HACIYEVA NURAY CAVİD QIZI

nurayhaciyeva@ndu.edu.az

1992-ci ilin iyun ayında Culfa rayon Milax kəndində anadan olmuşdur. 1999-cu ildə Milax kənd ora məktəbinin I sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinə daxil olmuş, 2014-cü ildə tarix ixtisasını fərqlənmə ilə bitirmişdir. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura şöbəsində təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə müəllim kimi,2019-cu ildə bir müddət Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində mətbuat və ictimaiətlə əlaqələr üzrə baş məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabrından Naxçıvan Universitetində, 2021-ci ilin sentyabrından Naxçıvan Dövlət Universitetində Tarix müəllimi vəzifəsində çalışır. 2021-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin "Vətən tarixi" ixtisası üzrə "Naxçıvan Muxtar Respublikasının Sosial və mədəni inkişafı (1995-2020-ci illər)" dissertasiya işi üzərində işləyir. 3 elmi məqalənin müəllifidir.

 

                                        Dərc olunmuş elmi əsərləri                  

1. Naxçıvanın taleyi Moskva və Qars müqavilələrində. Naxçıvan Universiteti Elmi əsərlər 2021 №-3 səh 183-187

2. “Naxçıvanda muzey işi” “Naxçıvan Universiteti” Elmi əsərlər № 3 (27) Naxçıvan  “NUH” 2022.

3. Heydər Əliyev və Ordu quruculuğu. Heydər Əliyev və Milli dövlətçilik məsələləri Respublika Konfransı 25-26 May Naxçıvan 2023-cü il