Psixoloji xidmət və elmi-tədqiqat laboratoriyası

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

 

 

 

 

 “PSİXOLOJİ XİDMƏT VƏ ELMİ-TƏDQİQAT LABORATORİYASI”

 

 

 

Ə S A S N A M Ə

 

 

 

 

 

 

 

 

NAXÇIVAN-2024

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN “PSİXOLOJİ XİDMƏT VƏ ELMİ-TƏDQİQAT LABORATORİYASI” NIN

 

Ə S Ə S N A M Ə S İ

 

1.       ÜMUMİ MÜDDƏALAR

1.1   “Psixoloji xidmət və elmi-tədqiqat laboratoriyası” Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən laboratoriya olub Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Universitetin “Magistratura və doktorantura mərkəzi”, “Tibb fakültəsi” və “Pedaqogika və psixologiya” kafedrası ilə əlaqəli fəaliyyət göstərərək Universitetin bakalavriat, magistratura və doktorantura səviyyələrində psixologiya sahəsində hazırlanan kadrların tədqiqat əsaslı praktik fəaliyyətinin gücləndirilməsi, psixologiya sahəsində aparılan elmi-tədqiqatların vahid mərkəz əsaslı tənzimlənməsini, vətəndaşların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin etmək məqsədilə nəzəri və praktik təcrübələrin aparılmasını, vətəndaşlara psixoloji xidmətin bütün istiqamətlərində yardım göstərən, psixoloqların işini günün tələbləri səviyyəsində qurması üçün metodiki dəstək verən, göstərilən bütün istiqamətlərdə işlərin planlaşdırılması, idarə olunması və onlara nəzarəti həyata keçirən laboratoriyadır.

1.2   Laboratoriya öz fəaliyyətindəAzərbaycan Respublikasının Konstitusiyasını”, “Təhsil və Elm haqqında” Azərbaycan Respublikasının Qanunlarını, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununu, “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni, “Ömür boyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi”ni, ölkəmizdə psixoloqun işini müasir tələblər baxımından qurulması istiqamətində qəbul olunmuş normativ aktları, sərəncam göstərişləri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və digər mərkəzi  icra hakimiyyəti orqanlarımn normativ hüquqi aktlarını elmi-metodiki tövsiyyələrini, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarları və rektorunun əmr və sərəncamlarını rəhbər tutur.

1.3   “Laboratoriya” mütəmadi olaraq yerinə yetirilən işlər haqqında rektorluğa müvafiq hesabatlar təqdim edir.

 

2.       Laboratoriyanın fəaliyyətinin əsas məqsədləri:

 

2.1     Laboratoriyaya müraciət edən bütün şəxslərin, xüsusilə tələbələrin və universitet əməkdaşlarının psixoloji və sosial adaptasiya səviyyələrini yüksəltmək, psixoloji problemlərinin aradan qaldırılmasına dəstək vermək və psixoloji biliklərinin təkmilləşdirməkdə köməklik etmək;

2.2    Vətəndaşların, müəllimlərin və tələbələrin (şagirdlərin) sağlam sosial, emosional və idrak inkişafını təmin etmək məqsədilə elmi-təqdiqatlar aparmaq;

2.3     Laboratoriyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq olaraq  təlim və seminarlar təşkil etmək;

2.4    Laboratoriyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqları çərçivəsində, qanunauyğun olaraq elmi- tədqiqatlar aparmaq və əldə olunmuş nəticələrin aprobasiyasını həyata keçirmək;

2.5    Ölkəmizdə psixoloji xidmətin yaxşılaşdırılmasına elmi-metodiki dəstək vermək;

2.6    Pedaqoq və psixoloqlara aparacağı tədqiqatlara dəstək vermək;

2.7    Laboratoriyanın fəaliyyət istiqamətlərinə uyğun kitablar, broşürlər, bülletenlər və bu kimi təbliğat nəşrləri hazırlamaq;

2.8    Şəxsiyyətlərarası münasibətlərin inkişaf etdirilməsi, idarəetmə fəaliyyətinin yüksəldilməsi, tələbə, müəllim və əməkdaşların sosial-psixoloji adaptasiyasını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Dövlət Universitetində, orta və ümumtəhsil müəssisələri, müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində tələbələrin, şagirdlərin və əməkdaşların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin etmək məqsədilə NDU, təhsil müəssisələri, müxtəlif idarə və təşkilatlarda nəzəri və praktik tədqiqatların aparılmasını həyata keçirmək;

