E-poçt: mesudqehremanov@ndu.edu.az
02 may 1976-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub.1981-1993-cü ildə Şahbuz rayonunun Kükü kəndində orta məktəbi bitirib. 1993-1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasını bitirmişdir. 1997-1998- ci ildə hərbi xidməti başa vurmuşdur. 1997-ci ildən 2002-ci ilə qədər Şahbuz rayonunun Kükü kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 2002-ci ildən 2013-cü ilə qədər Naxcıvan Qarnizonu tam orta məktəbində riyaziyyat müəllimi işləmiş və fənn metod birləşmə rəhbəri olmuşdur. 2013-cü ildən 2022-ci ilə qədər Heydər Əliyev adına Hərbi Liseydə riyaziyyat müəllimi işləmiş və texniki fənlər bölməsinin rəisi vəzifəsində calışmışdır. 2020-2022-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun Magistratura və doktorantura şöbəsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2023-ci ildən Naxçıvan Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrasının müəllimi vəzifəsində çalışır.
Dərc olunmuş elmi əsərləri.
1.” Məktəbdə hesab materialının təlimində şagird təfəkkürünün fəallaşdırılması yolları”.
2.” İnnovasiya. Azərbaycanda innovasiya potensialı. İnnovasiyanın təhsil sektorunda fəaliyyəti və təhsildə yeniliyin tətbiqi mərhələsində təşkili.”.
3.” Pedaqogikanın metodologiyası”
4.” Məktəbdə hesab materialının təlimində şagird təfəkkürünün fəallaşdırılması yolları”.
5. “Ümummilli lider Heydər Əliyev böyüyən nəslin Azərbaycançılıq ruhunda tərbiyəsi
haqqında”
6.” Ümummilli lider heydər əliyevin təhsil və tərbiyə haqqında fikirləri”.
7.” Ümumilli lider heydər əliyev cəmiyyətin inkişafında təhsilin yeri və rolu haqqında”.
8. “Məktəbdə məsələ həlli inkişafetdirici təlim vasitəsi kimi”.
9.”Məktəbdə hesab materialının təlimində şagird təfəkkürünün fəallaşdırılması yolları”.