Salmanlı Nərmin Yaşar qızı

22 iyul 1998-ci ildə Culfa şəhərində anadan olmuşdur. 2004-cü ildə Culfa şəhər Akademik H.Abdullayev adına 1 saylı  orta məktəbin I sinifinə daxil olmuş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. 2015-ci ildə Naxçıvan Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşdur. 2019-cu ildə eyni adlı ixtisasdan məzun olmuşdur. 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Geomorfologiya” ixtisası üzrə magistraturaya qəbul olmuş, 2021-ci ildə həmin şöbəni fərqlənmə diplomu ilə bitirmişdir. 2023-cü ildə Naxçıvan Dövlət Universitetində doktoranturaya qəbul olmuşdur. Hal-hazırda Təbiətşünaslıq və Kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasında müəllim işləyir.

 

 

Dərc olunmuş elmi əsərlər

 

Əsərlərin adları

İşin növü

Nəşriyyat,jurnal və s. adı

İşin həcmi

Həmmüəlliflər

1.

“Naxçıvan Muxtar Respublikasının dağlıq morfostrukturlarının ekogeomorfoloji şəraitə təsiri”

Məqalə

AEM “Təbiət və Elm” beynəlxalq elmi jurnal,Bakı-2020

3

-

2.

“Main natural exogenic factors affecting ecogeomorphological conditions in Nakhchivan mountain morphostructures”

Konfrans materialı

The XIII International Scientific Symposium “SCİENCE AND EDUCATİON: PRESERVİNG THE PAST, CREATİNG THE FUTURE”, Kars-2021,

5

-

3.

Naxçıvan Muxtar Respublikasında müasir ekzodinamik proseslərin inkişaf xüsusiyyətləri

Konfrans materialı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası II beynəlxalq elmi-praktiki  konfrans materialları I cild. Bakı,Azərbaycan. 22-23 noyabr 2023.

9

S.Abuşova

T.Qasımova