Məmmədova Məhəbbət Qasım qızı 12 avqust 1978 ci ildə Naxçıvan şəhər Babək rayon Nehrəm kəndində anadan olub. 1985-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbin I sinfinə daxil olub. 1995-ci ildə həmin məktəbi bitirib. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetini həkim ixtisası üzrə bitirib. 2001-2002ci illərdə Naxçıvan Muxtar Respublika xəstəxasında anesteziologiya-reanimatologiya şöbəsində həkim interna olaraq çalışıb. 2002-2010cu illərdə Naxçıvan Mərkəzi Uşaq xəstəxanasında, 2004-2010cu illərdə Naxçıvan Muxtar Respublika xəstəxasında həkim anestezioloq-reanimatoloq olaraq çalışıb. 2010 cu il 2 fevral tarixindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzi - hazırki Naxçıvan sağlamlıq mərkəzində anestezioloq-reanimatoloq olaraq çalışır. 2023 cü il sentyabr ayından Naxçıvan Dövlət Universiteti Tibb fakultəsi Təməl tibb fənləri kafedrasında müəllim olaraq çalışır.