2.9    Psixologiya ixtisasında təhsil alan tələbələrin tədqiqat əsaslı praktik fəaliyyətinin gücləndirilməsi;

2.10            Psixoloqların praktik fəaliyyətinin vahid mərkəz əsaslı idarə olunmasının təmin edilməsinə nail olmaq;

2.11            Qabaqcıl psixoloqların təcrübəsinin yayılmasını təmin etmək;

2.12            Məktəb psixoloqlarına psixoloji işi günün tələbləri səviyyəsində qurması üçün metodiki dəstək göstərmək.

 

3.      Laboratoriyanın fəaliyyətinin əsas istiqamətləri:

 

3.1    Psixoloji xidmətin bütün istiqamətləri üzrə yardımın göstərilməsi;

3.2   Müxtəlif cihazlarlın və metodikaların vasitəsilə aparılan diaqnostik işlər;

3.3   Uşaq psixologiyası sahəsində psixoloji dəstək;

3.4   Yeniyetməlik yaşı sahəsində psixoloji dəstək;

3.5   Ailə psixologiyası sahəsində psixoloji dəstək;

3.6   Sağlamlıq imkanları məhdud şəxslərə psixoloji dəstək;

3.7   Fərdi konsultasiyaların aparılması;

3.8   Peşəkarlıq səviyyəsinin artırılması işinin təşkili (müxtəlif təlimlərin, ixtisasartırma kurslarının təşkili və keçirilməsi);

3.9   Göstərilən bütün istiqamətlərdə elmi-tədqiatların aparılması;

3.10          Təlimlər, seminarlar, dəyirmi masalar, konfransların keçirilməsi.

3.11          Zəruri vəsaitlərin, dəstək proqramlarının hazırlanması;

3.12          İldə bir dəfə olmaqla Azərbaycan psixoloqlarının I forumunun keçirilməsi;

3.13          Məktəb psixoloqlarına mtodiki dəstək;         

 

4.       Laboratoriyanın vəzifələri:

 

4.1      Laboratoriyanın fəaliyyətinin perspektiv və cari planlaşdırılmasının təşkili;

4.2    Laboratoriyanın fəaliyyətinin planlaşdırılması, təşkili və nəzarət məsələləri üzrə müvafiq işlərin yerinə yetirilməsi və layihələrinin işlənib hazırlanması;

4.3    Laboratoriyanın fəaliyyətinin səmərəli təşkili və təmin edilməsi üçün zəruri vəsaitlərin və dəstək proqramlarının hazırlanmasını təmin etmək;

4.4    Qabaqcıl psixoloqların təcrübəsinin yayılmasına dəstək;

4.5    Laboratoriyanın idarə heyəti, üzvləri, dəvətli psixoloq və müxtəlif sahələr üzrə mütəxəssislərlə birlikdə müxtəlif sahələrdə psixoloji elmi-tədqiatların istiqamətlərini müəyyənləşdirmək;

4.6    Laboratoriyanın fəaliyyət istiqamətlərinə uyğun elmi-tədqiqatların aparılması;

4.7    Vaxtaşırı psixoloji məsləhətləşmələrin aparılması və psixoloji xidmətin səmərəli təşkili ilə bağlı qərarların qəbulu.

4.8    Göstərilən psixoloji xidməti “Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanununu” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar”ı tələbləri baxımından qurmaq.

