Azərbaycan dili və ədəbiyyatı kabinəsinin müdiri
cennetqasimova@ndu.edu.az
cennetqasmova1962gmail.com
Qasımova Cənnət Qasım qızı 1962-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı orta məkrtəbin I sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin X sinfini bitirmişdir. 15 sentyabr 1979-cu il tarixdən 01 sentyabr 1980-ci il tarixədən Naxçıvan MR “Sirab” mineral sular zavodunda fəhlə işləmişdir. 1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını bitirmişdir.
1984-1985-cı illərdə Naxçıvan MR Dəmir yolunun NODX -3 şöbəsində baş ekonomist vəzifəsində işləyib. 1986-cı ildən 1992-ci ilədək Naxçıvan MR “Gənc Təbiətçilər Stansiyası”nda dərnək rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci il 02 dekabr tarixdən Naxçıvan Dövlət Universitetinin “Ədəbiyyat” kafedrasında baş laborant vəzifəsində işləmiş, 2007-ci ildən 2018-ci ilədək “Ədəbiyyat” kabinəsinin müdiri, 2018-ci ildən bu günədək “Azərbaycan dili və ədəbiyyatı” kabinəsinin müdiri vəzifəsində çalışır.