Məmmədova Xuraman Ədalət qızı

Müəllim

E-mail:mammadovakhuraman@ndu.edu.az 
memmedovaxuraman13@gmail.com

 

 

 

 

  Mən Məmmədova Xuraman Ədalət qızı 1988-ci il avqust ayının 2-də Naxçıvan şəhərində anadan olmuşam. 1994-cü ildə M.Ə.Seyidov adına 39№li orta məktəbin birinci sinfinə daxil olmuşam. 2005-ci ildə C.Naxçıvanski adına 11№li   orta məktəbin on birinci sinfini bitirmişəm. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin Fizika ixtisasına qəbul olunmuşam. 2009-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildə   universitetin təyinatına əsasən Culfa rayonu Yaycı kəndi 2№li tam orta məktəbdə Fizika müəlliməsi olaraq çalışmağa başlamışam. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsinin Astrofizika ixtisasına qəbul     olunmuşam. Elə həmin ilin sentyabr ayından Babək rayon Nehrəm kəndi 1№li tam orta məktəbdə Fizika müəlliməsi olaraq çalışmışam. 2012-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. 2014-cü ilin oktyabr ayının 9-dan   Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin “Ümumi və nəzəri fizika” kafedrasında laborant olaraq işə başlamışam. 2017-ci ildən baş laborant vəzifəsinə təyin edilmişəm və həmin kafedrada saat hesabı müəllim   olaraq çalışmağa başlamışam. 2018-ci ildən həmin kafedranın laboratoriya müdiri vəzifəsinə təyin olunmuşam. 2023-cü ildə “Ümumi və nəzəri fizika” kafedrasında tam ştat müəllim olaraq çalışıram. Bir qızım var.

 

Elmi əsərləri

 

1.      X.Ə.Məmmədova. Günəşin spektrində Balmer seriyasının xətlərinin tədqiqinə dair. NDU, Magistrantların elmi əsərləri 2012

2.      X.Ə.Məmmədova. Spektral xətlərin təbii və Dopler genişlənməsinə dair. NDU, Magistrantların elmi əsərləri 2013

3.      S.A.Cəfərov, X.Ə.Məmmədova. Mavi led çiplərin metal orqanik kimyəvi qaz faza epitaksiya üsulu ilə alınması  və tədqiqi. Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər, 2020.

4.      S.A.Cəfərov, X.Ə.Məmmədova. Məktəb fizika kursunda komputer modellərinin tətbiqi metodikası. Naxçıvan Müəllimlər İnstitutu, Elmi əsərlər, 2021.

5.      S.A.Cəfərov, X.Ə.Məmmədova. A3B6 qrup birləşmələrinin lokallaşmiş halların parametrlərinə sürətlənmiş elektron seli ilə şüalanmanın təsiri. 2021

6.      S.A.Cəfərov, X.Ə.Məmmədova. Atomun enerji səviyyələrinin tədrisi metodikası. NDU, Elmi əsərlər, Fizika-Riyaziyyat və Texniki elmlər seriyası, №4 (113), 2021

7.      X.Ə.Məmmədova, X.Mikayılov, R.Məmmədov CH CYG simbiotik ulduzunun 1998-2020-ci il üçün parlaqlıq əyrisində qısa periodlu (P=95D) dəyişmələrin nümayişi. “Fizika və Astronomiyanın müasir problemləri” elmi konfransı, NDU, 2021

8.      S.A.Cəfərov, X.Ə.Məmmədova.  bərk məhlul kristallarında elektrik keçiriciliyin tədqiqi. AMEA Naxçıvan bölməsi, Elmi əsərlər, Təbiət və texniki elmlər seriyası 2022, №2

9.      X.Ə.Məmmədova, B.Hacıyeva, A.Qarayev STEAM təhsildə fizika laboratoriyası. NDU, Elmi əsərlər, Fizika-Riyaziyyat və Texniki elmlər seriyası, №4 (117), 2022

10.  X.Ə.Məmmədova, N.Əkbərova Molekullar arası qarşılıqlı təsir qüvvələri. Fizika- riyaziyyat və astranomiyanın aktual problemləri “ mövzusunda II respublika elmi konfransı  2022.

11.  X.Ə.Məmmədova, N.Əkbərova Nəzəri planetologiya nədir. “Fizika, Riyaziyyat və Astronomiyanın müasir problemləri” elmi konfransı, NDU, 2023

12.  X.Ə.Məmmədova, G.Məjlumova Radiasiya tədqiqatlarında radiotermolüminessensiya   üsulunun tətbiqi. Konfrans/NDU və AMEA Radisiya İnstitu 2023