 

5.       Laboratoriyanın hüquqları:

5.1     Psixoloji xidmətin təşkili ilə bağlı aktual problemlərə həsr olunmuş konfrans, seminar və dəyirmi masalar təşkil etmək, həmçinin belə tədbirlərdə iştirak etmək;

5.2    Ölkə və muxtar respublika miqyasında psixoloq və sosial pedaqoqların şəbəkədaxili qarşılıqlı əlaqələrinin yaradılmasında və bu sahədə vahid informasiya məkanının formalaşdırılmasında iştirak etmək;

5.3   Laboratoriyanın fəaliyyət istiqamətləri üzrə elmi-tədqiqatlar aparmaq.

5.4   Təhsil proqramlarına və tədris-metodik vəsaitlərə rəy bildirmək;

5.5   Psixoloji-pedaqoji biliklərin təbliği sahəsində iş aparmaq;

5.6   Psixoloji-tibbi-pedaqoji komissiyaların və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işində iştirak etmək;

5.7   Psixoloji xidmətin təşkili üzrə ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;

5.8   Pedaqoji tədbirlərin hazırlanmasında və keçirilməsində, tədris, təlim və tərbiyə prosesinin tənzimlənməsində, tərbiyəvi tədbirlərin planlaşdırılmasında iştirak etmək;

5.9   Laboratoriyanın fəaliyyəti üçün zəruri olan sənədləri və məlumatları əldə etmək;

5.10            Psixoloji biliklərin təbliği sahəsində iş aparmaq, elmi və elmi-kütləvi jurnallarda, qəzetlərdə və internet resurslarında iş təcrübəsini ümumiləşdirən məqalələrlə çıxış etmək;

5.11            Korreksiya-inkişafetdirici resurslarla təmin olunmaq;

5.12            Təhsil qanunvericiliyində və Göstərilən psixoloji xidməti “Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanununu” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı”nda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

5.13            Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Universitetin fakultələrinə, kafedralarına və digər struktur bölmələrə müvafıq qaydada əməkdaşlıq təklifləri göndərmək;

5.14            Laboratoriyanın fəaliyyətinin səmərəli təşkili və təmin edilməsi üçün zəruri vəsaitlə və avadanlıqların alınması üçün universitet rektoru qarşısında vəsadət qaldırmaq.

 

6.       Laboratoriyanın fəaliyyətinin təşkili:

6.1    Laboratoriyanın strukturu:

6.1.1. Laboratoriyanın müdiri;

6.1.2.Psixoloji laboratoriyanın müdiri;

6.1.3. Mütəxəssis.

6.1.4. Müqavilə əsasında dəvət olunan mütəxəssislər.

6.2    Laboratoriyanın strukturu müəyyən edilmiş struktur və istiqamətlər üzrə işçilərin say həddi daxilində rektor tərəfindən təsdiq edilir. Laboratoriya bilavasitə rektora tabedir və onun qarşısında hesabat verir.

6.3    Laboratoriyanın fəaliyyətinə rektor tərəfindən vəzifəyə təyin edilən laboratoriya müdiri rəhbərlik edir. laboratoriya müdiri mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və  hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

6.4    Laboratoriyanın digər üzvləri labortoriya müdirinin təqdimatı əsasında rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

6.5     Laboratoriya əməkdaşlarının vəzifə öhdəlikləri rektor tərəfindən təsdiq edilir və əməkdaşların hüquq və vəzifələrini müəyyən edir.

6.6    Laboratoriya müdirinin vəzifələri:

6.6.1.   Laboratoriyanı təmsil etmək;

6.6.2.   Laboratoriyada işləyən əməkdaşların vəzifələrini, səlahiyyətlərini və məsuliyyətlərini müəyyən etmək;

6.6.3.   Laboratoriyanın işini təşkil etmək, ona nəzarət etmək və proqramların həyata keçirilməsini təmin etmək;

6.6.4.   Laboratoriyada aparılan elmi-tədqiqatlara rəhbərlik etmək və nəzarət etmək;

6.6.5.    Laboratoriyada təklif olunan xidmətlərin ehtiyaclara uyğun şaxələndirilməsi və inkişaf etdirilməsi məqsədilə digər aidiyyəti şəxslər, bölmələr, idarə və təşkilatlarla əməkdaşlıq etmək;

6.6.6.   Laboratoriyanın iş sahəsinə aid olan şəxslər, bölmələr, qurumlar və təşkilatlarla əməkdaşlıq və əlaqələndirmə prinsipləri çərçivəsində birgə layihələri müəyyən etmək və həyata keçirmək;

6.6.7.    Laboratoriyanın əməkdaşlarının ahəngdar işləməsinə, akademik və peşəkar sahələrdə özlərini inkişaf etdirmələrinə dəstək olmaq;

