1969-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhərindəki M.T.Sidqi adına 4 № li səkkizillik orta məktəbinə daxil olmuş, həmin məktəbi 1984-cü ildə bitirib , təhsilimi davam etdirmək üçün Naxçıvan şəhər Q. Vəzirov adına 6 № li orta məktəbə daxil olub,1986-cı ildə həmin məktəbi bitirmişəm.
1986 – cı ildə SSSR – nın Kurqan şəhərindəki Kurqan Ali Hərbi Siyasi Aviasiya Məktəbinə daxil olmuş və həmin məktəbin üçüncü kursunda yəni 1989 – cu ildə ölkədə yaranmış milli münasibətlərin dəyişməsilə əlaqədar təhsilimi davam etdirmək mümkün olmamışdır . Məktəbin üçüncü kursundan öz xahişımlə xaric olunmuşam .Məktəbdən xaric olunduqdan sonra Kurqan şəhərindən hərbi xidmət sıralarına çağırılmışam. 27.09.1989 – cu ildə hərbi xidmət sıralarından ehtiyata buraxılmışam.
İxtisasıma uyğun olaraq V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnsitutunun İbtidai Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsinə 1989-1990-cı tədris ilinin I -yarısında bərpa olmuşam.
1993 – cü ildə ( statusa görə ) N. Tusi adına Azərbaycan Pedaqoji Dövlət Universitetinin İbtidai Hərbi və Fiziki Təlim ixtisasını bitirmişəm.
Əmək fəaliyyətinə 1993 – cü ilin oktyabr ayından Naxçıvan şəhərindəki Azərbaycan Respublikasının Milli Qəhramanı İbrahim Məmmədov adına İdman-Hərbi təmayüllü oğlanlar gimnaziyasında hərbi müəllim və sonra isə hərbi rəhbər vəzifəsində işləmişəm.
1995- ci il iyun ayının 26 – dan Naxçıvan şəhərində DİN DQ – nin 12565 saylı hərbi hissəsində zirehli texnika motoatıcı taqım komandiri vəzifəsində xidmətə başlamışam Qərargahda döyüş təlimi üzrə zabit, Qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifələrində xidmət etmişəm.
15.09.2012-ci il tarixdə Naxçıvan şəhər Ə.Sultanlı adına 10 № tam orta məktəbə Gənclərin Çağırışaqədərki hazırlıq fənni üzrə hərbi rəhbər vəzifəsinə təyin olmuşam.
18.09.2013-cü il tarixdə NDU-nin Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə kafedrasına saathesabı
müəllim qəbul olunmuşam.
18.09.2015-ci il tarixdə NDU-nin Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə kafedrasına müəllim qəbul olunmuşam.
Dərc olunmuş elmi əsərlər
1.Hərbi Nizamnamələr(Bakalavr təhsil pilləsi üçün tədris) proqramı. NDU-nin “Qeyrət”nəşriyyatı. Proqram. Naxçıvan- 2016.