Email: aysenmemmedova@ndu.edu.az
26 avqust 1992-ci ildə Şərur rayon Oğlanqala kəndində anadan olub. 1992-2009-ci illərdə M.Seyidov adına Oğlanqala kənd orta məktəbində orta təhsil alıb. 2009-2013-ci illərdə Naxçıvan Dövlət Universitetinin Fizika- riyaziyyat fakültəsində bakalavr təhsil pilləsinin “riyaziyyat” ixtisasını müvəffəqiyyətlə oxuyub, fərqlənmə diplomu ilə bitirmişdir. 2013-2016-cı illərdə Naxçıvan Dövlət Universitetinin Magistatura şöbəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “İnformatika” kafedrasında Operator vəzifəsinə təyin olunub. 11 sentyabr 2018-ci ildə “Ümumi Riyaziyyat” kafedrasına 0,5 ştat müəllim vəzifəsinə təyin edilmişdir.28 dekabr 2019-cu ildə “Ümumi riyaziyyat” kafedrasına 0,5 ştat müəllim seçilmişdir. 29 noyabr 2023-cü ildən Ümumi riyaziyyat kafedrasının baş müəllimidir.Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir iki övladı var. Naxçıvan şəhərində yaşayır.
Məqalələr
1. A.Məmmədova. Süni intellektin modelləşdirilməsinin əsas inkişaf istiqamətləri. Naxçıvan Dövlət Universiteti Elmi əsərlər № 4 (93) Naxçıvan -2018
2. Ekspert sistemlərində biliklərin tərkibi və təşkili Naxçıvan Dövlət Universiteti Elmi əsərlər Naxçıvan -2019
3. A.Məmmədova. Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası. Naxçıvan Dövlət Universiteti Elmi əsərlər № 4 (101) Naxçıvan -2019
4. İbtidai siniflərdə yeni interaktiv təlimlə əlaqədar məsələ həllinin didaktiv funksiyaları- Naxçıvan Dövlət Universiteti Elmi əsərlər Naxçıvan -2020
5. Riyazi təfəkkürün məsələ həllində rolu- Naxçıvan Dövlət Universiteti Elmi əsərlər Naxçıvan -2023
6. Məktəbdə çoxbucaqlının öyrədilməsi təcrübəsindən-“Fizika, astronomiya və riyaziyyatın aktual problemləri” Respublika elmi konfransı 13 may 2023-cü il