6.6.8.    Mövcud strategiyalara uyğun olaraq laboratoriyanın kadr ehtiyaclarını planlaşdırmaq və onun əsaslandırılması ilə rektora məlumat vermək;

6.6.9.    Laboratoriyanın inzibati işlərini həyata keçirmək;

6.6.10.              Laboratoriyanın illik iş planını rektorun təsdiqinə təqdim etmək.

6.6.11.              Laboratoriyanın məqsədlərinə uyğun fəaliyyətlərin müntəzəm icrası və nəzarəti üçün zəruri tədbirlər görmək;

6.6.12.              Ölkə daxilində və xaricdə müvafiq mərkəz, laboratoriya və təşkilatlarla əməkdaşlıq edərək məqsədəuyğun layihələr və qarşılıqlı əməkdaşlıq etmək;

6.6.13.              Laboratoriyanın işində tələb olunan tapşırıqları vermək;

6.6.14.             Lboratoriyanın illik fəaliyyəti haqqında hesabatı hər ilin dekabr ayında Rektora təqdim etmək.

6.6.15.              Direktor laboratoriyanın işinə görə rektor qarşısında cavabdehdir.

6.7.      Mütəxəssis:

6.7.1.        Laboratoriya müdirinə tabedir.

6.7.2.        Psixoloji kabinəyə rəhbərlik edir və psixoloji dəstəyin göstərilməsini təmin edir.

6.8.      Müqavilə əsasında dəvət olunmuş mütəxəssis(lər):

6.8.1.                    Müqavilə əsasında psixoloji xidmətin müxtəlif sahələri üzrə psixoloji dəstək göstərir.

 

7.           Qurğular, alətlər, avadanlıqlar

 

7.6.      Laboratoriya tərəfindən dəstəklənən tədqiqatlar çərçivəsində alınmış hər cür alət, avadanlıq və qurğular laboratoriyanın istifadəsinə verilir.

 

 

8.           Maliyə və xərclər

 

8.6.      Laboratoriya NDU-nun maliyyə imkanları əsasında fəaliyyət göstərir;

8.7.      Laboratoriyanın maliyə və xərcləmə səlahiyyəti rektor tabedir və rektorun nəzarəti altında həyata keçirilir. Rektor bu səlahiyyəti prorektorlardan birinə və ya müdirə verə bilər.

8.8.      Laboratoriya göstərdiyi müxtəlif xidmətlərə görə Universitet Elmi Şurası tərəfindən təsdiq edilmiş xidmət üzrə qiymət cədvəlinə görə ödəniş tələb edə bilər.

 

9.           Laboratoriyanın fəaliyyətinin tənzimlənməsi və qiymətləndirilməsi:

 

9.6.          Laboratoriyanın fəaliyyəti Əsasnamənin və bu əsasnamənin 1.2. bəndində göstərilən Qanuni sənədlərin tələblərinə müvafiq olaraq qurulur.

9.7.          Laboratoriyanın işi fəaliyyət istiqamətlərinə uyğun olaraq universitet rektoru tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil edilir. İş planı hər ilin yanvar ayının 10 na kimi təsdiq edilir.

9.8.          Laboratoriyanın müdiri və müvafiq istiqamətlər üzrə əməkdaşları laboratoriyanın illik iş planı əsasında oz illik iş planlarını tərtib edir və fəaliyyətlərini həmin iş planları əsasında qurur;

9.9.          Laboratoriyanın direktorunun illik iş planı universitatin rektoru, əməkdaşlarının iş planı isə laboratoriya müdiri tərəfindən təsdiq edilir;

9.10.       İldə iki dəfə laboratoriya əməkdaşları laboratoriya müdirinə görülmüş işlərə dair öz hesabatlarını təqdim edir.

9.11.       İldə iki dəfə Laboratoriya müdiri universitet rektoru və Elmi Şurası qarşısında hesabat verir və fəaliyyəti qiymətləndirilir.

 

10.        Əsasnamənin təsdiqi:

 

10.1.Bu Əsasnamə Universitet Elmi Şurasının qərarı və rektorun əmri ilə təsdiq olunur və təsdiq olunduğu gündən etibarən qüvvədə olur.