində neologizmlərin yaranma zərurəti və işlənməsi NDU, “Elmi əsərlər”i, humanitar elmlər seriyası, №118 , “Qeyrət” – 2022 səh
23. Dil bacarıqlarının inkişafında fərdi xüsusiyyətlər, I Respublika elmi konfransı “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi”, NDU-nun Elmi əsərləri, “Qeyrət “ nəşriyyatı, 2023, s.140-141
24. Abbreviations İn French - Abbreviations And Acronyms, Norwegian Journal of development of the International Science, №120/2023, p.81-84
25. About The Study Of Turkish Languages In France, The scientific heritage (Budapest, Hungary), No 123 (123) (2023), p.54-56