Baş müəllim
E- mail: Xalide.67@mail.ru
Mərdanova Xalidə Abbasəli qızı 3 Mart 1967- ci ildə anadan olmuşdur.1974-cü ildə Naxçıvan şəhər 2 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə isə həmin məktəbi bitirmişdir. 1984-cü ildə Naxçıvan şəhər Ü.Hacıbəyov adına Orta ixtisas musiqi məktəbinə qəbul olmuş, 1988-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olmuş , 1994-cü ildə isə Bakı musiqi Akademiyasını tar və Xalq Çalğı Alətləri orkestrinin dirijoru ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə 2 № uşaq musiqi məktəbində muəllim kimi başlamişdir. 1995-ci ildən Naxçıvan Musiqi Kollecində müəllim işləmişdir. 2005-ci ildən NDU -nun İncəsənət fakultəsində muəllim, 2017- ci ildən isə baş muəllimdir.
Dərc olunmuş elmi əsərlər
MƏQALƏLƏR
1.Mərdanova X.A. Aşıq sənəti və onun inkişaf mərhələləri. Naxçıvan, NDU,”Qeyrət” 2014 Humanitar elmlər seriyası. №1 (57)səh.112-115
2.Mərdanova X.A., R.Bənövşə.Ümummilli lider Heydər Əliyevin milli dəyərlərimizə qayğısı. Naxçıvan, NDU, “Qeyrət” № 1 (66) 2015. səh.152-156
3.Mərdanova X.A., R.Bənövşə.Naxçıvanda xalq musiqi yaradıcılığı tarixindən. AMEA Naxçıvan Bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutu, 2015. səh.125-130
4. Mərdanova X.A. Görkəmli bəstəkar Qənbər Hüseynlinin ömür yolu və yaradıcılıq irsi .Naxçıvan, NDU,”Qeyrət nəşriyyat” 2020 Humanitar elmlər seriyası. №4 (105) 3 səh
5. Mərdanova X.A. Səid Rüstəmovun yaradıcılığında Azərbaycan Xalq çalğı alələri orkestri. Kiev /Ukraine Civilizational Bridges Between People and Cultures. 23 Aprel 2022 6.Mərdanova X.A. “H.Xanməmmədovun konsert janrında yazdığı əsərlərdə milli xüsusiyyətlər”. Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Bölməsi, Elmi əsərlər 2023 № 2 səh.294-301
PROQRAM
Mərdanova X.A. Xalq Çalğı Alətləri iə tanışlıq Naxçıvan, NDU,”Qeyrət” 2016, 12səh.